» » Faiq Ağayevin tələbəsi "Yay gecələri"ndə 8 saat suda qalıb

Faiq Ağayevin tələbəsi "Yay gecələri"ndə 8 saat suda qalıb

Faiq Ağayevin tələbəsi "Yay gecələri"ndə 8 saat suda qalıbÜlkər Şahbazova yeni işini təqdim elədi

Müğənni Faiq Ağayev bu gün gənc sənətçilərdən birinə göstərdiyi özəl diqqətinə görə medianın gündəmindədir. Sənətçi Ülkər Şahbazovanın yeni mahnısına çəkdirdiyi "Yay gecələri"nin təqdimatına qatılıb.
Hurriyyet.org-un məlumatına görə, gənc ifaçı "Sehirli pərdə" telelayihəsində Faiq Ağayevin tələbəsi olub.
Xalq artistini özünə sənət örnəyi seçən Ülkər tədbirin Faiq Ağayevsiz başlamasına əngəl olub: "Hamınızdan xahiş edirəm, Faiq müəllim gəlmədən tədbiri başlamayaq. Bu gün onun xeyir-duasını eşitmək mənim üçün çox vacibdir”.
Az sonra Faiq Ağayev tədbirin düzənləndiyi məkana çiçək dəstəsiylə təşrif buyurub. Səbəbkara xoş sözlərin ardınca mahnı haqda fikirlərini paylaşıb: “Ülkərə bu mahnının ekranlaşmasını mən tövsiyə elədim. Çox da uğurlu alınıb".
Söhbət əsnasında sənətçi yaxın vaxtlarda solo - konsert verəcəyini və bu tədbirdə Ülkərin də səhnədə yer alacağını vurgulayıb: "Konsertdə digər tələbələrimlə yanaşı, Ülkər də iştirak edəcək”.
Tədbirə qatılan kipin rejissoru Nicat Zeynallı isə gənc müğənninin klipin uğurlu alınması üçün hər zəhmətə qatlaşdığını qeyd edib: "Klip çəkiləndə Ülkər 8 saat suda qalmalı oldu".
Qeyd edək ki, mahnının musiqisi Aynur Adilqızına, mix versiyası Dj Ulkaya və Rabilə aiddir.
Klipə xərclənən maliyyə vəsaiti isə açıqlanmayıb.

Altunay, Hurriyyet.org
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA