» » AXCP-nin iki üzvü həbs olunub

AXCP-nin iki üzvü həbs olunub - YENİLƏNİB

  • Loading...
    AXCP-nin iki üzvü həbs olunub
    Suraxanı Rayon Məhkəməsində AXCP üzvü Qədim Bəkirovun məhkəmə prosesi keçirilib.
    Hurriyyet.org-un APA-ya istinadən məlumatına görə, məhkəmə onun 25 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Q. Bəkirov İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsinə əsasən təqsirli bilinib.

    *** 11:07
    Avqustun 18-də AXCP Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədri Fuad Əhmədli və Suraxanı şöbəsinin fəalı Qədim Bəkirov saxlanılıblar. Onların nədə ittiham olunduqları məlum deyil.
    Hurriyyet.org xəbər verir ki, bu barədə Turan AXCP-yə istinadən məlumat yayıb. F.Əhmədlini Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb. Onun evinə baxış keçirilərkən bir sıra kitablar götürülüb.
    Fuad Əhmədli barəsində 48 saat saxlanma qərarı çıxarılıb. Bu barədə onun atasına dövlət tərəfindən ayrılan vəkil məlumat verib.
    Qədim Bəkirov isə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onunla bağlı məsələyə bu gün Suraxanı Rayon Məhkəməsində baxılacaq.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Temmuz 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    QALEREYA