» » Dollar satışında “qara bazar” canlanır

Dollar satışında “qara bazar” canlanır

Dollar satışında “qara bazar” canlanırDollara tələbin artması və nə Mərkəzi Bankın, nə də Neft Fondunun bu tələbi qarşılaması nəticəsində qara bazarda canlanma müşahidə olunur.
Bankların dollar satmağa qoyduğu məhdudiyyət də əhali arasında qara bazar istifadəçilərinin sayını artırır. Dəfələrlə rəsmi şəkildə olunan qadağalara baxmayaraq, son günlərdə “qara bazar”da dollar alveri aktivləşib. Banklardan istədikləri məbləğdə dollar ala bilməyən vətəndaşlar gizli yolla dollar satanlara müraciət edirlər.
“Qara bazar”dan əldə etdiyimiz məlumata əsasən, bu gün orada dolların satış kursu 1,6850 – 1,6855 manat arasında dəyişir və dollar dəyişmək üçün hər hansı limit də yoxdur. Banklarda isə dolların alışı üçün təbii ki, məbləğ mədudiyyəti şərtilə, maksimum qiymət 1,6852 manatdır. Əksər banklar isə bunlar daha ucuz məzənnə ilə ilə mübadilə edirlər. Buradan belə aydın olur ki, banklar ABŞ valyutasının “qara bazar”a çıxışını minimallaşdırmaq üçün alış və satış kursunu yol verilən həddin maksimumuna yaxınlaşdırmaq məcburiyyətində qalırlar. İndiki maliyyə böhranında bankların dollar alış-satışı arasında minimal fərq yaradaraq mübadilə əməliyyatları aparması isə onların külli miqdarda gəlirdən məhrum olması deməkdir. Ona görə də maliyyəçilər eyni zamnada “qara bazar”la mübarizə aparmaq məcbuiyyətindədir.
Ancaq qeyri-rəsmi olaraq o da məlumdur ki, qara bazarın təminatçıları özləri də elə maliyyə qurumlarıdır. Araşdırmalar göstərir ki, indi “qara bazar”da dollar satanların əksəriyyəti elə bank işçiləridir. Onlar kimliklərini ustalıqla gizlədərək xarici valyuta alverində fəal iştirak edirlər. Təkcə yaxın ətrafları onların əslində harda işlədiklərini bilirlər və bu, onlara inamı artırır. Nəticədə isə vətəndaşlar ucuz dollar almaqdan məhrum olurlar. /fins.az/
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA