» » “Nazirlik və komitələr sanki bir-birinin bazarına girmək istəmir”

“Nazirlik və komitələr sanki bir-birinin bazarına girmək istəmir”

  • “Nazirlik və komitələr sanki bir-birinin bazarına girmək istəmir”
    Azad İstehlakçılar Birliyinin sədri: “İstehlakçı hüquqlarını qoruyan dövlət qurumları mərkəzləşmiş fəaliyyət göstərməlidir”

    Tez-tez istehlakçı hüquqularının pozulması ilə bağlı faktlarla rastlaşırıq. Məhsulun keyfiyyəti, qiyməti, göstərilən xidmət və sair bu kimi neqativ hallardan narazı qaldıqda üz tutacağımız hökumət təşkilatlarının, dövlət qurumlarının şikayətimizi təmin etməyinə ümidimiz çox az olur. Elə bu məsələdən istehlakçı hüquqularını qoruyan qeyri-hökumət təşkilatarı da gileylidir.
    Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun Hurriyyet.org-a bildirdiyinə görə, bu təşkilatdan dövlət qurumlarına göndərilən məktubların cavabları qətiyyən qanedici olmur. Səlahiyyətli qurumlar məsuliyyətdən özlərini kənara çəkmək üçün ya məhkəməyə müraciəti tövsiyə edir, ya da başqa dövlət təşkilatının ünvanını işarə verir.
    AİB sədri hesab edir ki, bu təşkilatların mərkəzləşmiş fəliyyəti olsa, istehlakçı probleminin həlli çözülməmiş yumağa dönməz.
    Türkiyə Cümhuriyyətində bunun üçün nümunəvi addımlar atılır. İstehlakçı hüququnun pozulmasında həm cəmiyyətdə ictimai qınaq güclüdür, həm də aidiyyəti dövlət qurumlarının mərkəzləşmiş fəaliyyəti nəticəsində problem yerindəcə araşdırılıb, həllini tapır. Məsələn, bir restoranın fəaliyyətindən istehlakçı şikayət edərsə, həm səhiyyə, həm bələdiyyə, həm qiymət və keyfiyyətə nəzarət edən qurumlar monitorinq prosesinə eyni vaxtda qatılırlar.
    Eyyub Hüseynov deyir ki, Azərbaycanda bu baxımdan dövlət qurumları sanki bir-birinin bazarına girmək istəmir: “Biz ictimai təşkilat olaraq dövlət qurumlarının bu baxımdan effektli işini müşahidə etmirik. Misal üçün bu məktub İqtisadiyyat Nazirliyinin nəzdindəki Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən gəlib. Bizə verilən cavabda 36 məktubun nömrələri qeyd edilir və yazılır ki, bu məktublara baxılıb cavab veriləcək. Hər üç-dörd aydan bir istehlakçı şikayətlərinə dair ünvanladığımız məktublara belə ümumiləşdirlimiş cavablar alırıq. Bizə gələn müxtəlif şikayətləri özümüz həll edə bilməyəndə ən müxtəlif dövlət qurumlarına ünvanlayırıq. Bəzi dövlət qurumları istisna olmaqla verilən cavablarda dövlət qurumlarının bir-birilə üfiqi əlaqələrinin olmaması açıq-aydın görünür. Məsələn, biz ölkədə insan həyatı üçün təhlükəli olan filtirsiz siqaretlərin ekspertizası keçirilmədən, məcburi sertifikatlaşdırılmadan satılması haqda İqtisadiyyat Nazirliyinə rəsmi məktub göndərmişik. Cavab veriblər: “Mövcud qanunvericiliyə əsasən standartların və digər normaiv sənədlərin tələblərinə cavab verməyən malların istehsalı inzibati xəta hesab edilir və həmin inzibati xətalarla əlaqədar isə biz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində baxılır, xahiş edirik ora müraciət edin”. Və ya yenə bu nazirliyə antiinhisar siyasətinin pozulması ilə bağlı konkret faktlar vermişik, nazirlik tabeliyində olan antiinhisar quruma tapşırmır ki, gedin o faktı araşdırın, bizə yazır, bu faktları toplayıb həmin quruma verin. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bizə müraciət edirlər ki, istehlakçı hüququ pozulan ünvanların koordinatları barədə məlumat verək. Dövlət məmuru özü əziyyət çəkib, bu istiqamətdə hərəkət etmək istəmir.
    Yeni qurum fəaliyyətə başlayıb - Azərbaycan Maliyyə bazarına nəzarət palatası. Onlara müraciət etmişdik, cavab verilib ki, Vergilər Nazirliyinə yazın. Yaxud başqa bir misal çəkim, Səhiyyə Nazirliyinin Analitik ekspertiza mərkəzinə müraciət etmişik ki, əhali aldadılır, internet üzərindən guya şəkəri azaldan bir dərmanın satılır. Bizə cavab verilir ki, xahiş edirik, hüquq-mühafizə orqanıarına müraciət edin. Əhalinin sağlamlığı təhlükə atındadır, amma baş shiyyə orqanı bundan narahatlıq keçirmək, özü hüqüq orqanlarına müraciət etmək əvəzinə, laqeydliklə bizə göstəriş verir. Bütün bunlar bizim təşkilatı ciddi narahat edən məsələlərdəndir”.
    Eyyub Hüseynovun sözlərinə görə, AİB neçə illərdi dövlət orqanlarının sinxron koordinasiya olunmuş faliyyətinə cəhd edir, lakin buna nail ola bilmir: “Vaxtilə murdar ətin Bakıda harda saxlandığı haqda bizə məlumat verdilər. Gecə gizli yolla gedib, həmin yerin ünvanında hadisənin şahidi oldum. Dövlət orqanlarına təcili müraciət etdim. Amma aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti mümkün olmadı ki, gedib onları yerində ifşa edək. Pressa hazır idi, polis təhlükəsizliyə təminat verirdi, amma bir dövlət qurumu dedi gərək daha bir üstqurumun icasəzi olsun, digər aiddiyyəti bir qurum başqa bir səbəb və bəhanə səsləndirdi. Bu cür ögey münasibət isə dövlətçilik üçün çox təhlükəli məsələdir. Sanki dövlət orqanları bir-birinin bazarına girmək istəmir”.
    AİB sədri ona görə də hesab edir ki, istehlakçı hüququları ilə bağlı effektli, mərkəzləşmiş fəaliyyət göstərən dövlət qurumuna çox ehtiyac var: “Sovet dövründə də istehlakçı hüquqularının pozulmasında məhsulun keyfiyyəti baxımından həddın artıq hüquq pozuntuları olurdu, amma qiymət siyasətində polis, “oboxeis” istehlakçıları aldadılmadan qoruyurdu. Hətta istehlakçılar stimullşdırılırdı, qiymətlər vahid idi və dövlət qiymətlərə total nəzarət edirdi. Amma normal rəqabət olmadığından keyfiyyət məsələsi çox pis vəziyyətdə idi. Hazırda isə buna ehtiyac da yoxdur. Amma istehlakçı hüquqlarının da qorunması üçün ASAN xidmət tipli, üfiqi əlaqəli dövlət qurumlarının effektiv fəaliyyətinə isə çox ehtiyac var”.

    Sevil HİLALQIZI, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA