» » Sabiq icra başçısının qardaşı sanatoriyada dünyasını dəyişdi

Sabiq icra başçısının qardaşı sanatoriyada dünyasını dəyişdi

Sabiq icra başçısının qardaşı sanatoriyada dünyasını dəyişdi“Azəravtoyol” ASC-nin 13 saylı Göyçay Yol İstismar İdarəsinin rəisi Maarif Ağayev dünyasını dəyişib.
Hurriyyet.org APA-ya istinadən xəbər verir ki, 1960-cı il təvəllüdlü Maarif Ağayev ötən gecə Ukraynanın turizm şəhəri Truskavetskdəki sanatoriyalardan birində istirahətdə olarkən vəfat edib. Bir həftədir Ukraynada dincələn M. Ağayevin ölümünün səbəbi hələ məlum deyil. Ailə üzvlərinin sözlərinə görə, onun sağlamlığı ilə bağlı şikayəti olmayıb.
M. Ağayevin ürək tutmasından vəfat etdiyi bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hazırda mərhumun nəşinin Göyçaya gətirilməsi üçün Ukraynada sənədləşmə işləri görülür.
Qeyd edək ki, Maarif Ağayev Mingəçevir, Quba və Göyçay rayon icra hakimiyyətlərinin keçmiş başçısı Mübariz Ağayevin qardaşıdır.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA