» » Azərbaycan Rusiyaya işıq verdi

Azərbaycan Rusiyaya işıq verdi

Azərbaycan Rusiyaya işıq verdiÖtən gün Rusiyanın Sverdlovsk vilayətində yerləşən gücü 3 800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında qəza baş verib. Qəza nəticəsində Sibir enerji sistemi şəbəkədən açılıb, enerji sistemində güc çatışmazlığı yaranıb.
Hurriyyet.org “Azərenerji” ASC-mətbuat xidmətinə istinadən xəbər verir ki, qəza nəticəsində 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb. Rusiyanın enerji sistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib.
“Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerji sisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq 200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib”.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA