» » GÖMRÜK RÜSUMLARI QALDIRILDI

GÖMRÜK RÜSUMLARI QALDIRILDI – Nazirlər Kabineti daha bir qanuna dəyişiklik etdi

  • GÖMRÜK RÜSUMLARI QALDIRILDISabahdan Azərbaycandan ixrac edilən latun və tunc üçün ixrac rüsum dərəcəsi 20 dəfəyə qədər artırılır.
    Hurriyyet.org xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.
    İndiyə qədər Azərbaycandan ixrac edilən bütün mis və mis məmulatlarına 1000 kq üçün 15 dollar olmaqla ixrac rüsum dərəcəsi tətbiq edilib.
    Dəyişikliyə əsasən, ixrac edilən mis və mis məmulatlarının bir qismi üçün fərqli ixrac rüsum dərəcəsi tətbiq ediləcək.
    Başqa sözlə, saflaşdırılmamış mis (elektrolitik saflaşdırma üçün mis anodlar), mis və sink əsasında ərintilər (latun), mis və qalay əsasında ərintilər (tunc), digər mis ərintiləri (liqaturalardan başqa), mis tullantıları və qırıntılar (saflaşdırılmış misin və miss ərintilərinin) ixracı zamanı həmin malların gömrük dəyərinin 10 faizi, lakin 1000 kq-a 300 dollardan az olmamaqla ixrac rüsum dərəcəsi tətbiq ediləcək.
    Beləliklə, Azərbaycandan ixrac edilən bu növ mis və mis məmulatları üçün ixrac rüsum dərəcəsi 20 dəfəyə qədər artırılır.
    Bu qərar 5 il müddətində qüvvədədir.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA