» » Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişir

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişir – Yeni qanun

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişirAzərbaycanda "CE”, "D”, "DE” kateqoriyalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir.
Hurriyyet.org xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bu gün keçirilən iclasında müzakirə aparılıb.
"Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinə əlavə və dəyişikliklərdən bəhs edən yeni ayihəyə əsasən, "BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, "B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 1 ildən az olmamaq şərti ilə də götürüləcək.
"CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, "C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti də əlavə edilir.
Bundan başqa "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 23 yaşdan qəbul edilən şərt ilə yanaşı, 65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərti də əsas götürüləcək.
Digər əlavəyə görə isə "DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 26 yaşdan hesablanan şərt ilə paralel olaraq, 65 yaşadək və "D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərti də qaydaya daxil ediləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Loading...

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




Loading...
«    Nisan 2017    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
QALEREYA