» » Pul atmaqda ittiham olunan Rəqsanə danışdı: “Günahkar adam qışqırar...”

Pul atmaqda ittiham olunan Rəqsanə danışdı: “Günahkar adam qışqırar...”

  • Loading...
    Pul atmaqda ittiham olunan Rəqsanə danışdı: “Günahkar adam qışqırar...”Müğənni Rəqsanə İsmayılova nəhayət, türkiyəli musiqiçi Canər Təpəciyə pul atması və onu hədələməsi haqda deyilənlərə sosial şəbəkədə cavab verib: “Allahım hər birimizə kömək olsun. Dünən haqqımda bir yazı çıxdı. Mən isə susdum, çünki günahkar olan adam qışqırar, danışar, günahı olmayan isə susar və haqq yerini tapar. Heç kimin haqqına girməmişəm və girmərəm. Allahımdan qorxan insanam! Nazim Məmmədov illərdir tanıdığım dostumdur. Ola bilər ki, hövsələsizlik edər, amma ortaq dostlarımız var. Nə olsa da, hər şeyi bağışlamağı bacarırıq”.
    Amma müğənni türkiyəli həmkarının dediklərindən daha çox mətbuat nümayəndələrinin bunu işıqlandırmasından qıcıqlanıb: “Hər şeyi halallıqla qazanın! Vallah, bu həyatdan heç kim heç nə aparan deyil. Canər bu gün səhvini başa düşdü. Niyə biz millət olaraq bir-birimizə badalaq vururuq? Bizim reklam olunmağa ehtiyacımız yoxdur. Qalmaqalı yeni çıxan müğənni etsin, biz artıq sözümüzü demiş insanlarıq.”
    Qəribəsi odur ki, mətbuat nümayəndələrinin haqqında “müğənni”, “sənətçi” sözünü belə tərəddüdlə yazdıqları kəslər nədənsə öz əməllərinə çəki-düzən vermək əvəzinə mətbuatı hədəfə alırlar.
    Üstəlik bunu böyük iddiayla özlərinin reklamı kimi qələmə verirlər. Əgər onlar ictimailəşməyə əsas verəcək addımlar atmasalar, belə məsələlər də gündəmə gəlməz.

    Altunay, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA