» » Sərdar CƏLALOĞLU: "ANA MÜXALİFƏT MƏNƏM" YARIŞI KEÇİRİLİR"

Sərdar CƏLALOĞLU: "ANA MÜXALİFƏT MƏNƏM" YARIŞI KEÇİRİLİR"

Sərdar CƏLALOĞLU: "ANA MÜXALİFƏT MƏNƏM" YARIŞI KEÇİRİLİR"“Milli Şura”nın 11 sentyabr mitinqi radikal müxalifət düşərgəsində ciddi ziddiyyətlərin olduğunu bir daha nümayiş etdirdi. “Milli şura”nın mitinqinə dəstək verməklə Müsavat Partiyasıqarşı tərəfin də onların aksiyasına dəstək verəcəyinə ümid edirdi. Amma göründüyü kimi, bunun tamamilə əksi baş verdi.
Hurriyyet.org xəbər verir ki, bu narazılığı Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov “Teleqraf.com”-a müsahibəsində də etiraf edib.
Y.Sadıqov Milli Şuranın Müsavat Partiyasının planlaşdırdığı mitinqdən bir gün əvvələ özünün mitinqini təyin etməsinə narazılığını belə bildirib:
“Biz Milli Şuranın mitinqindən öncə onlara dəstək verdik, insanların toplanmasına kömək etdik, müəyyən qədər təbliğat apardıq. Könül istərdi ki, indi də belə olsun. Ancaq AXCP ayın 17-nə mitinq təyin etdi və nəticədə indiki vəziyyət yarandı. Hesab edirəm ki, bu addım həm 17-si, həm də ayın 18-də keçirilməsi gözlənilən mitinqdə insan sayına mənfi təsir göstərəcək. Mən şəxsən AXCP-nin bu addımına təəssüf edirəm”.
Müsavatçılar Ə.Kərimlinin bu addımını namərdlik və eqoizm kimi qiymətləndirirlər. Xüsusən sosial şəbəkələrdə AXCP üzvləri ilə müsavatçılar arasında konflikt get-gedə dərinləşir. Kimin “ən radikal”, “barışmaz müxalifət” olması iddiası tərəfləri biri-birini təhqir etmək səviyyəsinə çatdırıb.
Müsavatçıların fikrinə görə, Ə.Kərimli tələm-tələsik yeni mitinq təyin etməklə, əslində Müsavatı siyasi arenadan uzaqlaşdırmaq və bununla da “alternativsiz müxalifət lideri” obrazı formalaşdırmaq istəyir.
Müsavat Partiyasının sədr müavini Yadigar Sadıqovun fikrincə, bu, düşünülmüş addım "yeganə müxalifət bizik, Müsavat satqındır" taktikasından irəli gəlir.
Radikal dindarların bir qismi də Ə.Kərimlinin onların adından qərar qəbul edib Müsavatı sıxışdırmaq cəhdlərini pisləyib. 11 sentyabr aksiyasının iştirakçısı olan dindarlar biri - Elxan Zaman Əli Kərimlinin addımını “cığallıq” adlandırıb. O, “Ə.Kərimli centlmen kimi davranmadığından” dindarları AXCP-yə deyil, Müsavata dəstək verməyə çağırıb.
AXCP fəalları müsavatı yalançılıqda, AXCP-nin “uğurlarına” qısqanclıqla yanaşmaqda ittiham edir və Müsavatın mitinqinin boykot edilməsinə dair fikir bildirirlər.
Bəzi müxalifətçilər hesab edirlər ki, AXCP-nin məlum qərarı müxalifət daxilində önə keçmək istəyinin ifadəsidir. Onların fikrincə, müxalifət birincilik uğrunda mübarizə aparır.
Məsələ ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da mövqeyini açıqlayıb. O, Publika.az-a açıqlamasında Müsavat Partiyasının AXCP-yə dəstək vermək cəhdini müsbət qiymətləndirdiyini bildirib:
“Birgə mitinqlərin təşkil edilməsi üçün Müsavat Partiyasının göstərdiyi səylər tamamilə doğrudur. Mitinq üçün ayrı-ayrı partiyaların bir-biri ilə “ana müxalifət mənəm” yarışı keçirməsi lazım deyil. Mitinqlər ümumi xalqın iradəsini ifadə etməlidir. Çox təəssüf ki, Azərbaycan müxalifətinin bu xəstəliyi hələ də qalmaqdadır. Azərbaycan müxalifəti yaranmış situasiyadan öz maraqları naminə bəhrələnməyə çalışır. Təbii ki, bu da çox yanlış addımdır”.
S.Cəlaloğlu qeyd edib ki, mitinqə gələn insanların sayını şişirtməklə siyasi reytinq qazanmağa cəhd etmək yanlışlıqdır: “Mitinq məsələsindən siyasi divident kimi istifadə etmək tamamilə yanlışdır. Əgər kimsə ümumrespublika mitinqi keçirirsə, həmin mitinqə yalnız onun qüvvələri gəlmir. Yəni, rəhbərlik iştirak etməsə də, siyasi qüvvələr iştirak edir. Çünki belə mitinqlərdə xalq kimisə dəstəkləmək üçün toplaşmır”.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA