» » İki bankın səhmi dövlət qeydiyyatına alındı

İki bankın səhmi dövlət qeydiyyatına alındı

  • İki bankın səhmi dövlət qeydiyyatına alındı06 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən "Turanbank" ASC-nin hər birinin nominal dəyəri 1,082 manat olan 4,622 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1002005549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
    Hurriyyet.org xəbər verir ki, Palata tərəfindən həmçinin 03 oktyabr tarixində "Unibank" ASC-nin hər birinin nominal dəyəri 2.72 manat olan 20,220,589 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1003002024 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
    “Bundan əlavə, 29 sentyabr tarixində "AzFinance İnvestisiya Şirkəti" QSC-nin hər birinin nominal dəyəri 1,000 manat olan 550 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı AZ1001019715 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
    Hər üç Cəmiyyətin səhmlərinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur” – deyə Palatadan açıqlama verilib.

    Hurriyyet.org



    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA