» » “XALQA YALAN DANIŞMASIN!” – Deputatdan “Azəriqaz”a sərt reaksiya

“XALQA YALAN DANIŞMASIN!” – Deputatdan “Azəriqaz”a sərt reaksiya

“XALQA YALAN DANIŞMASIN!” – Deputatdan “Azəriqaz”a sərt reaksiyaMillət vəkili Çingiz Qənizadə paytaxtda qazın zəif təzyiqdə olması ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin verdiyi açıqlamaya sərt reaksiya verib.
Ç. Qənizadə bildirib ki, mətbuat xidmətinin rəhbərinin verdiyi açıqlama ilə tanış olub və onun yerinə sadəcə utanıb: “Belə çıxır ki, sosial şəbəkədə deyilənlər, yazılanlar hamısı ağ yalandır. Bir neçə gündür ki, paytaxtın müxtəlif ərazilərində qazın olmaması ilə bağlı bizə də siqnallar daxil olur.
Eyni zamanda mənim yaşadığım ərazidə, yəni Binəqədi rayonu Koroğlu küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində olan yüzlərlə evdə qaz yoxdur. Bu problem son 3-5 günün problemi deyil. Artıq 15- 20 gündür ki, bu problemi yaşayırıq.
“XALQA YALAN DANIŞMASIN!” – Deputatdan “Azəriqaz”a sərt reaksiya

Maraqlı məqam isə ondan ibarətdir ki, ərazilərdə qaz idarələri ləğv edilib. Hamısı da hər hansı qaz istismar departamentinə birləşdirilib. Departament də şəhərin hansısa bir ərazisində yerləşir. Binəqədi üzrə biz sözümüzü deməyə adam tapa bilmirik. O departamentin yeri də məlum deyil. Osman adlı bir şəxs rəhbərlik edir. Telefon nömrəsini də tapa bilmirik. İnternetdə “Azəriqaz”ın əlaqə telefonları yoxdur. Bir dənə “Qaynar Xətt”in nömrəsi var. Onu da yığırıq, təbii ki heç kim cavab vermir.
Belə məqamda sadəcə İbrahim Kərbalayev kimi adamlar xalqa yalan danışmasınlar. Camaatın üzünə baxa-baxa qeyd edirlər ki, təlabata uyğun olaraq mavi yanacaq verirlər. Tamamilə yalandır. Elə qaz verirlər ki, çaynik 1 saata qaynayır. Yalan danışmaq əvəzinə qazın təzyiqini artırmaq lazımdır”.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA