» » BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?

BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?

BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?
(DİN VƏ ELM: RƏQABƏTDƏN ƏMƏKDAŞLIĞA)

(Əvvəli bu linkdə: http://hurriyyet.org/13802-bez-almler-nye-allaha-nanmr.html )

İkinci oxşarlığa, xüsusi həqiqətin - tam həqiqətin ayrı-ayrı hissələrini öyrənən fakultətiv (sahə) elmlər aiddir. Fakultətiv elmlər idrak obyektinin yalnız bir tərəfini öyrənir, hansı ki, obyektin həqiqətini -mahiyyətini, ideyasını, yəni idrak obyektinin tam həqiqətinin şüurlu və iradəvi parçalanması ilə meydana çıxır. Beləliklə, fakultətiv elmlə məşğul olan hər bir alim şizofreniyaya oxşar olaraq idrak obyektini fikrən iradəvi və şüurlu şəkildə parçalayıb, öz sahəsinə aid hissənin həqiqətini öyrənir. Buradan da aydın olur ki, dəlilikdə ağıl təbii şəkildə, sürrealizmdə təsvir, xarici görüntü, forma, sahə elmlərində - mahiyyət, ideya, həqiqət şüurlu və iradəvi şəkildə, yəni süni yolla parçalanaraq dərk edilir.
Buradan da oxşarlığa görə dəlilik, surrealizm və sahə elmlərinin bərabərliklərinin uyğun olduğu aşkar olunur ki, bu da “həqiqətin parçalanaraq hissəvi idrak edilməsindən” ibarətdir. Dəlliyin, sürrealizmin və alimliyin eyniliklərinin uyğun olmaması onunla bağlıdır ki, dəlilikdə ağıl - dərkedən subyekt təbii şəkildə - şəxsin iradəsindən və şüurlu fəaliyyətindən asılı olmayaraq parçalanır, sürrealizmdə iradəvi olaraq idrak obyektinin xarici görüntüsü, forması parçalanmış şəkildə təsvir olunur, alimlər idrak obyektinin həqiqətini iradəvi şəkildə parçalayib, onun bir hissəsini əqli elm şəklində idrak edirlər. Məhz buna görə də, əqli elmlər sahəsində güclü kəşflər etmiş əksər alimlər dini inkar edir və Allaha inanmır.
Allahin gözəl adlarından biri - toplayan, birləşdirən Cəmi olan Allahdır. Bu, o deməkdir ki, ilahi bilgini əqli elmlərdən fərqli olaraq, sahə elmlərinin biliklərini toplamaq və biləşdirməklə dərk etmək olar. Qurani-Kərimin “Nəhl “81-ci ayəsində bəyan edilir: “…O, Öz nemətlərini sizə belə tam həddə çatdirir ki, bəlkə təslim olasınız”. Allahın nemətlərinə həm də hikmət aiddir. Buradan aydın olur ki, hikmət - ilahi bilgi də insanlara tam şəkildə verilmişdir, bu isə hissəvi şəkildə idrak edilən elmi biliklərdən fərqli mənimsəmə üsulu tələb edir.
Həqiqətin tamlaşdırılması sahə elmlərindən imtina, universal elm sferasına keçməni stimullaşdırır. Tamlaşdırma üsulu fəlsəfi üsula - ümumiləşdirməyə oxşardır. Sadəcə, ümumiləşdirmə idrakın sonunda başa çatır və buna görə fəlsəfə təbiət, cəmiyyət və insan haqqında - son nəticələr haqqında ən ümumi bilgiləri öyrənır. Fəlsəfi idrakdan kənarda isə Ali səbəblər haqqında xeyli bilgilər qalır, hansı ki, tam həqiqətin idrakı həmin bilgiləri də mənimsəməyi tələb edir. Bu bilgilər din vasitəsi ilə idraka onun sərhədlərindən kənardan ən ümumi həqiqətlər kimi verilir. Buradan da dini - bu dünya, insan, cəmiyyət və axirət - bu dünyaya əksilik təşkil edən o dünya (fizikaya əkslik təşkil edən kvant fizikası) haqqında tam bilgi - mütləq həqiqət haqqında bilgi verən şüur forması kimi təyin edə bilərik.
b) Sağlam ağlın birbaşa məntiq üsulu ilə təyini: Birbaşa məntiq üsulu ilə ayrı-ayrı filosoflar sağlam ağıla bir-birindən fərqli təyinlər vermişlər. Bu təyinlərdən bəzilərini qısa şəkildə şərh etməklə, sağlam ağıl haqqında təsəvvür əldə etmək olar.
Ağlın yaranmadan dərk etmə qabiliyyəti: Elmi biliklər təcrübədə meydana çıxan mövcudolma və əmələgəlmə proseslərindən həqiqəti idrak edir. Mövcudolma hadisələrindən ən səthi biliklər - aydın biliklər, əmələgəlmədən gizli biliklər aşkarlanır. Təcrübə özündə varlığı tam şəkildə təqdim etmədiyindən, təcrübədən tam həqiqəti dərk etmək mümkünsüzlükdür.
Din bundan fərqli olaraq həm də yaranma prosessləri haqqında bilgilər verir. Bu da insan ağlına xüsusi şərt irəli sürür. Məşhur teofilosof Foma Akvinali “Ruh haqqında” adlı əsərində sağlam ağlı –xarici hisslərin ümumi kökü və biliyin insanlara xas verilən həqiqət haqqında mühakimə etmək qabiliyyətlərinin kombinasiyası kimi təyin etmişdir. “Xarici hisslərin kökü” entropiya mühütünədək mövcud olan, yəni təzahürə və təsirə keçməyən obyektin əlamətlərinə işarə edir, hansı ki, şeydə yaranma mərhələsində olur.
Kibernetika elmi sübut edib ki, informasiya yaranma mərhələsində entropiyaya məruz qalmır, yəni xalis olur. İnsanın xalis mühakimə etmək qabiliyyəti də idrak prosesinin özündə idrakın varlığının qanunlarından -idrakın özündə yaranmasından ibarətdir ki, bu vəziyyətdə idrak başlamır. Buradan da, xarici hisslərin yaranması ilə idrakın yaranmasının məcmusunu dərk etməyi sağlam ağlın təyini kimi qəbul etmək olar. Buradan da, sağlam ağılı idrak obyektində həqiqətin yaranmasına uyğun təfəkkürdə onun təsəvvürünü yaradan ağıl kimi təyin etmək olar. Beləliklə, sağlam ağıl həm də yaranma mərhələsindəki həqiqətləri idrak edir, hansı ki, adi şüurla əmələgəlmə və ya mövcudolma mərhələsindəki entropiyaya məruz qalmış bilgilər - elmi bilgilər kimi dərk olunur ki, bu da sağlam ağıl tələb etmir. Yəni alimlik üçün sağlam ağıl kriteriyası vacib kriteriya deyildir. Məhz buna görədir ki, elm tarixində bir çox böyük alim və yaradıcı şəxs həm də dəlilikdən əziyyət çəkmişlər. Bu sıraya Frans Kafka, Nikolay Qoqol, Dostayevski, Nitşe, Ernest Heminquey, Conatan Svit, Jak Russo, Virciniya Vulf, Gi de Mopaassan, Edqar Alan Po, Serqey Yesenin və dəqiq elmlər sahəsindən xeyli dahi şəxsiyyətləri aid etmək olar.
Ağlın ümumi əhəmiyyətliliyi - faydalılığı dərk etmə qabiliyəti: Hər bir idrak obyekti - şeylər özlərində həqiqətlə yanaşı, absurdu – yoxluğu, fani və keçici olanları təqdim edir ki, sağlam ağıl şeydən məhz daimi və əbədi olanı idrak etməyə istiqamətlənir. Bu da biliyin faydalılığını təşkil edir. Mənfəət - fərdi, fayda - ümumidir. İtalyan filosofu Viko sağlam ağılı - bütün insanlarda yaşayan, böyük dərəcədə həyatın ümumiliyinin onun ukladı və məqsədlərinə görə alınan ümumi xeyr və düzgünlük hissi kimi təyin etmişdir. Qurani-Kərimə görə, ümumi xeyir və düzgünlük faydalılığın - xeyrin mahiyyətini təşkil edir. Vikonun bu təyini Qurani-Kərimin sağlam ağıl anlayışına oxşardır. Sadəcə, Qurani-Kərimdə sağlam ağıl həyatın ümumiliyinin yox, təkliyinin metafizik məqsədinə görə xeyir əldə etmək kimi təyin edir. Hansı ki, bunun əksinə metafizik təklik fiziki ümumilik kimi təzahür edir. Bu cür faydalılıq Allahın doğru yolunda əldə edilə bilər ki, bu da Vikonun təyinindəki “düzgünlük” hissinə oxşardır.BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?
Dində düzgün davranış və düzgün düşüncə sağlam ağlın əsas əlaməti kimi təyin edilmişdir. Elmdə alimin davranışı elmi həqiqətin idrak edilməsində əsas götürülmədiyindən, istənilən asosial davranışla elmlə məşğul olmaq mümkün olur. Bu cür asosial davranışlar onların dünyəvi alimliyini şübhə altına almır. Əksinə, Qurani-Kərim bu dünyanın zahirinin Şeytanın hakimiyyəti altında olduğunu və bu dünyanı zahirinə görə idrakının insanın yanlış yola saldığını xəbər verir və dini bilikləri mənimsəyn alimdən düzgün sosial davranışlar tələb edir.
Ağlın ictimai ədaləti dərk etmə qabiliyyəti: İnsanın ictimai varlıq olması fəlsəfə, eləcə də elm tərəfindən qəbul edilir. Qurani-Kərimdə Allah-təala Öz bilgisini yalnız cəm şəklində bütün insanlara ünvanlayır. Ona görə, peyğəmbərlik verilməmişdən qabaq peyğəmbərlərə verilən biliyin dərhal bütün insanlara çatdırılması ilə bağlı əhd bağlanır. Buna görə, yalnız az bir qisim adamın anladığı bilik düzgün dini biliyi təşkil etmir. Din- ezoterizmi inkar edir. Əksinə, dini biliyin doğruluğunun əlaməti onun hamı tərəfindən asanlıqla anlaşılan olmasıdır. Elmi biliklərdə belə şərt yoxdur. Elmdə hətta bəzi alimlərin elə elmi mülahizələri vardır ki, başqa alimlər belə, onları asanlıqla başa düşmür. Məsələn, Eynişteynin “Ümumi nisbilik nəzəriyyəsi” əksər alimlər tərəfindən asanlıqla mənimsənilmədiyindən, onu inkar edən Kvant və ehtimal fizikasının yaranmasını stimullaşdırmışdır. Yəni elm - çətinləşdirməyə, din asanlaşdırmağa meyl edir. Şotland fəlsəfi məktəbinin nümayəndəsi Tomas Ridə görə, sağlam ağıl – bizim mühakimə qabiliyətimiz qaranlıqda bizi tərk edərkən, bizi ictimai işlərə və ya ictimai həyta istiqamətləndirməyə xidmət edir. Qurani-Kərimdə sağlam ağıl sahiblərini - möminləri Allah yolunda xərcləyənlər, vuruşanlar kimi təyin etmişdir və möminlərdən “Allahın və cəmiyyətin ipindən möhkəm yapışmaq” əmr edilmişdir. İctimai işlər cəmiyyətin tipindən asılı olduğundan, Qurani-Kərimdə sağlam ağlın yalnız ədalətli cəmiyyətdə işlərə və ya ictimai həyata istiqamətləndirməyə xidmət etdiyi göstərilir, hansı ki, bunun əksinə, ədalətsiz cəmiyyətdən çıxmaq - hicrət etmək, onun işlərindən imtina etmək sağlam ağlın əlaməti kimi təyin edilmişdir. Elm bu məsələ də dindən fərqləndiyindən, alimlər tiranların, diktatorların köməkçiləri kimi çıxış edir.
Bütün səmavi dinlərdə həqiqi din alimləri bütün dövrlərdə, ədalətsiz hakimlərə müxalif olur.
Ağlın fərdi şüuru ictimai şüurla - sosial öhdəliklə bağlamaq qabiliyyəti: Dini bilgilər hər bir fərdə elə bilgilər verir ki, o, ictimai şüur formasını asanlıqla mənimsəsin. Bunun əksinə, elm elə fərdi şüurluluq tələb edir ki, o ictmai şüurdan fərqlənə bilsin. Buradan aydın olur ki, dünyəvi elmləri öyrənən alimlərdə fərdi şüur, dini alimlərdə ictimai şüur prioritet təşkil edir. Məhz buna görə dini alimlərdən isma yaradır, dünyəvi alimlərdən isə bu tələb olunmur. Anri Berqsona görə, sağlam ağıl - ağlın daxili enerjisi özü özünə tədricən qalib gələrək, köhnəlmiş ideyaları kənarlaşdırmaqla yanaşı, qurulma prosesində olan ideyalari öz yerində saxlayır. Dində bu özündə olan bilgilər adlandırılır, hansı ki, insan özündə olan bilgilərlə idrak etdikdə yalnız paraloji bilgiləri - batili bilgiləri mənimsəmiş olur. Sağlam ağıl özündə olan köhnə ideyalardan imtinanı tələb edir. Qurani-Kərimin “Bəqərə”surəsinin 170-ci ayəsində bəyan edilir: “Onlara “Allahin nazil etdiyinə tabe olun” deyildikdə, “əksinə, biz atalarımızın getdiyi yola tabe oluruq” deyərlər. Görəsən, ataları hətta bir şey anlamayıb, hidayət olunmamış olsalar belə?”. Bu ayədə “ataların getdiyi yol” ifadəsi nə məna verir? Müasir psixologiya elminin banilərindən biri Yunqun arxeotip anlayşına görə, insan psixologiyasına əcdadlarına xas bilgilər - köhnə bilgilər daxil olur. Arxetiplər - “daxili səs”, ”əcdadların cagrişi” və s. kimi adlandırılır. Mifologiya elmi sübut edib ki, miflərin yaranması məhz arxetiplərlə bağlıdır. Təkcə mifoloji təsəvvrlər yox, həm də dünyəvi inanclar - totemizm, bütpərəstlik, atəşpərəstlik, buddizm və s. kimi inanclar da əslində arxetiplərin - köhnə ideyaların işidir. Belə ideyalardan yalnız sağlam ağıl sığortalanmışdır. Yəni sağlam ağıl miflərə və ibtidai dinlərə inanmayan ağıldır. O insanlar ki, köhnə ideyaları -ataların getdiyi yolun ideyalarını düşüncə prosesindən çıxdaş edə bilmir, belə ağıl sağlam ağıl hesab oluna biləmz və belə ağılla hikmət dərk oluna bilməz.
Berqsona görə, sağlam ağıl – “düşüncənin ictimai şüura iradənin ümumi mənbəyidir, hansı ki, bərabər dərəcədə, sosial qanunlar axtaran elmi doqmatiklərin və utopik metafiziklərin səhvlərindən qaçır, ola bilsin ciddi deyilsə, metodu yoxdur, daha çox bəzi fəaliyyət üsulları vardır”. Buradan aydın olur ki, sağlam ağıl fərdi şüuru ictimai şura çevirir və bu zaman köhnə ideyalardan təşkil olunmuş ictimai şüur formalarını - elmi doqmatizmi və utupik metafizikanı inkar edir. Beləliklə sağlam ağıl ictimai şüuru differensasiya etmək - doğru ictimai şüuru yanlış ictimai şüurdan ayırmaq qabiliyyətinə malik şüurdur. Bu şüur rasional qorxmaq istedadi ilə şərtlənmiş şüurdur. Berqsonun qeyd etdiyi ”metodu yoxdur” ifadəsi sağlam ağlın özünün himəri anlayacaq məntiq üsulunun olmadığına və bu üsulu məhz dini mətnin özündə əldə edilməsinə aydınlıq gətirir. Qurani-Kərimdə Berqsonun ifadə etdiyi bəzi “fəaliyyət üsullarına” sağlam ağlın əlaməti kimi “yaxşi işlər görmək, pis işlərdən çəkinmək”, “yaxşi islərə dəvət, pis işlərdən çəkindirmək “aid edilmişdir. Dünyəvi elmləri öyrənin alimlərin bu cür vəzifələri yoxdur.
Humanist Salmaziyə görə, sağlam ağıl - “insan ağılına məxsus ümumiqəbul edilmiş ağıl - hər dəfə ictimai işlərdən yaranır, hər şeyi öz xeyrinə istiqamətləndirmir və kimlə ünsiyyətdə olursa, onlardan hörmət görür: özü haqqında ciddi və yumşaqdır”. Beləliklə, sağlam ağıl əvvəlcədən mövcud olan yox, fəaliyyətdən yaranan ağıldır. Bu da nə üçün dinə əvvəl inanıb, sonra iman gətirməyin tələb olduğuna aydınlıq gətirir. İnsanlar subyektiv əminliklə dinə inanıb, içtimai işlərdə (Allahın yolunda) fəal iştirak etdikdə ağlı sağlamlaşır və hikməti anlamaq səviyyəsinə çatır.
Bütün bu deyilənlərdən görünür ki, Qərb fəlsəfəsində sağlam ağıl cəmiyyətlə - bu dünya həyatı ilə əlaqələndirilmişdir. Əgər bu və digər filosofların sağlam ağılla bağlı təynatlarını ümumiləşdirsək, məlum olacaq ki, sağlam ağlın əsəs əlamti ictimai əhəmiyyətli ümumilələşdirmə qabiliyyətindən ibarətdir. Lakin Qurani-Kərim sağlam ağlı həm bu dünyadakı ümumi işlərlə, həm də axirət həyatında xeyirə çatmaq məsədi ilə əlaqləndirir. Buna görə də Etinqer düzgün olaraq sağlam ağılı - Allahın neməti adlandırır. Sağlam ağıl Allahın neməti olduğundan, sağlam ağlın birinci əlaməti də onu verəni tanımasıdır. Qurani-Kərimin insanlara öyrətdiyi iki bilgidən biri “Allahın tanıdılması“ ilə bağlı olan bilgilərdir. Buradan da belə bir qənaət hasil olur ki, həqiqi sağlam ağıl Allahı tanıyan - Onun varlığına subyektiv əminliklə inanan ağıldır...

(Ardı var)
Sərdar CƏLALOĞLU

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA