» » BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?

BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?

  • BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?
    (DİN VƏ ELM: RƏQABƏTDƏN ƏMƏKDAŞLIĞA)

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/14025-bez-almler-nye-allaha-nanmr.html)

    Bütün bu deyilənlərdən görünür ki, Qərb fəlsəfəsində sağlam ağıl cəmiyyətlə - bu dünya həyatı ilə əlaqələndirilmişdir. Əgər bu və digər filosofların sağlam ağılla bağlı təynatlarını ümumiləşdirsək, məlum olacaq ki, sağlam ağlın əsəs əlamti ictimai əhəmiyyətli ümumiləşdirmə qabiliyyətindən ibarətdir. Lakin Qurani-Kərim sağlam ağlı həm bu dünyadakı ümumi işlərlə, həm də axirət həyatında xeyirə çatmaq məsədi ilə əlaqləndirir. Buna görə də Etinqer düzgün olaraq sağlam ağılı - Allahın neməti adlandırır. Sağlam ağıl Allahın neməti olduğundan, sağlam ağlın birinci əlaməti də onu verəni tanımasıdır. Qurani-Kərimin insanlara öyrətdiyi iki bilgidən biri “Allahın tanıdılması“ ilə bağlı olan bilgidir. Buradan da belə bir qənaət hasil olur ki, həqiqi sağlam ağıl Allahı tanıyan - Onun varlığına subyektiv əminliklə inanan ağıldır...
    Ağlın tamlaşdırma qabiliyyətinə malik olması: Tamlaşdırma ümumiləşdirmədən fərqli düşüncənin dərininə yox, eninə inkişafını - müxtəlif biliklərin bir araya gətirilməsini tələb edir. Əqli elmlər - biliyi, dini elm - ağlı ümumiləşdirməyə cəhd edir. Belə ki, sahə elmləri bir sahənin biliyini ümimiləşdirir, dini bilgilər müxtəlif sahələrin ümumi bilgilərini bir-biri ilə birləşdirib tamlaşdırır. Mark Avreli sağlam ağlı - ümumi ağlın vəhdəti kimi təyin etmişdir. Ümumi ağıl, Qurana görə, Adəmə verilmiş ağıldır, hansı ki, fərdi ağılların nümunəsi - etalonu rolunu oynayır.
    Qurani-Kərimdə bütün sahə elmlərinə aid bilgilər sintez şəklində bəyan edilir və bir bilgi ən müxtəlif elm sahələrinin bilgilərini eyni vaxtda özündə ifadə edir. Qurani-Kərimin “Nəhl” surəsinin 65-ci ayəsində bəyan edilir: “Allah göydən su endirdi və onun vasitəsi ilə ölümündən sonra diriltdi. Doğrudan da bunda eşidən dəstə üçün bir nişanə vardır”. Bu ayəyə diqqət etsək görərik ki, bura da iki təbiət və bir metafizik hadisə birlikdə - bir cümlədə verilmişdir. Bura “yağışın yağması” və iki “ölümündən sonra diriltmə” hadisəsi vardır. Bunlardan biri bitkilərin yağışdan sonra göyərməsinə, ikincisi, Qiyamətdən sonra “ölülərin dirilməsinə” aiddir. Buradan görünür ki, Quranda bir ayədə həm fiziki biliklərə – yağış necə və nə cür yağır, həm bioloji bilgilərə - bitkilər suyun iştiraki ilə necə göyərir və nəhayət xalis dini bilgilərə - ölmüş insan sonradan necə dirilir - suallarına cavab verilmişdir. Buna görə, dini bilgilər universal biliyə malik olmağı - təbiət, dəqiq və sosial elmlərin ən azından ən ümumi şəkildə bilməyi tələb edir ki, bu da tədqiqatçının “elmdə qüvvətli olmasını” tələb edir. Dünyəvi elmlər universallığa əks inkişaf etdiyindən, universal biliyə malik olmayan heç bir alim sağlam ağıla malik olmur.
    Ağlın təcrübədənkənar - aprior, batini bilgilər əldə etmək qabiliyyəti: İdrak hissi təcrübə ilə şərtlənmişdir. İnsanda hissi idrakla yanaşı, intutiv idrak da vardır ki, bu idrak təcrübənin sərhədlərindən kənardan bilik əldə etmək qabiliyyətinə malikdir. Alman filosofu Şeftebernə görə, sağlam ağıl - ictimai əhəmiyyətli - itiağıllılıq və yumor hissindən ibarətdir. Burada ağlın itiliyi onun təcrübənin sərhədlərindən (o cümlədən mətnin zahiri mənasından çıxmasına), yumor - zahirlə batinə vəhdətdə nüfuz etməsinə işarə edir.
    Psixologiya elmi sağlam ağlın əsas əlaməti kimi yumor hissini ayırd etmişdir. Məhz buna görə “gülüş” sağlam ağlın, melanxolizmin - qəmginlik şizofreniyaya meylliyin əlaməti kimi dəyərləndirilir. İstər İncildə, istər Qurani-Kərimdə məsəlləri (hədisləri və yuxunu) anlamaq sağlam ağılla şərtləndirilmişdir, hansı ki, məsəllərdə həm zahiri, həm batini mənalar ifadə olunur.
    Bütün bunlarla razılaşaraq, bizə görə, sağlam ağlın təyininə aşağıdakıları aid etmək lazımdır:
    Ağlın azadlıqla şərtlənmə qabiliyəti: Qurani-Kərimdə Allah-təala “kim istəsə, dinə iman gətirə bilər. Lakin mən istəməsəm, heç kim iman gətirə bilməz” - deyə bəyan edir. Bu dini bilgilərin idrakının yalnız və yalnız Allahdan asılı olduğunu sübut edir. Allahdan asılılıq Allahdan başqa istənilən dünyəvi gücdən və səbəbdən asılılığın inkarını tələb edir ki, bu da azadlıq kimi təsəvvürə gəlir. Bəşəri elmlər alimin tələbat və maraqlarından asılı olaraq özü özünü məhdudlaşdıran və ya başqası tərəfindən məhdudlaşdırılan ağılla dərk etməyə cəhd edirlər ki, belə ağıl sağlam ağıl ola bilməz. Buradan da, öz ağlından azad istifadə etmək imkanı ağlın sağlamlığını təyin edir.
    Qurani-Kərimdə ilahi biliyi yalnız sağlam ağılla dərk etməyə paralel insanlardan düzgün ictimai davranış, yaxşı əməl - cəmiyyətə yararlı olmaq, zülmə qarşı durmaq, cihad - azadlığa cəhd etmək, paylaşmağı bacarmaq - Allah yolunda xərcləmək tələb olunur.
    Ağlın insanlıqla - bəşəri dəyərlərlə şərtlənmə qabiliyyəti: Qurani-Kərimin “Fatihə” surəsinin 5-6-cı ayəsində bəyan edilir: “Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik… Bizi doğru yola hidayət et!”. Bu iki ayəyə diqqət edilsə, aydın olur ki, birinci ayədə kömək tək halında Allahdan, cəm halında “Biz”ə istənilir. “Biz” - hər bir insanda olan insanlıqdır, ümimi ağıldır, hansı ki, onun canlılıqla - fərdiliklə vəhdəti “Mən” kimi təzahür edir. Buradan aydın olur ki, insan “Mən” kimi yox, yalnız “Biz” kimi sağlam ağıla malik ola bilər. “Biz”dən ayrılıqda “Mən” kimi təzahür edən ağıl sağlam ağıl hesab oluna bilməz. Yəni sağlam ağıl kollektiv şüurluq vəziyyəti yaradan ağıldır. Sağlam ağıl “Mən”də olan “Biz”ə xas ağıldır. “Biz” - bütün insanlıqdan ibarətdir. Qurani-Kərimdə “günasız olaraq bir insanı öldürən bütün insanlığı öldürmüş kimidir və ya bir insana həyat vermək bütün insanlığa həyat vermək kimidir”, eləcə də “bir insanı yaratmaq bütün insanlığı yaratmaq kimidir” bəyanları “bir insandakı insanlıq = bütün insanlar” formulunu təsəvvürə gətirir. Buradan aydın olur ki, sağlam ağıl - hər bir insanın idrak edə və təsdiq edə biləcəyi həqiqəti dərk edən fərdi ağıldır. Qurani-Kərimdə ağlın bu əlaməti aydınlıq kimi ifadə olunmuşdur. Təcrübədən məlumdur ki, sahə elmlərinin heç birinin aşkarladığı həqiqət “Biz” tərəfindən dərk və təsdiq edilmir. Elmlər məhdud sayda insanın dərk edə biləcəyi bilikləri aşkarladığından, sağlam ağlın sərhədlərindən kənarda qalır. Buna görə, böyük çoxunluğun qavradığı həqiqəti bəlli məhdud qruplar təşkil edən alimlər dərk edə bilmir.
    7. Ağlın ümumi idrak obyektini dərk etmə qabiliyyəti: Qurani-Kərimdə hikmətin idrakı ensklopedik biliklə - elmi qüvvətlə şərtləndirilmişdir. Qurani-Kərimdən görünür ki, hikməti yalnız elmdə qüvvətli olanlar dərk edə bilər. Elmdə qüvvətli olmaq - elmi ədəbiyyatda ensklopedik elm anlayşına uyğundur. Ensklopedik elm - həqiqətin ümumi idrak obyektindən hərtərəfli idrak edilməsindən meydana çıxır. Buradan da elmdə qüvvətli olmaq, sağlam ağlın ümumi idrak obyektini dərketmə qabiliyətini tələb edir. Məlumdur ki, Kainat idrak obyektlərinin xarici çoxunluq və xarici vəhdət prinsipi ilə təşkil olunur. Qurani-Kərimin “Duxan” surəsinin 4-5-ci ayələrində bəyan edilir: “Həmin gecə bütün möhkəm işlər bir-birindən ayrılır… Bizim tərəfimizdən qaynaqlanan bir iş! Çünki Biz həmişə göndərən olmuşuq”. Bu ayədəki “qaynaqlanan iş” yaradılan bütün şeylərin xarici vəhdətə gətirilməsi və görünən dünyanın meydana çıxmasına işarə edir. Buradan da xarici vəhdət bilavasitə Allahın işi olduğundan, Onun varlığını təsdiq etdyi aydın olur. Heç bir əqli elm idrak obyektini başqa idrak obyektləri ilə qaynaqlanmış halda öyrənmir. Bu da Allahın varlığını dərk etməyə imkan vermir.BƏZİ ALİMLƏR NİYƏ ALLAHA İNANMIR?
    “Rum” surəsinin 25-ci ayəsində bəyan edilir: “Onun nişanələrindən budur ki, Göy və Yer Onun mütləq iradəsi ilə durmaqdadır”. “Onun mütləq iradəsi ilə durmaq” mövcud olma kimi təzahür edir. İdrak prosesində yalnız mövcudluq idrak edildiyindən, mövcudolma idrak prosesindən kənarda qalır. Bu da “Allahın iradəsini” dərketməyə imkan vermir. Qurani-Kərimin “Fatir” surəsinin 15-ci ayəsində bəyan edilir: “Ey insanlar, sizin hamınvz Allaha möhtacsınız. Allah isə möhtac deyildir, sifətləri və işləri öyülmüşdür”. Belə öyülmüş işlərdən biri “Allahın saxlamalarıdır”. “Allahın saxlamaları” mövcudolmaya səbəb - xarici vəhdətdən ibarətdir, hansı ki, hər hansı bir mövcudluq digər yaradılan bütün varlıqlarla xarici vəhdət təşkil etdikcə mövcud olur və belə vəhdət pozulduğu andan mövcudolmadan çıxaraq yox olur. Buradan da, bütün insanların və digər yaradılanların Allaha möhtac olması hər şeyin bir-biri ilə vəhdətdə mövcud olması zərurəti ilə bağlı olduğunu sübut edir. Allahın varlığı saxlamalarda mümkün olduğundan idrak obyekti ümumi - xarici vəhdətdə təsəvvürə gətirilməklə dərk olunduqda Allahın varlığının doğurduğu sübut olunur. Qurani-Kərimin “Fussilət” surəsinin 53-cü ayəsində bəyan edilir: “Tezliklə varlıq aləmində və onların öz vücudlarında Özümüzün nişanlərimimizi onlara göstrəcəyik ki, Onun haqq olması onlara aydın olsun. Məgər Rəbbin hər şeyə şahid olması kifayət deyil?”. Bu ayədən görünür ki, varlıq aləmi - Kainat və insan vəhdətdə Allah-təalanın varlığının nişanı, yəni dəlilidir. Dünyəvi elmi öyrənən alimlər paralel olaraq özlərini öyrənmədiklərindən, aldıqları bilgi Allahın varlığının dəlili kimi çıxış etmir.
    Elm təcrübədən orjinal şeylərin – ayrı-ayrı tək kimi təsəvvürə gətirilən şeylərin həqiqətini ümumiləşdirməklə bilik əldə edir. Bu zaman təsəvvürlə reallıq ziddiyət təşkil edir, hansı ki, gerçəklikdə heç bir şey təklikdə mövcud olmur, amma o fikrən tək kimi təsəvvürə gəlir. Bu da tək kimi təsəvvürə gətirilən idrak obyektinin mövcud olmasının xarici vəhdətlə bağlı həqiqətlərini ifadə etməsinə imkan verir. Bu da mövcud olmanın təbiətdən kənar güclə əlaqəsinin elmi yolla dərk edilməsini istisna edir.
    Beləliklə, elmi başlanğıcı fikrən tək kimi götürülmüş, amma gerçəklikdə tək kimi mövcudluğu mümkünsüz olan orjinal idrak obyekləri təşkil edir. Məhz bu cür idrak mütləq həqiqəti dərkedilməz edir, hansı ki, idrakın təcrübədən başlanması həqiqətin təhrif olunması ilə dərkinə əsaslanır. Dini bilgi əqli biliklərdən fərqli olaraq ayrıca bir idrak obyektini yox, xarici çoxunluğu - ümumi idrak obyektini başlanğıc kimi götürür və bu zaman konkret idrak obyektləri ilə xarici vəhdəti özündə ifadə edən mücərrəd güclər paralel olaraq dərk olunur. Yəni din hər hansı bir idrak obyektini “Allahın yaratdığı, tənzimlədiyi və mələklər vasitəsi ilə nəzarət etdiyi başqa bütün idrak obyektləri ilə vəhdətdə ümumi idrak obyekti” kimi götürülməsini tələb edir. İnsan adi şüurla heç vaxt ümumi idrak obyektinə istiqamətlənə bilməz. Bunun üçün şüur tək-tək idrak obyektlərinə istiqamtlənmək vəziyyətindən ümumi idrak obyektinə istiqamətlənmə vəziyyətinə keçməyi tələb edir. Psixologiyada ağlın bu cür vəziyyəti xolotrop - ümumiyyə istiqamətlənmə vəziyyəti adlanır. Yəni dini həqiqətlər ayrı-ayrı şeylərə yox, bütün şeylərə, ümumiyə eyni anda istiqamətlənməyə cəhdlə idrak olunur. Alimlər, bunun əksinə, xüsusiyə istiqamətləndiklərindən, onların şüuru xilotrop - xüsusiyə istiqamətlənmə vəziyyətinədə olur və xolotrop vəziyyətlə əksilik təşkil edir. Buna görə, alimlər dini həqiqətləri idrak edə bilmir.

    (Ardı var)
    Sərdar CƏLALOĞLU

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA