» » Bu gün məhərrəm ayı başa çatır

Bu gün məhərrəm ayı başa çatır

  • Bu gün məhərrəm ayı başa çatırBu gün hicri-qəməri təqvimi ilə məhərrəm ayının sonuncu günüdür. Sabahdan bu təqvimin ikinci, yəni səfər ayı başlayır.
    Hurriyyet.org bildirir ki, səfər ayı islam tarixində mühüm hadisələrlə yadda qalıb. Elə səfər ayının ilk günlərində İmam Hüseynin (ə) ailəsi əsir edildikdən sonra Şama - zalım Yezidin hüzuruna gətirilib və onlara mənəvi və fiziki işgəncələr verilib. İmam Hüseynin (ə) 3 yaşlı qızının şəhid edilməsi də bu günlərə təsadüf edir.
    Səfər ayının birinci günündə islam dünyasında ilk daxili müharibələrdən olan Siffeyn döyüşü baş verib. Bu ayın yeddisində isə İmam Zeynəlabidin (ə) şəhid edilib. Elə həmin gündə yeddinci İmam Museyi-Kazim (ə) dünyaya göz açıb. Səfərin 20-də isə müsəlmanlar həmişə İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin ölümünün qırxıncı günü (Ərbəin) kimi matəm saxlayırlar. Ayın 28-də isə Həzrət Məhəmməd peyğəmbər (s) 63 yaşında vəfat edib. Həmin gündə İmam Həsən də (ə) şəhid edilib. Səfər ayının sonunda isə İmam Rza (ə) şəhid edilib.
    Səfər ayının bu şəkildə adlandırılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Nəql edilən tarixi faktlara görə, ərəblər cahiliyyət dövründə 4 ayda - zilhiccə, zilqədə, rəcəb və məhərrəm aylarında döyüşlərə fasilə verərdilər. Amma məhərrəm ayı bitdikdən sonra onlar azad olmuş və özlərini boşalmış kimi hiss etdiklərinə görə sözügedən ayı səfər, yəni "sıfır" adlandırırdılar.
    Cahiliyyət dövrü ərəblərinin fikirlərinin tam əksinə olaraq Həzrət Peyğəmbər (s) bu ayda daha çox sədəqə, yəni yoxsullara əl tutmağı tövsiyə edirdi. Həzrəti peyğəmbər buyurur: "Bu ayda sən qardaşınla üzləşəndə gülərüz olsan, bu sənin üçün sədəqə sayılar. Bu ayda kimisə pis işdən çəkindirib, yaxşı işlərə sövq edə bilsən, bu da sədəqədir. Azmışlara yol göstərmək, yol təmizləmək də sədəqə sayılır"./islam.az/

    Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA