» » Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olundu

Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olundu

  • Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilişi bərpa olunduAğsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa olunub.
    Hurriyyet.org
    bildirir ki, bu barədə “Trend”ə xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova məlumat verib.
    Baş həkim bildirib ki, bu gün səhər saatlarında "Azərişıq" ASC ilə razılıq əldə edilib və istifadə edilən elektrik enerjisinə görə yaranmış borcun mərhələli ödənişi barədə müqavilə bağlanıb:
    "Razıllaşmadan sonra Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi bərpa edilib. "Azərişıq" ASC-yə noyabr ayına qədər 31 920 manat işıq pulu ödənilib. Onun 31 min manatı dövlət büdcəsi, 920 manatı şəxsi, yəni özümüz tərəfindən ödənilib. Oktyabrda 400 manat, noyabrda 520 manat elektrik enerjisinə görə pul ödəmişik. Hazırda xəstəxananın elektrik enerjisinə görə 28 min manat borcu qalıb. Onu da mərhələli ödəyəcəyik. Razılaşdıq ki, qarşıdakı aylarda da qalan məbləğ ödəniləcək. Hazırda işıqlarımız yanır və vəziyyət normaldır".
    Xatırladaq ki, noyabrın 3-də Ağsu rayon Mərkəzi Xəstəxanasına elektrik enerjisinin verilməsi borca görə dayandırılmışdı. Həmin vaxtdan etibarən xəstəxanaya xüsusi generatorlarla işıq verilirdi.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA