» » Bu il 22 dini qurum ləğv olunub

Bu il 22 dini qurum ləğv olunub

Bu il 22 dini qurum ləğv olunubLənkəran rayonu Liman şəhər məscidi dini icması (377 nömrəli, 29.06.2000-ci il tarixli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb) təsisçilərinin ümumi yığıncağında 1 nömrəli protokol ilə həmin dini icmanın ləğv olunması barədə qərar qəbul edib.
Hurriyyet.org bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsi report-un məlumatını təsdiqləyib.
Komitədən bildirilib ki, vaxtı ilə Ədliyyə Nazirliyində qeydiyyata alınmış Liman şəhər dini icmasının ləğvinin səbəbi yeni dini icmanın yaradılmasıdır: "Köhnə dini icmanın ləğvi barədə mətbuatda elan verilib, lakin prosedur hələ başa çatmayıb. Belə ki, dini icma dövlət qeydiyyatından çıxarıldıqdan sonra ləğv edilmiş sayılır".
Dövlət Komitəsindən onu da bildiriblər ki, 2016-cı il ərzində 22 dini qurum ləğv olunub.

Hurriyyet.org

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA