» » ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

  • ABŞ səfiri: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur""Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".
    Hurriyyet.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert xarici işlər naziri Elmar Məmmədyarovun ermənistanlı həmkarı ilə növbəti görüşə ümid olmaması barədə söylədiklərinə münasibət bildirərkən söyləyib.
    R.Sekuta deyib ki, ABŞ-ı ATƏT-in Minsk Qrupunda həmsədr kimi səfir Ceyms Uorlik təmsil edir və danışıqlarda bilavasitə o iştirak edir: "Amma onu deyə bilərəm ki, həmsədrlər münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar tərəfləri bir araya gətirmək üçün səylərini davam etdirirlər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri və prezidentlərinin görüşünü təşkil etmək üçün səylər davam etdirilir. Bir şey də birmənalıdır ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Buna görə də məhz sülh yolu ilə münaqişənin həllinə nail olmaq üçün tərəflər bir araya gəlməlidirlər. Bu, çox vacibdir. Həm azərbaycanlılar, həm ermənilər bu münaqişənin, belə bir vəziyyətin həddən artıq uzun müddət davam etdiyi fikri ilə razıdırlar. Sülh yolu ilə irəliləyişin və nizamlanmanın əldə olunması üçün tərəflər tez bir zamanda bir araya gəlməlidirlər"./apa/

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA