» » Akif Çovdarov vəkillərindən imtina etdi

Akif Çovdarov vəkillərindən imtina etdi

  • Akif Çovdarov vəkillərindən imtina etdi
    Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    Hurriyyet.org
    apa-ya istinadla bildirir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmə heyətinə etiraz barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.
    Prosesdə A. Çovdarov vəkillərindən imtina ilə bağlı məhkəməyə vəsatət təqdim edib. O, bu addımını vəkillərin bütün vəsatətlərinin, müraciətlərinin cavabsız qalması ilə əlaqələndirib: "Vəsatətlərimiz təmin olunmursa, səhhətim nəzərə alınmırsa, mənə vəkil lazım deyil. Çünki sonu bəllidir".
    Məhkəmə vəsatətlə bağlı müşavirəyə gedib. Sonra isə qərarın sabah açıqlanacağı bildirilib.
    Proses noyabrın 15-də davam etdiriləcək.
    Qeyd edək ki, proses jurnalistlərin iştirakı olmadan keçirilib.

    *** 13:43
    Akif Çovdarovun məhkəməyə gətirilə bilmədiyi ilə bağlı arayış qəbul olunmayıb.
    Hurriyyet.org
    Lent.az-a istinadən bildirir ki, Çovdarov məhkəməyə gətirilib. Sabiq MTN generalı vəkili Kamandar Nəsibovla görüş tələb edib, hakim tələbi təmin edib. Hazırda Çovdarov vəkili ilə görüşür.

    *** 12:47
    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun səhhətində yaranmış problemlə əlaqədar Penitensiar Xidmətin istintaq Təcridxanasından məhkəməyə arayış göndərilib.
    Hurriyyet.org
    apa-ya istinadən bildirir ki, bu barədə A. Çovdarovun vəkili bildirib. Vəkil deyib ki, bu gün məhkəməsi davam edən təqsirləndirilən şəxslərdən Akif Çovdarovdan başqa digərləri məhkəməyə gətirilib.
    Proses 12:30-da keçiriləcək.
    Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov məhkəməyə gətirilməyib. Vəkil bildirib ki, buna səbəb onun səhhətində yaranan problemdir.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA