» » 5 milyard yaşlı Yerin itən şəhərləri

5 milyard yaşlı Yerin itən şəhərləri – MÜTƏXƏSSİS SÖZÜ

  • 5 milyard yaşlı Yerin itən şəhərləri20 qalaktika ilində 20 dəfə iqlim dəyişmələri olub

    Əsgər MƏMMƏDOV, Bakı Dövlət Universitetinin Goğrafiya fakültəsinin professoru

    Günəş yer kürəsi üçün bizə məlum olan yeganə enerji mənbəyidir və bu enerjinin miqdarı günəş sabiti kimi məlumdur ( 2 kkal ∕ sm2 .dəq) . Madam günəş enerjisinin miqdarı il ərzində dəyişmir, bəs onda bir-birinə bənzəməyən atmosfer proseslərinin (anomaliyalarının) təkrarlanmamasına səbəb nədir? 100 illik müşahidə məlumatlarının təhlili göstərir ki, bütün göstəriciləri üst-üstə düşən təkrarlanan hava şəraitini (analoqları) tutmaq demək olar ki, mümkün deyil. Deməli, enerji balansının tamamlanması üçün bir il kifayət etmir.
    Təbii proseslərin formalaşması və dəyişməsi 3 – fundamental - kütlə və hərəkət miqdarlarının saxlanması və enerjinin saxlanması qanunlarına görə müəyyən edilir. Kütlənin artması və cismin (yerin) daxili enerjisinin artması elmdə öz təsdiqini hələ XVII əsrdə tapıb. Son 100 illikdə atmosfer anomaliyalarının, tektonik poroseslərin artmasını yerin daxili enerjisinin artması ilə izah etmək olar.
    Bəs yerin daxili enerjisinin artmasına səbəb nədir?
    5 milyard yaşlı Yerin itən şəhərləriGeofiziki məlumatlara əsasən müəyyən edilib ki, Yer səthinə ildə 16 min ton, (sutkada 44 ton) meteroid düşür. Balansın təmin olunması üçün o qədər də kütlə hər ildə Yer kürəsini (cazibə qüvvəsinə üstün gələrək ) tərk etməlidir.
    Hissəciklərin Yer kürəsini tərk etməsi üçün onların surəti V kr =11km ∕san-dən çox olmalıdır. Bununla əlaqədər hissəciklər bu surəti atmosferin aşağı (troposferdə ) hündürlüklərində hava təbəqəsi sıx olduğundan ala bilmirlər.
    Hissəciklərin bu cür böyük surət almalarının mümkünlüyünü araşdırmaq üçün statistik fizikanın qanunlarına istinad edilir .
    Beləliklə, kütlə balansının ödənməsi üçün 1 ildə 16 min ton kütlənin yuxarıda qeyd edilən şərtlər daxilində, yerin cazibə qüvvəsinə üstün gələrək onu tərk etməsi lazımdır. Araşdırmalar isə bunun ehtimalının çox aşağı olduğunu deməyə imkan verir. Deməli, balansın ödənməsi üçün daha böyük müddət lazımdır. Bu müddət isə Qalaktika ilinə bərabərdir (250 milyon il ).
    Qalaktikanın bütün ulduzlar sistemi onun mərkəzi (oxatan bürcü) ətrafında fırlanır. Bu fırlanma sistemində Günəş sistemindən fərqli olaraq mərkəzdən kənarlara doğru radiusun artması ilə bucaq surəti və xətti surət kəskin şəkildə azalır. Bu isə onunla əlaqədardır ki, Qalaktika mərkəzi Günəş kimi müəyyən kütləyə malik deyil.
    Günəş sistemi Qalaktika mərkəzi ətrafında tam bir dövrünü , 200 km ∕san. sürətlə 250 milyon ilə başa vurur. Bu müddət Qalaktika ili adlanır. Balansın hər qalaktika ilindən bir ödənməsini qəbul etməklə iqlimin dəyişməsini həmin müddətlə əlaqələndirmək olar. Son zamanlar tarixi dövrlərin iqlimində heç bir dəyişiklik olmaması haqqında paleoiqlimşünasların məlumatları Qalaktika ili ilə bağlı nəzəriyyəni bir qədər də əsaslandırmağa imkan verir.
    Onda belə çıxır ki, Günəş sistemində bütövlükdə hər qalaktika ilində ciddi dəyişikliklər baş verir. Deməli, indiyənə kimi 5 milyard il ərzində yer kürəsi bütövlükdə dəfələrlə iqlim dəyişmələrinə məruz qalıb, bütöv şəhərlər yaddaşlardan silinərək yox olub.
    Arxeoloji tapıntılardan bizə məlum olan bir çox heyvanat aləminin nəsli kəsilib, yox olub.
    Son dövrün arxeoloji qazıntıları nəticəsində Yaponiya sahillərində Yonahunidə batmış şəhərin qalıqları tapılmışdır. Kubanın şimal-şərqində “Meqa şəhər” aşkar edilmişdir. Kabay körfəzində Hindistan sahillərində 120 fut dərinlikdə şəhər aşkar edilmişdir. Təqribi təhlillərə görə, həmin tapıntıların yaşı bir neçə on min il təşkil edir.

    5 milyard yaşlı Yerin itən şəhərləri


    Daha təəccüblü tapıntı 1967-ci ildə Florida sahillərində aşkarlanıb. Burda 3000 fut dərinlikdə 15 km -ə qədər uzunluğunda yol aşkar edilib. Daha böyük təəccüb yaradan odur ki, həmin yol çox mürəkkəb tərkibli sementdən hazırlanıb. Həmin tərkib alüminium, silikon, kalsium, dəmir və maqneziumdan istifadə edilməklə hazırlanıb. Sonralar həmin yolun sonunda monolit konstruksiya aşkar edilmişdir və bir neçə minilliklər keçməsinə baxmayaraq, həmin yol indiyənə kimi yararlı vəziyyətini saxlayıb.
    2004-cü ildə sunami Şərqi Asiyanın sahil ərazilərini toz qalıqlarından təmizləyərək Maxabalipuram şəhərini tapmağa səbəb olub.
    Bütün bunlar onu qəbul etməyə etməyə əsas verir ki, nə vaxtsa Yer kürəsində daha yüksək elmi-texniki inkişafa malik cəmiyyət olub.
    Beləliklə, Yer kürəsinin yaşının təxminən 5 milyard ilə yaxın olduğunu qəbul etsək, onda indiyə qədər təqribən 20 qalaktika ilinin keçdiyini demək olar. Deməli, Yer kürəsi indiyənə qədər 20 dəfə iqlim dəyişmələrinə məruz qalıb. Əlbəttə, qeyd edilən dövrün hər birində insan cəmiyyəti dəyişib, yeniləşib. Əks halda yox olan şəhərlər haqqında cəmiyyətin tarixində bir iz qalmış olardı.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA