» » ALLA PUQAÇOVA İŞİD-in HƏDƏFİNDƏ

ALLA PUQAÇOVA İŞİD-in HƏDƏFİNDƏ

ALLA PUQAÇOVA İŞİD-in HƏDƏFİNDƏ
İşə FTB qarışıb

Rusiyanın məşhur sənətçisi Alla Puqaçova və əri Maksim Qalkinin birgə yaşadığı malikanənin ətrafında ekstremist dini qruplaşmalara aid olması ehtimal edilən Mədinə adlı hicablı qadın saxlanılıb.
Hurriyyet.org
-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 45 yaşlı İnquşetiya vətəndaşı olan qadın əlində böyük çantayla müğənninin evinin ətrafında dolanaraq nə isə axtarırmış.
Ölkənin hüquq-mühafizə orqanları məşhur çütlüyün Moskvaətrafındakı Qryaz kəndində yaşadığı mülkün ətrafına xüsusi baxış keçirib.
İtlərlə aparılan baxış zamanı ərazidə nə partlayıcı maddə, nə də ətrafa zərər verəcək maddi sübut tapılmayıb. Asayiş keçikçiləri eyni zamanda qadının alkoqol, yaxud narkotik maddə aludəçisi olub-olmadığını da yoxlayıblar. Qan təhlillərinin də təmiz çıxıb.
Amma qadının çantasından tapılan ekstremiss ədəbiyyat onunla bağlı şübhələri dərinləşdirib.
Mədinə özü isə dindirilərkən məkana pis niyyətlə yaxınlaşmadığını bildirib. Onun sözlərinə görə, Allah Puqaçovanın malikanəsinə onun özünün “çağırışı” ilə gəlib: “Allahın elçisi”yəm. Yuxumda görmüşəm ki, Puqaçova mənimlə görüşüb nəsə haqda danışmaq istəyir. Qalkinə çatdırmalı olduğum əşyalar var”.
Hadisə baş verən zaman yubiley tədbirində olan müğənni bu haqda heç bir açıqlama verməyib.
Hazırda Rusiya FTB-si sənətçinin ardınca düşən Mədinənin terrorçularla əlaqəsi olub-olmadığını araşdırır.
Mütəxəssislərin fikrincə, qadının çantasından ekstremis ədəbiyyatın tapılması məsələni qəlizləşdirib. Əgər bu fakt olmasaydı, onun sadəcə sənətçinin fanatı olduğu düşünülərdi. Amma təhqiqatçılar eyni ədəbiyyatların İŞİD tərəfdarlarından da tapıldığı bildirir.
Qadın kitabları hardan əldə etdiyi haqda konkret söz deyə bilməyib. Polislərin ondan aldığı kitablar təhqiqat üçün ekspertizaya göndərilib. Mədinə özü isə psixioloji durumu dəqiqləşdirilənədək ruhi-əsəb xəstəxanasına yerləşdirilib.

Altunay, Hurriyyet.org

ALLA PUQAÇOVA İŞİD-in HƏDƏFİNDƏ

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Nisan 2017    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
QALEREYA