» » METANOL ZAVODU NİZAMİ PİRİYEVİN ƏLİNDƏN ALINDI

METANOL ZAVODU NİZAMİ PİRİYEVİN ƏLİNDƏN ALINDI

  • Loading...
    METANOL ZAVODU NİZAMİ PİRİYEVİN ƏLİNDƏN ALINDI

    Keçmiş oliqarx Nizami Piriyevdən alınan zavod fəaliyyətə başladıqdan sonra Beynəlxalq Banka yaranmış borc ödənəcək

    İlham Şaban: “Artıq hüquqi şəxs qismində “SOCAR Metanol” adlı şirkət yaranıb”


    Qaradağda tikilən Metanol zavodu Cənubi Qafqazda ən iri anoloji zavoddur. Lakin 2015-ci ilin əvvəlindən bəri bu zavod fəaliyyət göstərmir. Ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyəti olan bu zavodun fəaliyyət göstərməməsinin müxtəlif səbəbləri var. Məsələn, zavodun tikintisi üçün götürülən kreditin Beynəlxalq Banka qaytarıla bilməməsi və borcların şişməsi zavodi iflic edib.
    Qeyd edək ki, havaya buraxılan karbon qazını azaltmağa xidmət edən Metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə layihələrindən biridir. Xatırladaq ki, zavod Nizami Piriyev adlı oliqarxa mənsub olub. N.Piriyevin zavodun inşasına 450 milyon dollar xərclədiyi barədə məlumatlar var. Zavodun inşasına 120 milyon dollar Avropa Yenidənqurma və İnkişaf Bankı kredit verib. Geridə qalan kredit isə Beynəlxalq Bank tərəfindən ayrılıb. Hazırda zavodun kredit borclarının 850 milyon dollara qədər şişməsi barədə məlumatlar var.
    N.Priyevin adı Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevlə korrupsiya cinayətlərində hallanaraq, barəsində 3 ay həbs qəti-imkan tədbiri seçilib. İddia olunur ki, N.Piriyevin SOCAR rəhbərliyi ilə razılaşmasından sonra, onun barəsində cinayət işi ləğv edilib.
    Zavodun borcunun şişməsinin səbəblərinə gəlincə, burada əsasən SOCAR-ın xammal, yəni təbii qaz vermədiyi üçün zavodun normal fəaliyyət göstərə bilməməsini qeyd etmək olar. Məlumata əsasən, SOCAR zavoda bir müddət təbii qaz versə də, sonradan onu dayandırıb və bu da N.Piriyevi çıxılmaz vəziyyətə salıb. Hansı ki, SOCAR-ın prezidenti Rövnəq Abdulayevin mətbuatda gedən fikri də deyilənləri təsdiq edir:
    METANOL ZAVODU NİZAMİ PİRİYEVİN ƏLİNDƏN ALINDI

    “Bizdə onlar üçün lazım olan qaz resursu mövcud deyil. Burada günah zavodun özündədir. Adətən əvvəl müqavilə bağlayırlar, sonra zavod tikirlər. Onlar əvvəl zavodu tikdilər, sonra fikirləşdilər ki, zavod üçün qazı haradan tapsınlar”.
    Buradan belə məlum olu ki, zavoda verməyə SOCAR-ın qazı olmayıb. Odur ki, sual yaranır, bəs, zavodu balansına keçirəndən sonra, SOCAR movcud olmayan təbii qaz ehtiyatlarını haradan alacaq? Əlbəttə ki, bu inandırıcı fikir deyil. Necə ola bilər ki, Azərbaycan Avropa ölkələrinə, qonşu ölkələrə qaz ixrac edir, öz zavodu üçün mavi yanacaq tapılmır?! Deməli, bu, sahibkara qarşı təzyiqdən başqa bir şey deyil. Hər hansı sahibkara qarşı təzyiqlər isə ölkədə investisiya mühitinin pisləşməsinə xidmət edir. Bu da ölkə iqtisdiyyatı üçün heç də yaxşı nəsə vəd etmir.
    Zavodun fəaliyyəti ilə bağlı məlumat almaq üçün keçmiş adı “AzMeco Metanol” olan zavodla əlaqə saxladıq. Telefona cavab verən xanım yalnız onu dedi ki, bura “AzMECo Metanol” deyil, “SOCAR Metanol”dur. Xanım mətbuat işçisi olduğumuzu biləndə dedi ki, müdiriyyət heç bir mətbuat orqanına informasiya verməmək haqda göstəriş verib.
    Yeri gəlmişkən, ötən ay SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov mətbuata məlumat verib ki, SOCAR məhkəmənin müvafiq qərarını gözləyir:
    METANOL ZAVODU NİZAMİ PİRİYEVİN ƏLİNDƏN ALINDI

    “Bu qərara əsasən, adıçəkilən zavod “Aqrarkredit” bank olmayan kredit təşkilatına keçməlidir. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq”.
    Bu məlumat əsasında “Aqrarkredit” təşkilatı ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, deyəsən, zavod hərraca qoyulub, onunla bağlı iş gedir. Ancaq hələ bu barədə onlara dəqiq məlumat verməyiblər.
    Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev də bildirdi ki, Metanol zavodunu satışa çıxardıblar: “Bildiyimə görə, “Metanol”u artıq SOCAR-a satıblar. Metanol əvvəl müstəqil zavod idi. Zavodun rəhbəri Nizami Piriyevi günahlandırdılar. Guya ki, krediti çox götürüb, köhnə avadanlıqla zavodu tikib. Bu faktların nə dərəcədə düzgün olduğunu deyə bilmərəm. Bu faktları əsas gətirərək zavodu Nizami Piriyevin əlindən alıb SOCAR-a verdilər”.
    F.Əliyev daha sonra Neft Şirkətindən bu haqda açıqlama verilməməsinə aydınlıq gətirdi: “Bilirsinizmi, Neft Şirkətindən zənginizə niyə cavab vermirlər?! Ona görə ki, hələ zavodun məsələsi tam həll edilməyib. Onlar gərək zavoda qiymət qoysunlar. Satışda da müəyyən prosedurlar var. O prosedurlar bitmədiyi və zavodun dəyəri ödənilmədiyi üçün mətbuata məlumat vermirlər. Hələ ki, sözlə Metanol zavodu SOCAR-a verilib. Heç kəsi də zavoda yaxın buraxmırlar. Neft Şirkəti zavodu adına keçirəcək. Pulunu ödəyəcək. Ondan sonra zavod Neft Şirkətinin olacaq”.
    F.Əliyev qeyd etdi ki, N.Piriyevə həqiqətən də böyük məbləğdə kredit vermişdilər: “O sahibkarı sıxıblarsa, belə bir sual ortya çıxır ki, onda o qədər krediti ona necə veriblər? Sən, mən gedib o qədər krediti ala bilirik? Əlbəttə, yox. Ona görə, Nizmai Piriyevə bu qədər kredit verildiyi halda, niyə bu vəziyyətə gətirb çıxarmalı idilər ki?! Odur ki, onun sıxışdırlması ilə bağlı bir söz deyə bilmərəm”.
    F.Əliyev onu da əlavə etdi ki, neft, kmiya tərkibli zavodlara həmişə bir az ehtiyatla yanaşır: “Ancaq bu əhəmiyyətli zavod idi”.
    İqtisadçı Rəşad Həsənov bildirdi ki, SOCAR-ın qaz verməməsi səbəbindən zavodun fəaliyyəti dayanıb:
    METANOL ZAVODU NİZAMİ PİRİYEVİN ƏLİNDƏN ALINDI

    “Sonradan zavodun İdarə Heyəti və zavodun tikintisinə xərclənən kreditlərlə bağlı problemlər ortaya çıxdı. Zavoda müxtəlif formada təsirlər edildikdən sonra, zavod faktiki olaraq fəaliyyət gösərmir. Zavodun fəaliyyət gösərməməyi həm yerli istehsal, həm yaradılan əlavə dəyər, həm də eneji resurslarının son məhsul olaraq satışı strategiyasına zidd olması baxımından düzgün deyil. Zavod inşa edilərkən nəzərdə tutulmamışdı ki, yalnız daxili tələbatın ödənilməsi üçün məhsul istehsal edəcək. Eyni zamanda ixrac üçün də nəzərdə tutulmuşdu. Hazırda zavod fəaliyyət göstəmirsə, təbii ki, bu istiqamətlərdə heç bir addım atılmır. Bu isə iqtisadiyyata öz mənfi təsirlərini göstərməklə yanaşı, eyni zamanda mövcud patensialın düzgün istifadə edilməməsi deməkdir. Eyni zamanda sahibkarlıq fəaliyyətinin uğursuzluğu kimi qiymtləndirilə bilər. Hazırda ən böyük problemlərdən biri ölkə iqtisadiyyatına investisiya cəlb edilməsi problemidr. Bunun daxili, yaxud xarici mənbələr hesabına olması fərq etməz. Istənilən formada ölkəyə invesitsiyanın cəlb edilməsi vacibdir. Əgər yatırılmış investisya hansısa administrativ problemlər səbəbindən fəaliyyət göstərimisə, bu, digərləri üçün də nümunə xarakteri daşıyır. Belə bir şəraitdə investisya mühitinin liberallığından söhbət gedə bilməz və yaxud bu məsələyə investorların heç də optimist yanaşmayacağı göz önündədir. Eyni zamanda bu kimi müəssisələrin fəaliyyət göstərməməsi, yatırılan investisyaların gəlirsizliyi növbəti dövrlər üçün ölkə iqtisadiyyatına, real sektora yatırılan investiyalar qarşısında da bir əngələ çevrilir”.
    R.Həsənov hesab edir ki, söhbət kredit borcu qarşılığında müəssisənin girov olaraq təminatı və onun satışından gedirsə, faktiki olaraq bu gün üçün Metanol zavodunu özəlləşdirə və növbəti dövrlərdə zavodun işləkliyni təmin edə biləcək şirkətlərdən biri SOCAR-dır: “Bu baxımdan, müəssisənin SOCAR-ın balansına keçirilməsində ciddi problem yoxdur. Bu, müəssisənin davamlı fəaliyyətinə kömək edə bilər. Amma burada hansısa formada təzyilərdən söhbət gedirsə, prosesin özü şəffaf deyilsə, bu sahibkarın hansısa formada cəzalandırılması kimi ortaya çıxırsa, təbbi ki, bu zaman biznes sektoruna, investisyaya mənfi təsirini göstərəcək”.
    R. Həsənov onu da diqqətə çatdırdı ki, ölkəmizdə mövcud şərtlərə əsasən, biznes fəaliyyətinin uğurlu olması rəsmi dövlət qurumları ilə münasibətlərin hansı səviyyədə olmasından çox asılıdır: “Münasibətlər normal olmursa, bu zaman leqal və qeyri-leqal formada təzyiqlər mümkündür və belə hallar minlərlə baş verib. Amma bu hal sahibkarlıq fəaliyyətinin bu qədər önəmli olduğu bir dövrdə neqativ nümunələrin ortya çıxması bu mühitdə mənfi aura formalaşdırır”.
    Rəşad Həsənov dedi ki, SOCAR zavodu balansına qısa müddətli dövr üçün deyil, orta və uzun müddətli dövr üçün keçirməyi hesablayır: “Son nəticədə SOCAR-ın digər qaz yataqlarından qaz hasilatını artırması nəticəsində buna imkan yaradacaqlarının izahı olacaqdır. Amma düşünrəm ki, zavodun bu gün işləməməsində SOCAR-ın həqiqi payı 50 fazidir. Ondan artıq deyil”.
    İqtisadçı Natiq Cəfərli bildirdi ki, Metanol zavodu kifayət qədər valyuta qazandıra biləcək istehsal sahələrindən biri idi:
    METANOL ZAVODU NİZAMİ PİRİYEVİN ƏLİNDƏN ALINDI

    “Azərbaycanın indiki durumunda belə bir zavodun işləməməsi təbii ki, iqtisadiyyata ciddi zərər vurmuşdur. Orada işçilərin də işsiz qalması, onların ailələrinin də çətin vəziyyətdə olmasının həm mənəvi, həm də sosial ziyanı var”.
    N.Cəfərli dedi ki, zavodun bağlanması ilə bağlı müxtəlif versiyalar gəzir: “Əsas versiya zavodun mülkiyyətçisinin dəyişdirilməsidir. Formal olaraq rəsmi səbəblərə görə, zavodun bağlanmasını xammalın olmaması ilə izah edirlər. Əslində, bu o qədər də inandırcı deyil. Çünki qaz istehsalçısı olan Azərbaycanda bir zavodu təmin edəcək qədər xammalın olmaması o qədər də inandırıcı deyil. Deməli, burada başqa səbəblər var. Əslində, bu səbəblərin ortalığa çıxması daha yaxşı olardı. Amma ilkin versiya ondan ibarətdir ki, zavodda mülkiyətçinin dəyişdirilməsinə hazırlıq gedir və yaxud bu mülkiyətçi dəyişidirildikdən sonra zavod işləməyə başlayacaq. Bu yöndə ciddi gözləntilər var”.
    Natiq Cəfəli qeyd etdi ki, zavod SOCAR-ın balansına keçəndən sonra yenidən fəaliyyətə başlayacaq: “Amma bu ümumi biznes mühiti üçün çox da yaxşı bir məsələ deyil. Bu xəbər üzə çıxsa, mülkiyətçi dəyişdirilsə, hər hansı bir dövlət orqanının sahibkara təzyiqləri üzə çıxsa, investorlar üçün heç də yaxşı xəbər deyil. Bu, gələcəkdə Azərbaycana investisiya cəlb etmək üçün növbəti əngəllərdən birinə çevrilə bilər”.
    Keçmiş millət vəkili Nazim Bəydəmirli bildirdi ki, zavodun sahibini “bankrot” etmək üçün zavoda qaz verilməyib:
    METANOL ZAVODU NİZAMİ PİRİYEVİN ƏLİNDƏN ALINDI

    “Zavodun rəhbərliyi “Qazprom”la da müqavilə bağladı. Yenə də imkan verməyiblər”.
    Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban hesab edir ki, Dövlət Neft Şirkətinin Metanol zavodunu balansına keçirməkdə əsas məqsədi zavodun borcunun qaytarılmasıdr:
    METANOL ZAVODU NİZAMİ PİRİYEVİN ƏLİNDƏN ALINDI

    “Hökumət istəyir ki, həmin zavodu işlətsin və həmin zavodun əldə etdiyi gəlirdən Azərbaycan Beynəlxalq Bankına yaranmış olan borcu ödəsin”.
    İ.Şaban deyir ki, Neft Şirkəti zavodu balansına keçirərsə və o zavodu işlətməzsə, onda o borc da ödənməyəcək: “Onda belə çıxır ki, heç nə dəyişmir. Ona görə də Dövlət Neft Şirkəti zavodun qazını da verəcək, onun məhsulunun ixracını da təmin edəcək. Çünki oradan gəlir qazanmalıdır”.
    İlham Şaban onu da vurğuladı ki, Metanol zavodu Dövlət Neft Şirkətinin balansına keçib: “Məndə məlumat var ki, artıq hüqiq şəxs qismində SOCAR Metanol adlı şirkət yaranıb”.
    Qeyd edək ki, Metanol zavodunun Dövlət Neft Şirkətinin balansına keçməsini dəqiqləşdirmək məqsədilə qurumun mətbuat xidmətinə dəfələrlə zəng etməyimizə baxmayaraq telefona cavab verən olmadı.

    Şamo EMİN, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA