» » Vidadi Zeynalov ittiham üzrə özünü təqsirli bilmir

Vidadi Zeynalov ittiham üzrə özünü təqsirli bilmir – MƏHKƏMƏ - YENİLƏNİB

  • Loading...
    Vidadi Zeynalov ittiham üzrə özünü təqsirli bilmir
    Günün ikinci yarısında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ikeçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazali Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
    Hurriyyet.org
    xəbər verir ki, prosesdə çıxış edən dövlət ittihamçısı digər təqsirləndirilən şəxslərin ittihamnaməsini, onların ittiham olunduğu maddələri açıqlayıb.
    Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov ittihamnamənin mahiyyətinin aydın olduğunu, ancaq özünü təqsirli bilmədiyini deyib.
    Elan olunmuş ittiham üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Bayram Vəliyev, Emin Məmmədov özlərini qismən təqsirli biliblər. Məhəmməd Məmmədov, Oktay Rüstəmov və Namazalı Məmmədov isə özlərini təqsirli bilmədiklərini deyiblər.
    Hakim Bayram Vəliyevə Vergilər Nazirliyinin qaldırdığı mülki iddia ilə bağlı münasibət bildirməsini istəyib: “Vergilər Nazirliyi sizə qarşı 255 min manatlıq mülki iddia qaldırıb. Nazirliyin mülki iddiasını qəbul edirsizmi?”
    Bayram Vəliyev qismən ödəniş olunduğunu vurğulayıb.
    Proses noyabrın 28-də davam edəcək.

    *** 13:08
    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
    Hurriyyet.org-un məhkəmə zalında olan əməkdaşının verdiyi xəbərə görə, Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hakim bildirib ki, prosesdə Vergilər Nazirliyinin nümayəndəsi iştirak edir. Hakimin sözlərinə görə, iş üzrə nazirlik 255 min manatlıq mülki iddia qaldırıb.
    Daha sonra təqsirləndirilən Səhlab Hümbətovun vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
    Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə müdafiə etdiyi şəxsin hamıdan sonra ifadə vermək istədiyini və bunun nəzərə alınmasını xahiş edib.

    İclasda məhkəmə istintaqının başlanması elan olunub.
    Dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktının nəticə hissəsini elan edib
    İttihama görə, V. Zeynalov digərləri ilə korrupsiya şəbəkəsi formalaşdırıblar. Onlar nəzərdə tutulan işlərin bəzi hallarda görülməməsi, məbləğlərin şişirdilməsi və digər yollarla pul mənimsəyiblər.
    İttihama münasibət bildirən V. Zeynalov özünü təqsirli bilmədiyini deyib.

    Proses günün ikinci yarısında davam edəcək.

    Şamo EMİN, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Temmuz 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    QALEREYA