» » İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü

İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü - FOTOLAR - YENİLƏNİB

  • İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşüNoyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.
    Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
    Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.
    Fəxri qarovul dəstəsinin rəisi Belarus Respublikasının prezidentinə raport verdi.
    Belarus Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
    Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
    Belarus Respublikasının pezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
    Prezidentlər rəsmi foto çəkdirdilər.
    Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
    İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü

    İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü

    İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü


    *** 14:40
    İlham Əliyevlə Aleksandr Lukaşenkonun təkbətək görüşü
    Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
    Hurriyyet.org
    xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
    Belarus prezidenti Aleksandr Lukaşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA