» » SABİQ NAZİRİN TV BİZNESİ ÇÖKÜR

SABİQ NAZİRİN TV BİZNESİ ÇÖKÜR

SABİQ NAZİRİN TV BİZNESİ ÇÖKÜR
Rabitə Nazirliyindəki çaxnaşmaların çanağı istehlakçının başında çatlayır

“Bakİnternet”-in internet və İP-TV xidmətindən istifadə edən abunəçilər “Hürriyyət” qəzetinin və Hurriyyet.org saytının redaksiyasına müraciət ediblər. Bildirirlər ki, son vaxtlar internet və tv xidməti onları qane etmir.
Abonentlərdən birinin sölərinə görə, bu internet televiziyanın başqa xidmətlərdən fərqi ondadır ki, abunəçiyə pulsuz tüner (görüntünün və səsin əla keyfiyyətini təmin edən yüksək dəqiqlikli müasir rəqəmsal qəbuledici) təqdim edir. Abonentlə müqavilə dayandırıldıqda həmin aparat geriyə qaytarılır.

Əli Abbasovun tüner biznesi çökür

Abonent TV və internetyayım problemilə əlaqədar müvafiq Avtomat Telefon Stansiyasına (ATS) müraciət etdikdə ona bildirilib ki, İP TV Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş naziri Əli Abbasovun rəhbərliyi dövründə yaradılıb. Sabiq nazirin rəhbərliyi dövründə internet televiziyanın xidməti üçün istifadə olunan həmin avadanlıqlar daha ölkəyə idxal edilmir. Bu üzdən həmin avadanlıqların ölkədə qıtlığı yaşanır. ATS əməkdaşı deyib ki, bu gün faktiki olaraq həmin avadanlıqların azlığından İP TV müştərilərini get-gedə itirməkdədir. Aylığı 10 manat olan bu yayımın fəaliyyəti vaxtilə abonentlərini qane etsə də, hazırda bu xidmətin keyfiyyəti çox aşağı düşüb.
Abonentlər internet televiziyanın səviyyəsinin nə zaman yüksələcəyi ilə maraqlanır. Sözügedən avadanlığın ölkəyə idxalına məhdudiyyət aradan qaldırılacaqmı? Yoxsa RYTN bu istiqamətdə başqa xidmətə keçəcək? Bu televiziyanın RTYN-nə gəlir gətirdiyi bildirilir. Əgər gəlir gətirirsə, nazirliyin nəzdində olan bir televiziyanın niyə inkişafına şərait yaradılmır? Həmin avadanlıq niyə ölkəyə gətiririlmir?
Abonent daha sonra soruşur: “Bakinternet”in internet xidməti də bərbad vəziyyətdədir. Buna səbəb nədir?
SABİQ NAZİRİN TV BİZNESİ ÇÖKÜR

BTRİB-in ötür-ötür oyunu

Məsələ ilə əlaqədar RYTN-nin nəzdindəki Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) mövqeyini öyrənmək üçün internetdən qurumun bir neçə telefon nömrəsini əldə edib, əlaqə saxladıq. Bir nömrədən cavab verən xanım dedi ki, o, bu suala cavab verə bilməz və bu səbəbdən də bizə başqa bir nömrə təqdim etdi. Həmin nömrədən isə əvvəlki nömrə təqdim edildi. Beləcə ötür-ötürə düşdük.

Rabitə əməkdaşından rabitəsiz cavab

Onu da qeyd edək ki, abonentin suallarını RYTN-nin mətbuat xidmətinə 11 noyabrdan ünvanlamışıq. Bu günədək də cavab almamışıq. RYTN-nin mətbuat xidmətinin Kamal adlı əməkdaşı ilə (soyadını dəqiqləşdirə bilmədik) əlaqə saxladıq. Sorğumuza niyə cavab verilmədiyi ilə maraqlandıq. Cavab çox rabitəsiz oldu. Kamal müəlim dedi ki, hazırda nazirlikdə çox gərgin iş rejimi var. Həftənin birinci günü olduğundan bu gərginlik birə beş artıb: “Birinci günlər çox gərgin olur. Nazirlikdə o qədər iş var... Dogrudur, İP TV ilə bağlı biz də olduqca çox şikayətlər alırıq. Xahiş edirik, bu gün yox, başqa gün bu haqda danışarıq” deyib, tələsik sağollaşmaq istədi.
RYTN-nin keçmiş mətbuat əlaqələndiricisi Müşfiq Əmirovun mətbuatla çox normal şəkildə əlaqə qurmasından misla gətirdik, hazırda nazirlikdə niyə belə süründürməçiliyə yol verilməsiylə maraqlandıq: “... Sualı vermisiz, cavabı verilər, bizdən asılı səbəb yoxdur”.


Rabitəçilər ən operativ olmaqdansa...

RYTN sözçüsü dedi ki, rəhbərliyin qoyduğu qayda budur ki, suallara yazılı cavab verilsin: “Müşfiq müəllimin vaxtında vəziyyət elə idi, indi belədir. Sualı vermisiz, cavabı verilər, bizdən asılı səbəb yoxdur”.
Qeyd edək ki, 11 noyabrda RYTN-ə Bakı Rabitə İstehsalat Birliyinin kütləvi ixtisara məruz qalan işçiləriylə bağlı sorğu da ünvanlamışdıq. Bu günədək o sorğumuza da cavab almamışıq. Ümumiyyətlə, verilən yazılı suallar bəzən heç cavablandırılmır, bəzən də çox gec cavab verilir. Hətta ay yarım, iki ayadək çəkir. Bu cavablar isə çox hallarda şablon, qısa və anlaşılmaz olur.
Görəsən niyə? Azərbaycanda elektron xidmət və rabitə sistemində ən operativ qurum RYTN olacağı halda, nədən mətbuat üçün ən passiv qurum məhz bu nazirlikdir? Bir media orqanı olaraq biz bu sualın cavabını gözləyirik.
SABİQ NAZİRİN TV BİZNESİ ÇÖKÜR

RYTN əməkdaşına xatırlatma

Ötən yazımızda olduğu kimi, bir daha xatırladırıq ki, nazirliyi mətbuatla əlaqələndirən şəxslər, görünür, “KİV haqqında” qanundan xəbərsizdirlər: “Qanunun 8-ci maddəsində - Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququnda göstərilir ki, KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdir.
İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Məlumatın əldə edilməsi barədə yazılı sorğuya qanunvericilklə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunvericiliyə uyğun şəkildə şikayət etmək hüququna malikdir”.

Nazirlikdə çaxnaşmaların çanağı istehlakçının başında çatlayır

Görünür, mətbuat xidmətinin bu qədər arxayınlığının və “KİV haqqında” qanunun tələblərinə qarşı sayğısızlığının arxasında dayananlar var. Yaxud da ki, RYTN-nin həbsdə olan yüksək vəzifəli əməkdaşlarının və maliyyə mənimsəmələrində adı keçən hazırda vəzifə səlahiyyəti daşıyan nazir müavinlərinin mühakimə olunmasına görə, nazirlikdə həqiqətən çaxnaşma var. Amma bu çaxnaşmaların da çanağı yenə də istehlakçının, sadə insanların və bütövlükdə cəmiyyətin başında çatlayır.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturu olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) fəaliyyətinə dair bu linkdə -
http://mincom.gov.az/nazirlik/struktur/bak-telefon-rabit-si-istehsalat-birliyi/
- göstərilib ki, 2001-ci il may ayının 10-da Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.
Həmçinin göstərilib ki, BTRİB şəbəkəsi NGN tipli müasir texnologiyalı ATS-lərlə təchiz olunub. BTRİB Bakı şəhəri ərazisində müəssisə və təşkilatlara, əhaliyə fasiləsiz, yüksək keyfiyyətli bütün növ telefon, internet, İP-TV və sair xidmətləri göstərir...
SABİQ NAZİRİN TV BİZNESİ ÇÖKÜR

İP TV xidməti pisliyə doğru gedir

Canaq antennaların quraşdırılması üzrə mütəxəssis Sənani Hüseynovun sözlərinə görə, digər kabel televiziyalarla müqayisədə İP TV-nin vaxtilə istifadəçilərini razı salan xidməti olub, amma indi yox: “İP TV-nin 200-dək yayımı, pullu və pulsuz paketləri vardı. Qiymət də münasib idi. Amma hazırda İP TV-dən çox şikayətlər edilir. Bəli, mən də eşitmişəm ki, həmin tünerləri Əli Abbasov ölkəyə gətirdirdi, indiki nazirsə bu biznesə məhdudiyyət qoyub, amma istehlakçıları düşünən yoxdur. Görünür, Rabitə Nazirliyinin səlahiyyətlilərinin başı yenə pul qazanmağa qarışıb. İstintaq materialları açıldıqca məlum olur ki, bu nazirlikdə xalqın, dövlətin malı necə talan edilib. Mətbuata açıqlananlardan belə anlaşılır ki, bu talançılıq hələ də davam edir. Anlaşılmayan odur ki, bu nazirliyin pul mənimsəyən əməkdaşları ifşa olunur, amma yenə də səlahiyyət sahibidirlər. İnternet və TV sahəsi üzrə neçə illərdi xidmət göstərən bir şəxs olaraq təcrübəmdən deyirəm ki, yeni təyin olunanların xidməti isə yaxşı olmaq əvəzinə, təəssüf ki, pisliyə doğru gedir...”

NİGAR, Hurriyyet.org
Loading...

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




Loading...
«    Nisan 2017    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
QALEREYA