» » Palatalar yaradılıb, məktəblər dezinfeksiya edilib - QRİP TƏHLÜKƏSİ VAR?

Palatalar yaradılıb, məktəblər dezinfeksiya edilib - QRİP TƏHLÜKƏSİ VAR?

  • Palatalar yaradılıb, məktəblər dezinfeksiya edilib - QRİP TƏHLÜKƏSİ VAR?Azərbaycanda qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi tədbirləri çərçivəsində xəstəxanalarda palatalar yaradılıb, respublikadakı məktəblər, məktəbəqədər və digər təhsil müəssisələri dezinfeksiya edilib.
    Hurriyyet.org xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
    A.Əliyevanın sözlərinə görə, palatalar ölkənin bütün mərkəzi rayon xəstəxanalarında, Bakıda isə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Kliniki Tibbi Mərkəzdə və digər kliniki xəstəxanalarda və 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında yaradılıb.
    A.Əliyeva deyib ki, həmin səhiyyə müəssisələrinin hər birində daxil olan bütün xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılıb.
    Onun sözlərinə görə, səhiyyə naziri Oqtay Şirəliyevin 2016-2017-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar qrip və kəskin respirator infeksiyalara qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə imzaladığı əmr əsasında SN tibb idarə və müəssisələrinə, eyni zamanda RGEM-ə payız-qış mövsümündə qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə göstərişlər verilib: "Buraya xəstələrin vaxtında aşkar olunması, onların müayinə və müalicəsi, ağır xəstələr olarsa, onların hospitalizasiyası, məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində profilaktik dezinfeksiya tədbirlərinin aparılması daxildir. Əmrə əsasən, şəhər dezinfeksiya stansiyaları tərəfindən respublika üzrə bütün məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində və digər təhsil müəssisələrində noyabr ayının ilk 2 həftəsi ərzində dezinfeksiya işləri həyata keçirilib".
    A.Əliyeva qeyd edib ki, kəskin respirator xəstəliyi olan, qripə bənzər əlamətlər müşahidə edilən xəstələrdən müayinə üçün yaxma nümunələri götürülür və onlar SN-in Respublika Taun Əleyhinə Stansiyasında yoxlanılır.
    Direktor müavini qeyd edib ki, bu mövsümdə nisbətən ağır gedişli respirator xəstəliyi olan 130-dan çox xəstədən material götürülərək müayinə olunub. Onların heç birində qrip virusları aşkarlanmayıb.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA