» » Sələmçilik edən dəstəyə 39 il cəza kəsildi

Sələmçilik edən dəstəyə 39 il cəza kəsildi

Sələmçilik edən dəstəyə 39 il cəza kəsildiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyran Rüstəmova, Reyhan Hüseynova, Yaşar Rəsulov və Kəmalə Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hurriyyet.org
Trend-ə istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Rüstəmova 11 il, R.Hüseynova 11 il, Y.Rəsulov 9 il, K.Rüstəmova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, C.Rüstəmova, R.Hüseynova, Y.Rəsulov və K.Rüstəmova faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldatmaqda təqsirli biliniblər. Həmçinin onlar vətəndaşların külli miqdarda obyektlərini dələduzluq yolu ilə ələ keçiriblər. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA