» » Ekspertdən deputata sərt cavab: “Hələ bilmir ki, xalq nə gündə yaşayır”

Ekspertdən deputata sərt cavab: “Hələ bilmir ki, xalq nə gündə yaşayır”

Ekspertdən deputata sərt cavab: “Hələ bilmir ki, xalq nə gündə yaşayır”Adı daim borc qalmaqallarında hallanan millət vəkili Mirzəcan Xəlilov bu dəfə parlamentdə etdiyi çıxışla gündəmə gəlib. Millət vəkilinin suyun qiymətlərinin qaldırılması istiqamətindəki qeyri-adekvat çıxışı insanlarda qəzəb yaradıb. O, bildirib ki, Tarif Şurasının qaz və elektrik enerjisinin qiymətinin artırlması “Azərbaycan Melorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu”-ya təsirsiz ötüşməyəcək. Belə ki, Tarif Şurasının qərarı suyun qiymətinin artımını qaçılmaz edəcək. Odur ki, hökumət bu məsələyə baxmalıdır və Tarif Şurası qiymətlər məsələsinə baxmalıdır. O, parlamentdəki müzakirələr zamanı suyun satış qiymətinin artırlmasını təklif edib. Bunun səbəbini açıqlayan deputat deyib ki, adı çəkilən təşkilatlar elektrik enerjisi ilə işlədiyindən elektrik enerjisinə olan sərfiyyatı artıracaq.
Hurriyyet.org xəbər verir ki, iqtisadçı-ekspert Oqtay Haqverdiyev millət vəkilinin çıxışını şərh edəkən Gununsesi.info-ya bildirib ki, yəqin Mirzəcan Xəlilovun ailə büdcəsi imkan verir ki, suyun qiyməti qalxarsa, təsirsiz ötüşsün.
Onun sözlərinə görə, ancaq qiymətin artırılması təklifi ilə çıxış edən millət vəkili hələ bilmir ki, əhalinin əksəriyyət hissəsinin həyat səviyyəsi çox aşağıdır: “Əgər, ümumiyyətlə, götürsək, əhalinin real gəlirləri 4 faiz də aşağı düşüb. Nominal 8 faiz artıb. Lakin inflyasiya 12 faiz olduğu üşün əhalinin real gəlirləri 4 faiz azalıb. Real vəziyyət belə olan halda, bunu demək, özü də parlamentdə dilə gətirmək olar? Doğrudur, indi sözdür də deyir, kimdir ona qulaq asan. Bu məsələni həll edən adam var. İcra hakimiyyəti biunu deyə, təkliflə çıxış edə bilər. M.Xəlilov deputat kimi özünə görə, çıxış xatirinə danışıb. Ancaq axı bizdə adətən belə olar. Ciddiyə almadığımız insanlar bu haqda danışır, cəmiyyətin reaksiyası öyrənilir, yəni məsələnin belə qoyuluşu, deputatın ağzından belə söz çıxarması yersizdir. Əgər qiymətləri həqiqətən də qaldırmaq istəyirlərsə, bir mütəxəsis kimi deyirəm ki, ümumiyyətlə, bunun üçün qiymətləri qaldırmaq lazım deyildi. Nə işiğın, nə də qazın. Bunları istehsal edənlər ki var, gedib onların istehsal etdiyi məhsulun maya dəyərinə baxmaq lazımdır ki, onun içində nələr var. əgər baxılarsa, onun içində o qədər nöqsanlar çıxacaq ki, qiymətləri qaldırmaq haqqında belə düşünməyəcəklər. Əgər qənaətlə istifadə etsələr, deyək ki, elektrik enerjisinin paylayıcı xəttlərində 20 faiz sərfiyyat itir. Bunun qabağını alsınlar, o zaman qiyməti heç qaldırmaq lazım olmayacaqdı. Elə qazın nəqlində də bu nöqsan var. Yəni qiymətləri qaldırmaqdansa, işin dərininə girməlidirlər. Bunun üçün böyük bir ağıl da lazım deyil. Su da həmçinin. Millət vəkili belə çıxış etməkdənsə, gedib suyun maya dəyərini yoxlayaydı. Gedin görün orada israfçılığa yol verilir ya yox. Bəlkə həmin pula özlərinə “Mersedes” alırlar. Bunu da qatırlar maya dəyərinə. Sonra da göstərirlər ki, bizin xərcimiz daha çoxdur. Yığım əmsalı var. Pulu yığa bilmirlər. Yığsınlar də… Bu işıqda da, qazda da var. Yəni, belə-belə işlərlə məşğul olmalıdrlar. Yoxsa, tarifi, qiyməti qaldırmağa çox da böyük ağıl lazım deyil. Bütün enerji qaynaqları dövlətin əlindədir. Bunu özəlləşdirin, rəqabət olsun. Rəqabət olanda heç kim qiymətləri qaldırmayacaq. Çünki hər kəs çalışacaq ki, bunun malı getsin. Hazırda ölkədə bu sahədə nə rəqabət var, nə də irəliləyiş. Dövlət monopolistdir də, nə istəyir onu da edir”.
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA