» » Dollar “qara bazar”a necə yol tapır? - İQTİSADÇIDAN ŞƏRH

Dollar “qara bazar”a necə yol tapır? - İQTİSADÇIDAN ŞƏRH

Dollar “qara bazar”a necə yol tapır? - İQTİSADÇIDAN ŞƏRH"Valyuta bazarımızda bu gün də dollar bahalaşdı. Deməli, "valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaratdılar. Və bu o deməkdir ki, dünən yazdığım kimi, "valyuta artıqlığı” sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır".
Hurriyyet.org
xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb, manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar:
"İnanmaq istərdim ki, banklar dollarları süvener kimi saxlamırlar. Çünki əslində, süvener kimi saxlasaydılar, o zaman "qara bazar”da da dollar qıtlığı olardı.
Mərkəzi Bank deyir ki, banklar "qara bazar”a dollar vermilər. Belə anlaşılmırmı, "qara bazar” artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, "qara bazarımızın” hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır".

Ekspert ölkədə çiçəklənən "qara bazar"a bir daha diqqəti çəkərək bildirir ki, nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası həmin bazara pulun haradan və necə daxil olmasını araşdırmır:
"Və yaxud araşdırıb, müəyyənləşdirsələr də, real addımlar atmaq istəmir. Amma nə qədər ki, "qara bazar” fəaliyyətini genişləndirəcək, o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək".
Loading...

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




Loading...
«    Nisan 2017    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
QALEREYA