» » Dayanq ustaları üçün 2 çətin sınaq – Heyətdə gözə dəyməyənlər və diqqəti çəkən “yeni nəfəs”

Dayanq ustaları üçün 2 çətin sınaq – Heyətdə gözə dəyməyənlər və diqqəti çəkən “yeni nəfəs” - FOTOLAR

  • Dayanq ustaları üçün 2 çətin sınaq – Heyətdə gözə dəyməyənlər və diqqəti çəkən “yeni nəfəs”Taekvondoçularımızı güclü yarışlar gözləyir. Belə ki, Bakıda taekvondo üzrə Qran-prinin final mərhələsi və komandalararası dünya çempionatı keçiriləcək.
    Dünya Taekvondo Federasiyasının və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə Qran-pri dekabrın 9-10-da, milli komandalar arasında dünya çempionatı isə ayın 12-13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.
    Dayanq ustalarımız yarışın son gününə qədər məşqləriini davam etdirir. Bu günə qədər idmançılarımız gündə 2 dəfə olmaqla məşq ediblər.
    Hurriyyet.org taekvondoçuların məşqindən görüntüləri və komanda üzvlərinin fikirlərini oxucularına çatdırır.


    8 xanım, 8 kişi və daha çox medal

    Milli komandanın böyük məşqçisi Elnur Amanov idmançıların hazırlığı ilə bağlı bunları dedi: “Yarışlarda idmançılarımızdan yaxşı nəticə gözləyirəm. Biz hər çəki dərəcəsində 8 xanım, 8 kişi idmançı ilə təmsil olunacağıq. Ola bilər ki, medal sayı lap çox olsun. Bildiyiniz kimi, bura dünyanın reytiqnli idmançıları gəlir. Belə desək, Qran-pri ən güclü yarışlardan biridir. Demək olar ki, burada zəif rəqib olmur. Komandamız da turnirlərə hazırdır. Çalışacağıq ki, həm Qran-pridə, həm də Dünya Kubokunda nəticələrimizi təkrarlayaq.
    Bakıya gələcək qonaqlar arasında Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu, Avropa Taekvondo İttifaqının rəhbəri Atanasios Praqalos, həmçinin digər qitə konfederasiyalarının prezidentləri də olacaq.
    Təbii ki, bunlardan əlavə bizi qarşıda İslam Oyunları da gözləyir. Olimpiya Oyunlarına necə hazırlaşmışıqsa, çalışacağıq İslam Oyunlarına da o dərəcədə hazırlaşaq”.


    Komandada yeni nəfəs, gənc idmançı – Yerli idmançıdır...
    Dayanq ustaları üçün 2 çətin sınaq – Heyətdə gözə dəyməyənlər və diqqəti çəkən “yeni nəfəs”

    İdmançıların yarışa ürəklə, həvəslə çalışdığı nəzərdən yayınmırdı. İdmançılarımız bildirir ki, bu yarışlardan medallarla qayıtmaq onlar üçün çox vacibdir.
    Davam edən məşq əsnasında milliyə yeni qatılan idmançı da diqqətimizi çəkdi. O 58 kq çəli dərəcəsində çıxış edəcək Roman Samodurovdur. O idmançı ilə bağlı maraqlandığımız zaman böyük məşqçi bildirdi ki, bu yarışlar millinin tərkibində onun üçün ilk sınaq sayılacaq: “Kişi idmançıların yarışında 58 kq çəki dərəcəsində ölkəmizin şərəfini Roman Samodurov qoruyacaq. Yeni idmançıdır, gəncdir, ucaboydur. Onun üçün bu yarışa qatılmaq yeni təcrübə olacaq. Məhəmməd Məmmədov çəkisini dəyişdiyi üçün bu çəki “boş” qalmışdı. Azərbaycan çempionatında fərqlənən 3-4 idmançını təlim-məşq toplanışına cəlb edib yoxladıqdan sonra belə qərar verdik. Onun nəticəsi bizim üçün önəmli deyil. Əsas odur ki, bir az təcrübə toplayıb, gələcəkdə özünü göstərsin”.

    Bəs görəsən, Fəridə Əzizova və Patimat Abakarova niyə gözə dəymir?
    Dayanq ustaları üçün 2 çətin sınaq – Heyətdə gözə dəyməyənlər və diqqəti çəkən “yeni nəfəs”

    “Aparıcı idmançılarımız Fəridə Əzizova və Patimat Abakarova zədə səbəbindən həm bu yarışlarda, həm də Dünya Kubokunda iştirak etməyəcəklər”, - deyə Elnur Amanov bildirdi.
    Komandamızın yeni üzvü olan Roman Samodurov isə millidə iştirak etmək şansı qazanması ilə bağlı bunları dedi: “Milli komandada çıxış etmək şansı mənə verilib. Qarşıdakı yarışa ciddi hazırlaşırıq. Mən də çalışıram ki, özümü doğruldum. İndi mən o şansı əldən vermək istəmirəm. Milli komanda ilə məşq etmək mənim üçün böyük təcrübədir”.
    İlk Avropa Oyunlarının qalibi Ayxan Tağızadə də heyətdə öz yerini alıb. Bildirək ki, o, əvvəllər 58 kiloqramda döyüşürdü. İndi isə 63 kq-da gücünü sınayacaq. Ayxan Tağızadə növbəti medalını qazanmağa ümid edir və bunun üçün çalışır: “Öncə onu bildirim ki, yarışların Bakıda olması məsuliyyəti artırır. Bu səbəbdən də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Əsas rəqiblərim arasında koreyalı, rusiyalı, belçikalı idmançılar yer alır. Analiz etsək, hamısı güclüdür. Ötən il olduğu kimi, bu dəfə də ən yaxşı döyüşlərimi göstərməyə çalışacağam. Öncə fikrimi Qran-priyə, ardınca Dünya Kubokuna yönəldəcəyəm”.

    Olimpiya çempionu da fasilədən qayıdıb, milliyə qatılıb

    Uzun fasilədən sonra bir müddətdir ki, Radik İsayev də millinin məşqlərinə qatılıb. O, Olimpiya Oyunlarında qazandığı çempionluqdan sonra bir müddət fasilə vermişdi. Həmçinin zədə səbəbindən onun yarışda iştirakı sual altında idi. İndi Radik Qran-pri üçün hazırlaşaraq formasını bərpa etməyə çalışır.

    Məşqlər və heyətdəkilər
    Dayanq ustaları üçün 2 çətin sınaq – Heyətdə gözə dəyməyənlər və diqqəti çəkən “yeni nəfəs”

    Bir neçə gündür ki, bəzi ölkələr Azərbaycana gəlməyə başlayıb. Hətta Türkiyə və Cənubi Koreya milliləri məşqlərini burada davam etdirir.
    Qadınlardan ibarət komandamızda isə Yaprak Eriş, Zeyvi Kərimova, Gülhanım Yeşildalla birgə, hollandiyalı Reşmi Uqink və kanadalı Melissa Paqnotta yer alıb. Nərgiz Mirzəyeva isə ehtiyat idmançı kimi düşərgəyə cəlb olunub.

    Bilin ki...

    İlk olaraq baş tutacaq Qran-prinin finalında dünyanın 16 reytinqli kişi və qadın taekvondoçuları mübarizə aparacaq. Qaliblər 6000 dollar və 80 reytinq xalı, bürünc medalın sahibi 3000 dollar və 48 reytinq xalı, bürünc medala layiq görülən idmançılar isə 1000 dollar və 28.8 reytinq xalı qazanacaq. 12-13 dekabrda keçiriləcək milli komandalar arasında dünya çempionatında isə 8 komanda yarışacaq.
    Dekabrın 11-də isə Qala-gecə təşkil olunacaq. Ən yaxşı taekvondoçu, ən yaxşı baş məşqçi və ən yaxşı milli federasiya bu mərasimdə mükafatrandırılacaq.

    Aygün İlqarqızı, Hurriyyet.org

    Dayanq ustaları üçün 2 çətin sınaq – Heyətdə gözə dəyməyənlər və diqqəti çəkən “yeni nəfəs”

    Dayanq ustaları üçün 2 çətin sınaq – Heyətdə gözə dəyməyənlər və diqqəti çəkən “yeni nəfəs”

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA