» » "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

"ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI - ARAŞDIRMA

  • "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI
    Marketlər şəbəkəsini “müflis” elan edən Fuad Axundov Antalyada özünə hansı pulla iqamətgah tikdirib?

    Xatırladaq ki, bir müddət əvvəl “Hürriyyət”də “Almalı” marketlər şəbəkəsində maliyyə saxtakarlıqları ilə bağlı yazı dərc etmişdik. Sözügedən supermarketin fəaliyyəti ilə bağlı redaksiyamıza növbəti şok faktlar daxil olub. Məlumatı Bakı şəhərində anadan olan Həsənov Elmar Səməd oğlu verib. Onun dediyinə görə, Moskva MQU-ni (МГУ) bitirdikdən sonra bir müddət ÇİN-də işləyib. Hazırda isə Rusiya vətəndaşıdır və iri ÇİN şirkətlərindən birinin MDB dövlətləri və bir sıra Şərqi Avropa ölkələri üzrə nümayəndəliklərinin Baş direktoru vəzifəsində çalışır. Şikayətçi tərəfindən redaksiyamıza göndərilən məktubda qeyd olunur:

    “Atamı mağazalardan birinə direktor təyin edəcəkdilər, amma...”
    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    ““Almalı” marketlərinin bizim ailənin başına gətirdiyi müsibətlər haqqında faktları Sizinlə bölüşürəm!
    Atam Həsənov Səmədağa Sovetlər dövründə uzun müddət Çörək zavodunun ekspeditoru işləyib. İşlədiyi dövrdə ticarət aləmində haqq-hesabda düzlüyünə görə xüsusi hörmət qazanıb. Sovetlər birliyi dağıldıqdanda sonra, iri özəl ticarət obyektlərinin topdan və pərakəndə satış mərkəzlərinin ekspeditoru kimi çalışıb. Atam fəhləliklə 3 övladına da ali təhsil verməyi özünə borc bilirdi.
    Bir çox orta və kiçik sahibkarlıqla məşğul olan obyektləri ərzaq və qeyri-ərzaq məhsulları ilə nisyə təmin edən ekspeditorlardan biri olub. Və nahayət 2006-cı ildə Respublikamızda ilk dəfə iri miqyaslı və misli görünməyən ticarət şəbəkəsi olan “Almalı” marketləri ilə əməkdaşlığa başlamışdır. Atamın “Almalı” marketləri ilə aylıq ticarət dövriyyəsi qısa zamanda 100 min manatı ötmüşdür. Əmtəə sırasında çörək çeşidləri, dondurulmuş toyuq, ət, təmizləyici və sanitariya vasitələri və s. Xırdavatlar olub. Bir il keçməmiş satılmış malların pullarının verilməsində kəsirlər əmələ gəlməyə başladı. Hər ay kəsirlər böyüyərək, bir il ərzində 100 min manata qədər borc yaranmışdı. Bu isə o dövrün məzənnəsi ilə 125 000 $ dollar təşkil edirdi. Atam iri topdansatış mərkəzləri ilə hər ay balanslaşdırılmış hesabat apardığından, bir müddət kəsirlə işləmək mümkün oldu. “Almalı” rəhbərliyi isə müxtəlif bəhanələr gətirərək hər dəfə borcu böyüdürdülər. Atama söz verirdilər ki, sən yaxşı ticarətçisən, narahat olma, səni təzə açılacaq mağazalardan birinə direktor təyin edəcəyik...

    “Deyirdilər ki, narahat olmayın, “Almalı”nın rəhbəri Araz Ağalarovdur...”
    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    Nəhayət, atamın işlədiyi şirkətlər bir gün pullarını tələb etməyə başladılar. Atam “Almalı” mağazalarının müdürlərinin, sonra isə ümumi rəislərin yanına getməyə başladı. Hər dəfə “narahat olma, ağsaqqal, yaxın günlərdə pul olacaq”, “xaricdən kredit gəlir” və s. boş-boş vədlərlə atamı yola salırdılar. Hətta elə vəziyyət yaranmışdı ki, verdiyimiz malların geri qaytarılmasına və yaxud əvəzində digər mallar götürməyədə razı idi. Atamı təxminən 1.5 il vədlərlə aparıb-gətirdilər. Son üzləşmə aktına əsasən, 105 min manat (134 min dollar) mənimsənilmişdir.
    Bu müddət ərzində atama etibar edən sahibkarlar borclarını tələb ediklərindən, yaşadığımız mənzili girov qoyub kredit almağa məcbur olduq. Evimizi girov qoyub bankdan götürdüyümüz kreditlə borcların əsas hissəsini bağladıq. Lakin “Almalı”dan pulumuzu ala bilmirdik. “Almalı”nın müxtəlif işçıləri ilə görüşəndə bizə deyirdilər ki, “Almalı”nın rəhbəri Araz Ağalarovdur,narahat olmayın.
    Mən Rusiyada MGU-nun tələbəsi olduğumdan Moskvada “Krokus” şrkətinə yollandım. “Krokus” şirkətinin administrasiyasından qətiyyətlə bildirdilər ki, cənab Ağalarovun Azərbaycanda heç bir “Almalı” marketlər biznesi yoxdur və olmayıb!
    Bundan sonra da atam dəfələrlə “Almalı” rəsmilərinin qəbuluna getdi. Nəsimi Lətifov, Bəhruz Hüseynov və baş direktor Rafael Haciyev dəfələrlə və təkidlə bildirirdi ki, heç kim heç kimin pulunu yeyə bilməz, bir az səbr etmək lazımdır. Lakin bizim pulu “yedilər”. Bu müddətdə biz artıq bank faizlərini ödəyə bilmədiyimiz üçün evimizi satmağa məcbur olduq. 3 otaqlı evimizi 7-ci mikrorayonda satıb Yeni Günəşlidə 1 otaqlı evə köçdük. Bununla yanaşı, atamın bütün işləri əlindən çıxdı. Heç bir sahibkar atamla işləmək istəmirdi. “Almalı” ilə əməkdaşlıq bizim ailəmizi məhv etdi. Atam insult oldu və 2014-cü ildə dünyasını dəyişdi.

    Mütəşəkkil fırıldaqçılıq...

    Mən təhsilimi Moskvada fərqlənmə diplomu ilə bitirərək Çin şirkətlərinin birində direktor işləyirəm, ancaq paralel olaraq “Almalı” rəhbərləri ilə maraqlanırdım. Axı, "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞIonlar yeni investorlar vasitəsi ilə 5 il ərzində pulları qaytaracaqlarına vəd vermişdilər. Heç demə, bu mütəşəkkil formada fırıldaq bir iş imiş.
    Araşdırmalara başladım. Əlaqələrimdən istifadə edərək keçmiş Baş direktor Mobil Şərifovu (Keçmiş Gəncə Beynəlxalq Bankın sədri) tapdım. Onun sözlərinə görə, “Almalı” şirkəti tamamilə müflisləşdi. “Nəğd satılmış malımın pulu necə müflisləşə bilər?” sualıma cavab olaraq “mənlik deyil, dağıdanlar dağıtdı. Rafael Hacıyev (Keçmiş Sumqayıt Beynəlxalq Bankın sədri) bilir, onunla danışın” – cavab verdi. Rafaeli tapa bilmədim, dedilər Bakıdan köçüb.
    Sonra “Almalı”nın digər məsul işçisi Elşad Şirinbəyovla (Keçmiş Yasamal Beynəlxalq Bankın sədri) görüşdüm. Nəhayət, “Almalı”nın əsl yiyəsi haqda məlumat aldım. Dedi bu işlərin arxasında Beynəlxalq Bankın keçmış sədri Fuad Axundov dayanırdı, bütün bu problemləri yaradan o, olub! Dərhal Mobil Şərifovla əlaqə saxladım.
    Mobil müəllim də bunu təsdiqlədi...
    Daha sonra müəyyən etdim ki, Fuad Axundovun bacısı Nigar Axundovanın əri Asim Salamov “Almalı”marketlərinin Təchizat və işlər Departamentinin rəhbəri, Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı Ağası Hüseynov isə Nəqliyyat və Təminat Departamentinin rəhbəri kimi “Almalı” AİLƏ sindikatının üzvləridirlər. Bundan başqa onların tanışları və dostları da burada fəaliyyət göstərirdilər.

    “Almalı” sindikatının rəhbəri cangüdənləri ilə...

    “Almalı” sindikatının Təhlükəsiszlik Xidmətinin keçmiş işçisinin (Rəsmi araşdırma başlayana qədər adlarının məxfi saxlanmasını xahiş etmişlər) bizimlə bölüşdüyü arxiv video materiallardan aydın görünür ki, Fuad Axundov 90 AA 632 dövlət nişanlı “Mersedes S klass” markalı avtomobillə və can güdənlərin muşayiəti ilə dəfələrlə “Almalı”nın Baş ofisinə, şəxsən təklif buyurur. Bundan başqa, digər video görüntülərdən də müəyyən olunur ki, Lerik rayonunun “Relax” istirahət Mərkəzində Fuad Axundovun rəhbərliyi ilə “Almalı” sindikatının toplantısı keçirilir..."ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI
    “Almalı”nın maliyyə idarəsinin keşmiş işçilərinin dediklərindən də müəyyən olundu ki, 2-3 il ərzində mütamadi olaraq hər gün iş günü bitdikdə bütün şəbəkələrdə gündəlik al-verdən əldə olunan nəğd pullar yığılaraq “Almalı”nın Babək prospektindəki Baş ofisində yığılırmış. Sonralar baş ofis Nəsimi rayonu, Tibb Universitetinin yanında Nasib bəy Yusifbəyli küçəsinə köçürülmüşdür. Sonra isə vəsaitlərin bir hissəsi söz-söhbətlərin yaranmaması üçün sahibkarlara verilir, digər hissəsi isə Fuad Axundovun tapşırığına uyğun olaraq müəyyən olunmamamış istiqamətdə qeyb olur.

    “Əmrahbank”dan götürülən 700 min manat...

    Nəhayət, miliyonlarla dollar mənimsəyən Fuad Axundov “Almalı”nı müflis elan edib. “Qəsdən müflisləşmə” və yaxud “Saxta müflisləçmə” məqsədli şəkildə müəssisənin rəhbəri və ya mülkiyyətçisi tərəfindən müəssisənin ödəniş qabiliyyətinin olmaması şəraitinin yaradılmasıdır. Fuad Axundov dələduzluq əməllərini həyata keçırməkdə ən xirda detalları nəzərə almışdır. Belə ki, o hətta özünə məxsus Rus Dram Teatrının (Molakan bağı) qarşısında, Xəqani küçəsi ilə Mərdanov qardaşları küçəsinin kəsişməsində yerləşən çoxotaqlı mənzilini guya ki, “Almalı” şəbəkəsinin inkişafına yönəldiləcəyi niyyəti ilə “Əmrahbank”a girov qoymaqla 700 000 (yeddiyüz min) manat götürmüşdür. Bunu da bilərəkdən ictimailəşdirmışdir. Sonda isə “Almalı” şəbəkəsini müflis elan edərkən, özünündə müflis olmasını xüsusi qeyd etməklə, hətta evinin də bankda girov qalaraq əldən çıxmasını çox təəssüflə bildirmişdir. Halbu ki, girovdan əldə edilmiş vəsaitin heç 1 manatı belə “Almalı” şəbəkəsinə yönəldilməmişdir. Bu vəsaitlə Fuad Axundov müddət gözləmədən Antaliyada igamətgah əldə etmişdir.
    Bu arada isə Rafael Hacıyev başda olmaqla, Fuad Axundovun bütün silahdaşları, o cümlədən Asim Salamov (Fuad Axundovun bacısı Nigar Axundovanın həyat yoldaşı), Ağası Hüseynov (Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı) bir ağızdan “Almalı” şəbəkəsinin müflis olması və Fuad Axundov başda olmaqla, hər birinin müflis olması və külli miqdarda pul itirmələrini bəyan etmişdilər...(Bu haqda növbəti yazılarımızda geniş açıqlama verəcəyik – müəl.)
    Eyni zamanda Fuad Axundovun şəxsi göstərişi ilə, əlavə olaraq tanışlardan, sahibkarlardan və digər fiziki şəxslərdən investisiya yatırımı və şəbəkələrin genişləndirilməsi adı altında illik 20-25-30%-ə qeyri-qanuni vəsaitlər toplanmışdır. Məlumat üçün qeyd edək ki, bu tələyə Fuad Axundov bir çox tanışlarını da salıb. Belə ki, Mobil Şərifovun yaxın adamı buraya 700 000 manat vəsait cəlb etmişdir və bu günə qədər bir qara qəpik də qaytara bilməmişdir və s. Bu qanunsuz əməlləri həyata keçirən birbaşa Rafael Hacıyev olub. Beləliklə də dələduzluq piramidası nəticəsində 100-lərlə iş adamına küllü miqdarda ziyan vurulmuşdur...”

    (Ardı var)
    Hazırladı: İ.SABİRQIZI

    Redaksiyadan: Əlimizdə bu işdə ziyan çəkən şəxslərin siyahısı və məlum şəbəkənin qanunsuz əməlləri ilə bağlı ciddi faktlar var. Bütün bunlarla bağlı növbəti sayımızda daha ətraflı açıqlama verəcəyik.


    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    "ALMALI" RƏHBƏRİNİN MİLYONLARLA DOLLARLIQ FIRILDAĞI

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA