» » Alla Puqaçova: “Heydər Əliyev mənimçün əsl kişiydi”

Alla Puqaçova: “Heydər Əliyev mənimçün əsl kişiydi”

Alla Puqaçova: “Heydər Əliyev mənimçün əsl kişiydi”
“Azərbaycanın ləziz yeməkləri var”

“Müslüm Maqomayev hələ də sağdır


Rusiya estradasının primadonnası, əfsanəvi ifaçı Alla Puqaçova "Moskva-Baki.ru" saytına müsahibə verib. Sənətçi müsahibəsində Azərbaycana məhəbbətindən, insanlarımızın qonaqpərvərliyindən danışıb.
Həmin müsahibəni Hurriyyet.org-un oxucularına təqdim edirik:

Azərbaycan yaraşıqlı və alicənab kişilərin vətənidir

- Dəfələrlə Azərbaycanda olmusuz. Ölkəmiz yaddaşınızda daha çox nə ilə qalıb?

- Azərbaycan çox məqamlarla yaddaşımda iz buraxıb. Hər şeydən əvvəl sizin ölkə olduqca qonaqpərvər, istiqanlıdırdir. Azərbaycan mətbəxi çox ləzizdir. Süfrənizin təqdimatı da qeyri-adi, romantikdir.
Bakı yaddaşımda gözəl xatirə kimi qalıb. Mən onu müxtəlif illərdə görmüşəm, möcüzəli tarixi vaxtlarında, həm də yenilənmiş, müasir zamanda. Hər ikisində özünəməxsus heyranedicidir.
Azərbaycanda yaraşıqlı və alicənab kişilər, gözəl uşaqlar var. Bura çox beynəlmiləl və xeyirxah ölkədir. Bir sözlə, gözəl nə varsa, Azərbaycanda tapmaq olar.

Yaxama taxılan mükafat qəlbimi isidir

Ölkəmizdə ordenlə təltif olunmusuz...
- Azərbaycan prezidenti İlham Əliyev məni “Dostluq” ordeninə layiq görüb. Yaxama taxılan bu mükafat mənim qəlbimi isidir. Bayaqkı fikrimi təkrar edirəm, orda o qədər sıcaq, mehriban insanlar yaşayır ki, bu səfərləri unutmaq mümkün deyil. Qoy ölkələrimiz arasındakı münasibət günbəgün, saatbasaat olduğu kimi həmişə çiçəklənsin.

- Siz Heydər Əliyevlə şəxsən tanış idinizmi?

- Bəli. O, çox unikal rəhbər idi. Müxtəlif ölkələrin rəhbərləri, siyasi liderlə münasibəti, işbirliyi, söhbəti onun necə yüksək təhsilli, səviyyəli olmasından xəbər veriridi. Yanından ayrıla bilməyəcək qədər maraqlı insan, əsl kişiydi.

Müslümlə nələr arzulayırdıq, nələr düşünürdük

- Siz Müslüm Maqomayevlə də yaxın dost olmusuz. Hətta 1980-cı illərdə bir yerdə “Kak trevojen etot mir” bəstəsini birgə məşq eləmisiz.

- Bəli. Biz çox şeylər arzulayırdıq, çox şeylər düşünürdük. O, unikal bacarıqlara malik insan idi. Möhtəşəm bəstəkar, müğənni, pianoçuydu. Tarixi, ədəbiyyatı necə də mükəmməl bilirdi. Çox gözəl meloman idi.
Kimə hansı nadir səs yazısı lazım olsaydı, Müslimə üz tutardı. Tamara Sinyavskaya ilə də qəribə maraqlı cütlük idi. Onunla bağlı yalnız xoş xatirələrim var. Mənimçün Müslüm hələ də sağdır.

Bakıya gələndə həyəcandan çoxlu yeyəcəm

- Yayda Azərbaycanda “Jara 2016” musiqi festivalı keçirildi. Deyilənlərə görə festivalın gələn ilki konsertlərinə siz də qatılacaqsız. Bu doğrudurmu?

- Yəqin ki... Mənimçün yenidən bu gözəl ölkədə çıxış etmək imkanı yaranacaq. Ümid edirəm məyus etməyəcəm. Çoxdandır belə festivallarda olmamışam. Narahat olacam, həyəcan keçirəcəm. Gərginlikdən çox yemək yeyəcəm (gülür). Baxmayaraq ki, təyyarələrə minmirəm, amma Bakıya hazırlaşıram. Bütün narahalıqlarıma rəğmən təyyarəyə minəcəm və gələcəm. Qoy eniş zamanı külək yatmış olsun. (gülür)

- Bakıya yalnız gələcəksiz, ya ailənizlə?

- Ailəm böyükdür. Uşaqlar hələ balacadır. Yəqin ki, onlarsız gələcəm.

Nilay, Hurriyyet.org

OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA