» » NTV telekanalı: RÖVŞƏN LƏNKƏRANSKİ AZƏRBAYCAN DİASPORASININ MOSKVADAKI BİZNESİNƏ NƏZARƏT EDİB

NTV telekanalı: RÖVŞƏN LƏNKƏRANSKİ AZƏRBAYCAN DİASPORASININ MOSKVADAKI BİZNESİNƏ NƏZARƏT EDİB

NTV telekanalı: RÖVŞƏN LƏNKƏRANSKİ AZƏRBAYCAN DİASPORASININ MOSKVADAKI BİZNESİNƏ NƏZARƏT EDİBAzərbaycanlı satıcı: “Sırf göyərtiyə görə Azərbaycana həftədə bir-iki cənazə göndərilir. Göyərtidə olan pul heç nədə yoxdur”

“Gözlərinə görə ona “tərəvəz kralı” deyirdilər”


Hurriyyet.org xəbər verir ki, Rusiyanın NTV kanalının şənbə günü efirə gedən “FV. Araşdırma: “Krallar və kələm” verilişində azərbaycanlı avtoritet Rövşən Canıyevdən - Lənkəranskidən və onun qətlindən danışılıb.
Verilişin müəllifləri Moskvanın Çeryomuşkinski bazarından və orada alver edən azərbaycanlılardan, Lənkəranskidən, erməni Musayandan – Ded Hasandan bəhs edib: “Tərəvəz və göyərtinin kriminal biznesi necə qurulub və niyə avtoritetlər bir-birini kələm kimi biçirlər?”
Araşdırma müəllifləri meyvə-tərəvəz biznesindən mafiyalara axan sərvətdən, qanlı pullardan, satıcıların kriminal aləm tərəfindən sıxışdırılmasından danışıblar. Azərbaycanlı satıcı aparıcının sualına cavab verərkən deyib: “Sırf göyərtiyə görə Azərbaycana həftədə bir-iki cənazə göndərilir. Göyərtidə olan pul heç nədə yoxdur”.
Verilişi diqqətlə izlədikdə anlaşılır ki, əvvəllər Rövşən Lənkəranskinin himayəsində olan Azərbaycan ticarət diasporasının vəziyyəti getdikcə çətinləşir.
Verilişdə Rövşən Lənkəranskinin gənc ikən atasının intiqamını almasından, Moskvada yaşayan azərbaycanlıların biznesinə nəzarət eləməsindən, kriminal dünyanın ən nüfuzlu şəxslərindən biri olmasından, İstanbulda qətlə yetirilməsindən bəhs edilib.
“Rövşən Lənkəranskinin həyatı uğrunda həkimlər bir neçə saat mübarizə aparsalar da, yaraları ölümcül olub. Gözlərinə görə onu “tərəvəz kralı” adlandırırdılar. Onun cənazəsini Azərbaycanın cənubundakı doğma Lənkəran şəhərinə çatdırıblar. Yerliləri onu son mənzilə böyük bir mərasimlə yola salıblar. Cənazəyə gələnlərin sırası kilometrlərlə uzanırdı, yüzlərlə avtomobildən ibarət karvan onu yola salırdı. Qohumları, dostları, biznesmenlər, yüksək vəzifəli məmurlar, Azərbaycan cəmiyyətinin elitası burada idi” - NTV bildirir.

Hurriyyet.org

OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA