» » “MARİANA VASİLYEVA QIZLARI GÜRZ ALƏTİYLƏ DÖYÜRDÜ”

“MARİANA VASİLYEVA QIZLARI GÜRZ ALƏTİYLƏ DÖYÜRDÜ”

  • “MARİANA VASİLYEVA QIZLARI GÜRZ ALƏTİYLƏ DÖYÜRDÜ”

    Baş məşqçi qəlyan çəkib, tüstüsünü gimnastlara püskürüb

    Hurriyyet.org xəbər verir ki, “Futbol+” aktual mövzunu davam etdirir. Hər gün bədii gimnastika yığmamızın baş məşqçisi Mariana Vasilyeva haqda dəhşətli faktları aşkarlayırıq. Bolqar mütəxəssisin ağır rejimindən əziyyət çəkən daha bir gimnast məsələylə bağlı araşdırma apardığımızı eşidib, danışmaq istədiyini söylədi. Biz də ona bu şəraiti yaratdıq. Karyerasını erkən yaşda bitirmək məcburiyyətində qalmış Kamilə Mustafayevanı dinləməyə dəyər.

    - Əvvəlcə özün haqda məlumat ver.
    - 1997-ci ildə anadan olmuşam. Bakı Gimnastika Məktəbinin yetirməsiyəm. Şəxsi məşqçilərim Nina Qasımova və Leyla Qəmbərova olub. 2005-dən bədii gimnastika ilə məşğul olmağa başlamışam. 2011-in fevralında yığmaya cəlb olundum. Əvvəlcə milliyə dəvət olunduğuma görə çox sevinirdim. Çünki yığma üzvü olmaq ən böyük arzum idi. Lakin zamanla o mühitə düşüb, ordakı ab-havanı, gimnastlara qarşı kobud davranışları, intriqaları gördükcə avqustun axırlarında idmanı tərk etməyə qərar verdim.
    - Elə həmin il gimnastikadan ayrıldın?
    - Bəli. 2011-də karyeramı başa vurdum. Həmin il iyulun 1-də Qusarda yığmanın toplanışı zamanı bu qərara gəldim. Bütün qızlarla eyni zalda məşq etdiyim üçün çox pis şeylərin şahidi oldum. Mariana qızları təhqir edir, gürz alətiylə döyürdü. Gimnastların səhhətini təhlükə altında qoyaraq onları dayanmadan məşq etməyə məcbur edirdi.
    - Şəxsən sənə qarşı nalayiq hərəkət edib?
    - Bolqarıstandan özüylə gimnastlar gətirmişdi. Onlarla dostluq edən bəzi yerli idmançılar da var idi. Mənə lağ edir, söz atır, psixoloji təzyiq göstərirdilər. Bunlardan yalnız birini deyəcəm. Qusarda toplanışda olarkən 1 bolqar gimnast, 2 məşqçi və Mariananın bir köməkçisiylə eyni otaqda qalırdım. Gecə ağır məşqdən sonra yorğun halda otağıma gəlib yatmışdım. Saat 4-də əyləncədən qayıdıb, məni yuxudan oyatdılar. "Məşqə gecikdin" deyərək öz aləmlərində guya mənimlə zarafat etdilər. Onlar bu yolla məni alçaldıb əylənirdilər. Gec saatlara qədər məşq edirdik. Qızların vəziyyəti çox pis idi. O zaman Aelita Xələfova da bizimlə birgə idi. Mən fərdi gymnast idim. Mariana qrup komandasının üzvlərinə "siz burda hamınız ölsəz belə, mən Olimpiadaya lisenziyanı almalıyam" dedi. Axşam bizi hərdən çağırıb danlayır, qarşımızda oturub qəlyan çəkir, tüstüsünü üzümüzə püskürərək, bizə hədə-qorxu gəlirdi. Qusarda kecirdiyim bir ayda dəhşətli dərəcədə psixoloji sarsıntı keçirdim. Ordan qayıdandan sonra bir də məşqə getmədim. Baxmayaraq ki, Vasilyeva geri qayıtmağımı istəyirdi. Onun bu davranışlarına görə daxilimdə gimnastikaya elə nifrət yarandı ki, sevdiyim və hörmət etdiyim şəxsi məşqçilərimin yanına qayıdıb karyeramı davam etdirmək istəmədim. Onların məşqləri zamanı həmişə sağlam rəqabət olub. Mariananın yaratdığı fiziki və emosional durum təkcə mənim yox, neçə-neçə gimnastın idmanı tərk etməsinə səbəb oldu
    - İndi məşqçi kimi də çalışmırsan?
    - Yox. Hazırda Qafqaz Universitetində təhsil alıram. Bir şeyi qeyd edim ki, hazırda Vasilyevanın yanında məşqçi işləyənlərin bir çoxu mənim vaxtımda gimnast olanlardı. Əksəriyyətinin təcrübəsi yoxdu. Baş məşqçi istəmir ki, yanında güclü məşqçi çalışsın. Özü üçün rəqib yaratmaq istəmir. Bu üzdən bir neçə təcrübəli məşqçini yığmadan uzaqlaşdırıb.
    - Qusardakı toplanışda federasiya rəsmilərindən heç kim yox idi?
    - Yox.
    - Səncə, niyə qrup komandamız London-2012-yə lisenziya qazana bilmədi?
    - Qızların, demək olar ki, hamısı zədəli idi. Psixoloji və emosional durumları çox pis idi. Onlarda nə gimnastikaya sevgi, nə də vətəni təmsil etməyə motivasiya qalmışdı.
    - Bəs bu qədər müddətdə niyə sən və başqa gimnastlar ən azı mətbuata ürəyinizi boşaldıb, etiraz səsinizi ucaltmamısız?
    - O zaman yeniyetmə idim. Məndən böyük qızların çəkindiyini, qorxduğunu görəndən sonra biz də bir şey deməyə cəhd göstərə bilmirdik. Bildiyimə görə, bir çox valideyn şikayət etmişdi. Amma onların şikayətinə baxılmayıb.
    - Yığmada bəzi gimnastların maaşları kəsilirmiş. Sən də belə problemlə üzləşirdin?
    - Yığmada yeni idim. Bu üzdən mənə hələ maaş verilmirdi. Başqa qızların əməkhaqqıyla bağlı hansı problem yaşadığını bilmirəm.
    - Müsahibəyə görə təşəkkür edirəm. Başqa nəsə demək istəyirsən?
    - Son olaraq bu məsələdə şəxsi fikrimi bildirəcəm. Vasilyevanın Azərbaycana xeyrindən çox zərəri dəydi. İstedadlı qızların idmanı tərk etməsi bədii gimnastikaya böyük zərbə vurdu. Vaxtında karyeramı bitirdiyimə görə özümü şanslı sayıram. Çünki yığmada qalsaydım, əminəm ki, daha çox psixoloji və fiziki zərbə alacaqdım.

    Söhbətləşdi: SƏRXAN, “Futbol+”

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA