» » AZƏRBAYCANLI GİMNASTI ƏRƏB ŞEYXİ HƏYATA QAYTARIB

AZƏRBAYCANLI GİMNASTI ƏRƏB ŞEYXİ HƏYATA QAYTARIB

  • AZƏRBAYCANLI GİMNASTI ƏRƏB ŞEYXİ HƏYATA QAYTARIB“Ruqiyyəni lazımsız əşya kimi kənara atdılar”

    Hurriyyet.org xəbər verir ki, “Futbol+”in Gimnastika Federasiyası ilə bağlı araşdırması davam edir. Bədii gimnastika üzrə yığmamızın baş məşqçisi Mariana Vasilyevanın tətbiq etdiyi ağır məşq rejiminin fəsadları bir çox idmançıya zərbə vurub. Hətta bir neçə gimnast bolqar mütəxəssisin düzgün hazırlıq keçməməsinin və diqqətsizliyinin nəticəsi kimi ağır zədələnib və karyerasını başa vurmaq məcburiyyətində qalıb. Onlardan ən ağır zədə alanı Ruqiyyə Səttarovadı. Bir müddət öncə “Spartak”ın məşqçisi Nurlana Əlizadə idmançının başına gələnlər haqda məlumat vermişdi. Bu dəfə istedadlı gimnastın nələr çəkdiyini daha ətraflı öyrənəcəksiz. Həm Ruqiyyə, həm də anası Jalə xanımla görüşüb söhbətləşdik. Zərərçəkənin anası qızının başına gələn acı olayları danışdıqca ağlamamaq üçün özünü güclə saxlayırdı. Həqiqətən ağırdı. Özünüz yazını oxuduqda bunun şahidi olacaqsız…

    Əvvəlcə Ruqiyyə karyerasına necə başladığını, yığmaya yolunun necə açıldığını və necə zədələndiyini danışdı: “2008-ci ildə “Spartak”da məşqlərə başladım. 2-3 aydan sonra artıq yarışlara çıxırdım. 2009-da ölkə çempionatında yeniyetmələr arasında 2-ci yeri tutdum. Bundan sonra məni yığmaya cəlb etmək istədilər. Şəxsi məşqçilər hələ bunun üçün erkən olduğunu söylədi. Bundan sonra “Spartak”ın tərkibində 15-ə yaxın ölkədə yarışlara qatıldım və hamısında da ilk “3-lük”də yer alırdım. 2013-dən məni yerli turnirlərdə sıxışdırmağa başladılar. Hakimlər balımı bilərəkdən kəsirdi. Buna səbəb millidə olmamağım idi. Halbuki xarici yarışlarda yüksək bal alırdım. Mariana Vasilyeva özü etiraf edirdi ki, sən güclü gimnastsan, ancaq yığmaya gəlməsən, yuxarı bal görməyəcəksən. 2014-ün yanvarından milliyə qoşuldum. O zaman fərdi çıxış edirdim. Bakıda keçirilən Avropa çempionatında çıxış etməliydim. Ancaq baş məşqçi guya hazır olmadığımı əsas gətirərək, qitə birinciliyində mənə şans vermədi. Halbuki başqa qızlarla birgə gecə-gündüz məşqlərdə iştirak etmiş, çox əziyyət çəkmişdim. Hələ fərdi çıxış edərkən çiynimdə dartılma olmuşdu. Problemi məşqçiyə dedim, həkimə apardılar. Ancaq dedilər ki, heç nə yoxdu. İyuldan qrup komandasına cəlb olundum. Bir gün məşq zamanı sol qolumu qaldıra bilmədiyimi hiss etdim. Ağlayaraq məşqçinin üstünə qaçdım. İlk dəfə o zaman çiynim çıxmışdı. Həkim yerinə saldı. Əslində bir ay məşq etməməliydim. Bir gündən sonra sonra mənə deyildi ki, yox, çıx məşqə…”
    Bu yerdə söhbətə Jalə xanım qoşulur: “Həmin axşam yığmada məşqçi kimi çalışan Vəfa Hüseynovanın yanına getdim və dedim ki, bu zədədən qorxuram, qızımı komandadan çıxarıram. Mənə cavab verdi ki, idmanda belə şeylər olur, qoyun Avropa çempionatında çıxış etsin. O zamanlar Mariana Vasilyeva mənə demişdi ki, Azərbaycanda sənin qızına çatan yoxdu. O böyüyəndən sonra mənə əcnəbi idmançı lazım olmayacaq. İdmanda zədələnirsənsə, bunu müalicə etməlisən. Ən azı fizioterapiya olmalıdı. Vəfa məni sakitləşdirdi ki, sənin qızını qoruyacağıq. Sən demə, məşqçilər qızımı kənarda oturdurmuş, Mariana deyirmiş ki, bu xalçaya çıxmalıdı. Gündə 15 dəfə qolu çıxırmış. Hər dəfə yerinə salıb, məşqə çıxarırmışlar. Yığmanın həkimləri belaruslu Nikolay Fyodorov və Aydın adlı birisiydi. Onun soyadını bilmirəm. Fyodorovu sonradan yığmadan qovdular. O mənə demişdi ki, sənin qızının başına oyun açırlar. Gənclər və İdman Nazirliyinin binasının arxasında yerləşən bərpa mərkəzində çalışan Azər Qafarova məktub yazıbmış ki, bu uşaq məşqləri dayandırmalıdı. Problemi mənə də vaxtında deməyiblər”.
    Yenidən Ruqiyyə başına gələnləri danışır: “Macarıstanda keçiriləcək yarışa hazırlaşırdıq. Çiynim yenə çıxdı. Bu dəfə həkim yerinə sala bilmədi. Buna baxmayaraq, məni “heç nə olmaz” deyib o vəziyyətdə məşqə çıxmağa məcbur etdilər. 3 saat məşq etdikdən sonra 1 saat dincəlmək üçün vaxt verilmişdi. Yenə həkimin yanına getdim, yenə sala bilmədi. Nümunəvi çıxış zamanı qolumu tərpədə bilmədim və yerə yıxıldım. Sən demə, həmin vaxt ağrıdan şoka düşmüşəm. Gözümü açdım ki, hamı ətrafıma yığışıb. Bir həkim qolumu, o biri ordan dartdı, vəziyyətim daha da pisləşdi. Zorla ayağa qaldırdılar və bu zaman anam gəldi”.
    AZƏRBAYCANLI GİMNASTI ƏRƏB ŞEYXİ HƏYATA QAYTARIB

    Söhbəti Jalə xanım davam etdirir: “Oğlum akrobatikayla məşğul olur. Onu zaldan götürmək üçün getmişdim. Yoldaşıma dedim ki, deyəsən, yanımızdan keçən Ruqiyyə idi. Çünki uşaq qorxusundan üzümüzə baxmırdı. Aydından soruşdum ki, uşağa nə olub, “heç nə olmayıb” dedi. Axşam saat 8-də Nəsrəddin Tusi adına klinikaya apardılar. 4 saatdan sonra qızımı gətirdilər. Sən demə, orda da çiynini yerinə sala bilmirlərmiş. Azər Qafarov özü Marianaya deyib ki, bu uşağın qolu əldən gedir, Türkiyədə yaxşı həkim tapmışam, orda müalicə etdirək, bundan sonra idmana davam etsin. Vasilyeva məhəl qoymayıb. 2015-in fevralında Macarıstandakı yarışda qolu çıxıq vəziyyətdə çıxış edib. Çıxışını bitirdikdən sonra ağrıdan yerə yıxılıb. Əcnəbi həkim çiynini yerinə salıb. Sonra Bakıya qayıtdıqdan sonra Mariana qızıma ağzına gələni deyib ki, orda niyə ağlayıb, bizi biabır etmisən.
    Zəngilandan məcburi köçkünük, yoldaşım da 2-ci qrup əlildi. Elə bir evimiz də yox idi ki, onu satıb qızımızı sağaldaydıq. Federasiyada əvvəllər mühafizə xidmətinin rəhbəri olmuş Namiq Bədirxanov sonradan həkimlərə rəhbər təyin olunmuşdu. O dedi ki, Ruqiyyəni Belarusda əməliyyat etdirəcəyik. Yalvardım ki, ora göndərməyin. Dedi ki, bizim gücümüz buna çatır. Yoldaşım söylədi ki, nə qədər pul çatmırsa, üstünü mən düzəldim, təki Türkiyədə əməliyyat olunsun. Razılaşmadılar. Sonra söylədi ki, İsraildən bir həkim gəlib, o da deyir ki, ən yaxşı əməliyyat Belaursda ola bilər. 2-3 günə qızınızı geri qaytaracağıq. Yad kişiylə qızımı göndərməmək üçün bir günə pasport çıxartdım. Öz hesabıma Belarusa yollandım. Orda həkim dedi ki, əməliyyat risklidi, çünki vəziyyəti pisdi, həm də uşağın yaşı azdı. Nikolay Fyodorovla söhbət etdikdən sonra fikrini dəyişdi. İki həftə orda qaldıq. Dövlət xəstəxanası idi. Orda verilən yeməyi görsəydiz, iyrənərdiz. 500 dollar götürmüşdüm. İki həftə uşağıma özüm yemək aldım. Axırda pulsuz qaldım. Fyodorova 2200 dollar verilmişdi. Bu pul əməliyyat, qalmaq və yemək xərci üçün idi. Fyodorov AGF-nin baş katibi Fərid Qayıbova mesaj yazdı ki, uşağın anasının bilet almağa da pulu yoxdu. Hələ orda olanda Bədirxanov mənə mesaj yazdı ki, bəs bu biletin pulunu kim verəcək. Cin vurdu beynimə. Yazdım ki, mənim uşağım burda ölür, siz mənimlə biletin pulunun söhbətini edirsiz, qayıdanda pulunuzu verəcəyik. Bakıya qayıdan kimi Namiqə biletin pulunu verdik. Ancaq burdakı bərpa mərkəzində Azər həkim müayinədən sonra dedi ki, əməliyyat səhv gedib, zədə yeri irinləyib. Bərpa zamanı yenə çiyni çıxırdı. Sonra Nəsrəddin Tusi adına klinikada MRT çıxartdıq. Həkim “mənə elə gəlir ki, sinir toxumaları zədələnib” dedi. Sonradan İsraildən bura həkim gətirdilər. Baxıb gördü ki, Ruqiyyənin durumu ağırdı və onu da söylədi ki, əməliyyatın Belarusda olmasını mən məsləhət görməmişəm. Deməli, üzə çıxdı ki, bu sözü federasiyadakılar uydurubmuş. Vahid Bayramov adlı şəxsin puluyla qızımı İsrailə yola saldılar. Mən də getdim. Bu dəfə bütün xərcləri özləri çəkdi. Gözəl şəraiti olan xəstəxanada əməliyyat olundu. Elə bildim ki, hər şey düzəldi. 4 aydan sonra yenə göndərdilər. 3-cü dəfə də getməliydi. Gördüm ki, səfəri ləngidirlər. Sonradan sənədləri düzəldib gec də olsa, göndərdilər. Bu dəfə həkim uşağı müayinə etdikdən sonra əməliyyatdan boyun qaçırdı və 23-24 yaşına kimi qızımın bu vəziyyətdə qalacağını söylədi. Yenidən bərpa kursu yazdılar. Ruqiyyə ağır toplarla bərpa kursu keçirdi. 3 həftə qaldım. 5 kq-lıq topla qolunu hərəkət etdirirdilər. Halbuki sol qolu pis vəziyyətdə idi və ona ağır yük qəti olmazdı. Bakıya gələndən sonra vəziyyəti daha da ağırlaşdı. Qızım gecələr ağrıdan yata bilmirdi. Burda əcnəbi idmançıları bərpa kursuna ayrıca maşınla aparırdılar. Amma mən hər gün qızımı avtobusla dispanserə aparmaq məcburiyyətində qalmışdım. Bu dəfə nazirliyə şikayətə getdim. Ancaq məni Azad Rəhimovun yanına buraxmadılar. Təsadüfən naziri “Nizami” kinoteatrından çıxarkən gördüm. Qaça-qaça ona yaxınlaşıb, kömək istədim. Qızımın bütün tibbi kağızlarını, sənədləri ona göstərdim. Mənə dedi ki, heç kimə şikayət etməyin, sabah nazirliyə gəlin, sizin məsələnizə baxılacaq. Ertəsi gün nazirliyə yollandım. AGİN-in mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya hər şeyi danışdım. Mənə dedi ki, gedin, 2 həftəyə yaxşı həkim tapacağıq. Sonra bir dəfə zəng gəldi ki, Gürcüstandan həkim tapmışıq. AGİN-in tapdığı həkim də əməliyyatı boynuna götürmədi. Çünki sinir toxumaları zədələnmişdi. Mehriban Əliyevanın qəbuluna yazıldım. Heydər Əliyev adına Fondda məni Məlahət Abdullayeva qəbul elədi. Ruqiyyənin adını görən kimi “siz bura niyə gəlmisiz, ayıb olsun, uşağınıza lazım olan kömək edilib, onun heç nəyi yoxdu” dedi. Qızımın qolunun şəklini göstərmək istədim, “mən heç nəyə baxmıram, siz onlara təşəkkür etmək əvəzinə hələ şikayət edirsiz” söylədi. Bu ərəfədə mənə Zeynəb Cavadlı mesaj yazdı ki, Ruqiyyəni sağaltdıracam. Əvvəl imtina etdim ki, axı bunu mənim dövlətim etməlidi. Amma gördüm ki, heç kim kömək etmir. Zeynəbin həyat yoldaşı şeyx Səid Əl-Maktum bir günün içində bütün sənədlərimi hazır etdirdi. Pasportları yenilədik. Çünki əvvəlki pasportlarımıza İsrail möhürü vurulduğu üçün BƏƏ-yə gedə bilmirdik. Dubayda tanınmış həkimlər hərtərəfli müayinə etdilər. 3 ciddi zədə aşkarlandı. Həkimlər şokda idi. Allah Zeynəbin həyat yoldaşından razı olsun. Qızımı o ağır vəziyyətdən xilas etdi. Əslində mənə demişdi ki, bunu onun etdiyini heç yerdə söyləməyim. Çünki sırf Allah rızası üçün bu yaxşılığı etdiyini demişdi. Bizə tərcüməçi tutdu və qızımla məni Avstriyaya yolladı. Orda 3,5 saatlıq əməliyyat oldu. 2 ay Avstriyada qaldıq. Bir qəpiksiz ora yollanmışdım. Bütün xərclərimiz şeyx tərəfindən ödənilmişdi. Ən yüksək şəraitdə qalırdıq. 5 həftə orda yaxşı bərpa kursu keçdi. Bakıya qayıdanda bizimlə bir nəfər də zəng edib maraqlanmadı. Amma yanvarın 28-də Məlahət zəng elədi ki, bəs Almaniyadan həkim tapmışıq, bütün xərclərinizi ödəyəcəyik, orda qızınız əməliyyat olunacaq. Halbuki o məni qapıdan qovan adam idi. Dedim ən yaxşı yerdə əməliyyat olunacaq, siz narahat olmayın. İndi bərpa kursunu Mərkəzi Gömrük Hospitalında keçirik. Bütün xərcləri də şeyx boynuna götürüb. Bir qəpik də xərcləmirəm. Yenidən müayinə üçün Avstriyaya yollanmalıdı. Şükür Allaha, indi qızım rahat yatır, qolunu sərbəst hərəkət etdirir. Dərman içmir, iynə vurdurmur. Normal həyatına davam edir. Ancaq hələ yük götürmək olmaz. Əzələnin yığılmasına ehtiyac var.
    Qızım çox böyük idmançı ola bilərdi. Onun arzularını gözündə qoydular. Təkcə AGF-dən yox, həm də AGİN-dən incidim. Bizə dəstək olmadılar. Ruqiyyəni lazımsız əşya kimi kənara atdılar”.

    SƏRXAN, “Futbol+”

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA