» » Qubad İbadoğlu: “FED yenidən zəif qorunan milli valyutaları təlaşa salıb”

Qubad İbadoğlu: “FED yenidən zəif qorunan milli valyutaları təlaşa salıb”

  • Qubad İbadoğlu: “FED yenidən zəif qorunan milli valyutaları təlaşa salıb”
    Manat bu siyahıdan kənarda deyil

    Yenidən milli hökümətlərin, biznes dairələrinin, maliyyə analitiklərinin, marketinq tədqiqatçılarının diqqəti FED-in bu il üçün sonuncu sayılan iclasında maliyyə və valyuta bazarlarına təsir edəcək, çoxdan gözlənilən qərarına yönəlib.
    Bu barədə iqtisadçı alim Qubad İbadoğlu Hurriyyet.org-a açıqlamasında bildirib: “Bir neçə saatdan sonra başlayacaq iclasda baş tutacaq müzakirələr nəticəsində FED-in uçot dərəcələrinin artırılması ehtimalı yüksəkdir. Belə bir qərarın verilməsi xüsusilə qonşu Türkiyədə lirə, Rusiyada rublun məzənnəsinin ucuzlaşmasını şərtləndirəcək”.
    İqtisaçı vurğuladı ki, Azərbaycan manatı həm əsas ticarət tərəfdaşı olan qonşu ölkələrlə vasitəli, eləcə də birbaşa təsirlərə məruz qalacaq: “Avroda və funt sterlinqdə dollara nəzərən gözlənilən ucuzlaşma da bizim valyutaya dolayı təsir edən faktorlardan ola bilər. Manatın üzən məzənnəyə keçidi ilə bağlı müzakirələrin intensivləşdiyi indiki həssas dövrdə FED-in qərarının təsiri ilə baş verənlər onun valyuta bazarında möveyini bir az da zəiflədəcək. Beləliklə də mövcud şərtlər çərçivəsində manatı üzən məzənnə rejimində saxlamaq daha da çətinləşir. Amma başqa alternativlər qalmayıb, çünki islahatların və sərmayələrin gələcəyi manatın gerçək məzənnəsinin formalaşma tezliyindən asıldır”.

    Şamo, Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA