» » NAZİM İBRAHİMOV HƏLƏ DƏ MAAŞLARI YUBADIR

NAZİM İBRAHİMOV HƏLƏ DƏ MAAŞLARI YUBADIR

  • NAZİM İBRAHİMOV HƏLƏ DƏ MAAŞLARI YUBADIR
    "İndi onu vəzifəsindən uzaqlaşdırsam, borcunu qaytarmayacaq”

    Qılıncoynatma Federasiyasındakı maliyyə problemindən xəbərdarsız. Hurriyyet.org "Futbol+"ə istinadən xəbər verir ki, Nazim İbrahimov prezident səlahiyyətlərini icra etmir. Faktiki idmançılar aylardı maaş üzünə həsrətdi. Heç bir tələblərə cavab verməyən infrastrukturdan isə danışmağa dəyməz. Təbii, bu durumdan vitse-prezident Yaşar Məmmədov da bərk narahatdı. Veteran mütəxəssis ümidini MOK-un hesabat-seçki baş məclisinə bağlamışdı. Həmin tədbirdə ölkə prezidentinin qarşısında çıxış edərək İbrahimovun vəzifəsindən uzaqlaşdırılmasını xahiş edəcəkdi. Ancaq niyyəti baş tutmadı. Çünki İlham Əliyev baş məclisdə iştirak etmədi. Bəs bundan sonra necə olacaq? Yaşar bəyi dinləyək: "Nazim İbrahimovun mühafizəçisi mənə demişdi ki, bu gün (dünən) saat 12-1 arası görüşə bilərsiz. Ancaq sonra katibəsi dedi ki, Heydər Əliyevin anım günü olduğu üçün qəbirüstünə gedib. Sabah yenidən gedəcəm, görək nə olur (gülür). Gözləməkdən başqa əlacım nədi ki? İndi onu vəzifəsindən uzaqlaşdırsam, borcunu qaytarmayacaq. İşçi heyətinin 18 aylıq maaşını ödəməlidi. Bu vaxta kimi işçilərin pulunu mən vermişəm. Onları qaytarmalıdı. Həm də idmançılara verəcəyi var. Olimpiadaya qədər pulu gec də olsa, ödədi. Ancaq ondan sonra maaşları verməyib. Uzağı apreldə onun məsələsi həll olunacaq. Ona kimi işlərin düzələcəyinə söz verib. Aprelə kimi gözləyəcəm”.
    Yeri gəlmişkən, bu gün Səbinə Mikina və Sevil Bünyatova baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi altında Meksikaya yollanacaq. Sablyaçılar dekabrın 15-dən 17-dək bu ölkədə keçiriləcək Dünya Kubokunda iştirak edəcək.

    Sərxan

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA