» » Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

  • Loading...
    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEOAzərbaycanda inkişaf edən idman növlərindən biri də kapoeyradır. Rəqslə öznümüdafiənin vəhdətindən yaranan idman növü 10 ilə yaxındır ki, ölkəmizdə rəsmi şəkildə fəaliyyət göstərir.
    Daha çox filmlərdə sevilən kapoeyranın Azərbaycanda federasiyası rəsmi olaraq 1997-ci ildə yaradılıb. Artıq bəzi məktəblərdə, liseylərdə kurslar keçən federasiya üzvləri bunun sayəsində özlərinə yetərincə atlet cəlb ediblər.


    6-7 nəfərlə başladılar və...

    Hurriyyet.org-un əməkdaşı Azərbaycan Kapoeyra Federasiyasının fəaliyyət göstərdiyi kurslardan birinə yollanıb, qurumun texniki direktoru, məşqçi Elgiz Ali ilə söhbətləşib. Söhbət əsnasında Elgiz Ali özü və kapoeyraya gəlişi barədə məlumat verib:
    - Mən 12 ilə yaxındır ki, kapoeyra ilə məşğulam. Biz kapoeyra ilə məşğul olmağa başlayanda demək olar ki, bu idman növünə maraq az idi. Biz 6-7 nəfərlə bu idman növünü ölkəmizdə təbliğ etməyə başladıq. Bir müddət keçdikdən sonra isə sayımız artmağa başladı. Dəfələrlə respublika çempionatları keçirdik, iştirak etdik. Həmçinin də beynəlxalq turnirlərdə...
    Çıxış etdiyimiz turnirlərdə bir çox uğurlara imza atdıq. Bir müddət sonra mən məşqçi kimi fəaliyyətə başladım. Məşqçi kimi fəaliyyət göstərdiyim müddətdə də Azərbaycan Kapoeyra Federasiyası rəsmi olaraq təsdiqləndi. Bundan sonra isə qurumda texniki direktor vəzifəsində çalışmağa başladım. Hazırda həm məşqçi, həm də texniki direktor cəzifələrini icra edirəm.
    Bu müddət ərzində tələbələrim respublika, Avropa və dünya çempionatlarında iştirak ediblər. 5 nəfər respublika, dəfələrlə Bakı çempionu, beynəlxalq turnirlərin qalibləri olmuş tələbələrim var. Bu lentə aldığınız uşaqlar da bizim yetirmələrdir.
    - İllərdir bu işin içərisində olan biri kimi, kapoeyranın əsas mənasını bizə necə açıqlaya bilərsiniz?
    - Kapoeyranın qısaca tarixinə toxunum. Kapoeyra 16-cı əsrdə Brazilyaya gətirilən afrikalı kölələr tərəfindən yaradılıb. Həmin kölələr orada istismar olunurdu, yəni onlar çox əzab-əziyyət görürdülər. Nəticədə tələf olurdular. Onlar da çıxış yolu axtarmaq üçün rəqs adı altında döyüş növü yaratdılar. Yəni bir növ rəqsi “kamuflyaj” kimi istifadə etdilər. Yəni rəqs adı altında gizləndilər. Musiqi alətləri düzəltdilər, bunlar da həm silah kimi istifadə olunurdu, həm də onlara nəzarət edən meşə kapitanlarının “gözlərini boyayırdılar”. Meşə kapitanları onları izlədikdə görürdülər ki, sadəcə, rəqslə məşğuldurlar. Bununla da kapoeyradan istifadə edərək qaçmağa nail olurlar.
    Bununla da kapoeyra bir tayfanın azadlığa çıxmasına səbəb olub. İllərlə bu idman növü inkişaf etmə başlayır. Bu gün kapoeyra dünyanın 120 ölkəsində tədris olunur.
    - İlk vaxtlar Azərbaycanda necə qarşılanmışdız?
    - Əvvəlcə də dediyim kimi, ilk vaxtlar birmənalı qarşılanmırdı. Yəni döyüş kimi qəbul etmirdik. Heç döyüş növü olduğunu da bilmirdik. Sadəcə, dərindən tarixini öyrənəndən sonra bildik ki, bu həqiqətən də döyüş növüdür.
    Bu gün də biz kapoeyranı döyüş növü kimi təbliğ edirik. Sadəcə, ənənə kimi müəyyən rəqs elementləri hələ də qalıb.
    - Azərbaycan Kapoeyra Federasiyanın rəhbəri hazırda kimdir?
    - Ümumiyyətlə, 1997-ci ildə Azərbaycana kapoeyranı Taleh Orucov gətirib. Hazırda da federasiyanın prezidenti vəzifəsini o icra edir. Taleh Orucov bu idman növünü tələbəlik illərində - Moskvada oxuyarkən braziliyalı kapoeyra ustasından öyrənib.
    Ölkəmizdə kapoeyra ilk olaraq Lənkəranda, 2000-ci ildən isə paytaxtda məşhurlaşmağa başlayıb.
    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    5-35 yaş arası tələbələr...

    - Kapoeyranın Azərbaycanda bu gün neçə klubu var?
    - Hazırda 15-dən çox zalımız var. Bundan əlavə, kapoeyra uşaq baxçalarında, lisey və məktəblərdə dərnək formasında tədris olunur. Bu da baxçaların, lisey və məktəblərin istəyi ilə baş tutub. Çünki bu idman növünə ölkədə gündən-günə maraq artır. Çünki burada uşaqların fiziki inkişafı üçün də müsbət nüanslar var.
    Bundan əlavə, böyüklər də asudə vaxtlarında rəqs, özünü müdafiə, döyüş öyrənmək üçün bizim zallara gəlirlər. Bizim kursa yazılarkən yaş həddi nəzərdə tutulub. 5 yaşdan yuxar olaraq qruplara bölünüb. Yəni 5-7, 7-9 və s. bölgü olur. 35 yaşa qədər hər kəs bu idman növü ilə məşğul ola bilər.
    - Niyə 35 yaş? Ondan sonra mümkün deyil?
    - Əslində mümkündür. Sadəcə, inanmıram ki, Azərbaycanda 35 yaşdan sonra kimsə gəlib kapoeyra ilə məşğul olmaq istəyər. Hazırda ən yaşlı üzvümüz 30-31 yaşındadır.
    - Özünüz həm də milli komandada çıxış edirsiniz?
    - Bəli, mən özüm də yarışlarda iştirak edirəm. Həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərirəm. Çünki hələ gəncəm, idman karyeramı bitirmək istəmirəm. Qarşıda bizi beynəlxalq turnirlər - Avropa və dünya çempionatları gözləyir. Hətta onu da deyim ki, 2018-ci ildə Azərbaycanda Kapoeyra üzrə dünya çempionatı keçiriləcək. Təbii ki, ölkə rəhbərliynin göstərişi ilə Gənclər və İdman Nazirliyi, Azərbaycan Kapoeyra Federasiyası və Ümumdünya Kapoeyra Federasiyası bu idman növünü ölkəmizdə təşkil edəcəklər.
    - Sizin qurumda ciddi zədədən necə qorunurlar? Azyaşlı uşaqların valideynlərini bu məsələdə necə razı sala bilirsiniz?
    - Təbii ki, bütün idman növlərində olduğu kimi, kapoeyrada da zədə riski var. Amma az formada... Çünki biz kapoeyranı uşaqlara onların fiziki inkişafı üçün tədris edirik. Müəyyən yaş mərhələsini keçdikdən sonra kapoeyranın digər elementlərini onlara öyrətməyə başlayırıq. Yəni daha təhlükəli və çətin olanları... Təbii ki, onları hazırlaya-hazırlaya çətin mərhələyə gətiririk.
    Artıq biz kapoeyranı kurslar halına salmışıq. 1-ci və 2-ci kurslar uşaqlara asan gəlir. Bu kurslar da haradasa 1 il yarım çəkir. Uşaqlarda ciddi zədə problemi ilə qarşılaşmamışıq.
    - Bəs böyüklərdə, elə siz özünüz ciddi zədədən necə yayına bilmisiniz?
    - Təbii ki, mənim özümdə zədə problemləri olur. Peşəkar şəkildə məşğul olduğumuz üçün bu qaçılamazdır. Büdrəmə olub, qol sınma ola bilər. Bu cür hallar başımıza gəlib.
    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Özünümüdafiədə kapoeyradan necə istifadə etmək olar?

    - Dediz ki, kapoeyrada rəqs və musiqi vəhdəti var. Kənarda özünümüdafiədə bu idmandan istifadə etmək mümkündürmü?
    - Təbii ki, mümkündür. Çünki kapoeyrada ayaq zərbələri var ki, bu gün MMA kimi qaydasız döyüşlərdə istifadə olunur. Artıq dediyim kimi, yaranmasına məqsəd azadlığa çıxmaq üçün döyüş olub. Hətta əllərin üzərinə qalxıb ayaqla sərbəst şəkildə zərbə endirmək mümkündür.
    - Kapoeyra yığma komandası indi harda məşq edir?
    - Respublika çempionatları keçirilir. Həmin çempionatda müəəyyən kateqoriyalar üzrə qaliblər yığmaya cəlb olunur və müəyyən yarışlara baş məşqçi tərəfindən hazlırlaşdırılır. Məkanı da məşqçi öz planına uyğun qurur. Baş ofisimiz isə Mətbuat prospektində yerləşir.
    - Kapoeyraya yazılmaq istəyənlər hara müraciət etməlidir?
    - Artıq biz hər yerdə varıq. Öncə də dediyim kimi, tədris mərkəzlərinə də müraciət edə bilərlər. Hətta regionlarda – Şəkidə, Mingəçevirdə, Gəncədə də var. Bu yaxınlarda Şamaxıda da filialımız açılacaq. Yəni artıb, yayılmağa davam edirik. Təbii ki, kurslarımız ödənişlidir. Amma müəyyən güzəştlər var. Yığma komandanın üzvləri, çempionlar ödənişdən azad olunurlar.
    Onu da bildirim ki, bizim idman növünə dövlət tərəfindən də dəstək var. Dəstək olmasa, əlbəttə ki, bu qədər inkişaf edə bilməzdik.
    - Azərbaycanda kapoeyraya qızların marağı necədir?
    - Azərbaycana bir qədər yad idman növü olduğu üçün xanımlarımızın marağı elə də çox deyil. Amma son dövrlərdə hər zalda 4-5 xanım kapoeyraçıya rast gəlmək olur. Ümumilikdə 50-60 xanım var ki, bu idmanla məşğul olurlar.

    Aygün İlqarqızı, Hurriyyet.org



    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO
    Azərbaycanda rəqs adı altında “gizlənən” döyüşçülər məktəblərə necə sızıb? – ARALARINDA XANIMLAR DA VAR – FOTO/VİDEO

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Temmuz 2017    »
    PtSaÇaPrCuCtPz
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    QALEREYA