» » Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

  • Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTOBəzilərinə görə idman, bəzilərinə görə məbəd – Şaolin adlı bu döyüş növü Azərbaycanda da fəaliyyət göstərir. Qurumun maddi çətinlikləri olsa da ayaq üstə dayanıb, idmançılar yetişdirməkdə inad edirlər.
    Çünki onlar da öz bacarıqları ilə diqqətləri çəkmək niyyətindədir.
    Hurriyyet.org
    Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının inkişafı və məşqlərini oxucularının diqqətinə çatdırır.

    Suallarımızı ilk olaraq Şaolin Döyüş Sənəti Federasiyasının prezidenti Rafiq Əliyevə ünvanladıq.

    - Rafiq müəllim, nə vaxtdan Şaolin döyüş sənəti ilə məşğulsunuz?

    - Uşaqlıqdan – 5 yaşdan karate ilə məşğul olmuşam. 1993-cü ildən isə Kunq-fu Şaolin döyüş növləri ilə məşğul olmağa çalışdım.
    Belə deyərdim ki, Şaolin döyüş növü deyil, məbəddir.
    Orada rahiblər çalışır, həmin məbədə 3-5 yaşından uşaqları götürüb yetişdirirlər. 1993-cü ildən Şaolin döyüş növləri Azərbaycanda fəaliyyət göstərir. Federasiya olaraq isə rəsmi şəkildə 2008-ci ildə qeydiyyatdan keçib.
    Mən həmçinin federasiyada böyük məşqçiyəm. Bizdə baş məşqçilər çoxdur. Şaolin döyüş növləri federasiyasında bir çox idman növləri fəaliyyət göstərir.
    Bizim tələbələrimiz çoxdur, bölgələrimizdə də bizim qurumun filialları var.
    Tək Bakıda 20-yə yaxın filialımız var.
    Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

    - Bölgələrdəki filiallar sizə baxır?

    - Bizə baxmır, hərə özünü dolandırır. Biz onlara nə maaş verə, nə də maddiyyatla təmin edə bilirik. İmkanımız yoxdur.
    Özləri bizə üzvdürlər, yarışlarımızda iştirak edirlər. Bizim Gənclər və İdman Nazirliyinin təqvim planına əsasən turnirlərimiz keçirilir. Həmin yarışlarda yer tutan idmançılar nazirliyin və federasiyaya aid olan medal və mükafatlarla təltif olunur.

    - Bunlar arasında pul mükafatı yoxdur?

    - Xeyr, yoxdur. Heç bir qeyri-olimpiya idman növündə pul mükafatları verilmir.

    - Federasiyanı necə ayaqda saxlaya bilirsiniz?

    - Federasiyanın maliyyə büdcəsi yoxdur. Məşqçilər zal icarəyə götrürlər, tələbədən 20-30 manat alanda onun yarısını zala verirlər. Yəni heç bir məşqçiyə, idmançıya federasiya pul ödəmir.
    Böhrana qədər müəyyən köməkliklər göstərənlər var idi. Ümumiyyətlə, qeyri-olimpiya növlərində şəxsi sponsor demək olar ki, yoxdur.
    Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

    - Bəs nazirlikdən kömək görürsünüz?

    - Sağ olsun, Gənclər və İdman Nazirliyi yarışlara gedəndə bəzi yol xərclərinə kömək edir.

    - Bu gün Şaolində rəqabət varmı?

    - Bəli, var. Onlar üçün respublika çempionatları təyin olunur. Məsələn, 60 kq-da 20-yə yaxın idmançı mübarizə aparır. 1,2,3-cü yerləri tutanlar, deməli, həmin çəkilərin ən yaxşılarıdır. Bunlar da yığma komandaya cəlb olunur.

    - Dediniz bu sahədə gəliriniz yoxdur. Özünüz bəs məşqçi olmaqdan əlavə nə işlə məşğulsunuz?

    - Mənim 3 ali təhsilim var. Həm Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından məzunam, Azərbaycan Texniki Universitetinin mühəndislik fakultəsini əlaçı olaraq bitirmişəm. Həm də hazırda ehtiyyatda olan tank tağım komandiriyəm.
    Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

    - Bəzi federasiyalar güc strukturlarında məşqlər keçmək üçün dəvət olunur. Siz də məşqlər üçün gedirsiniz?

    - Bəli, biz hətta 1998-ci ildən könüllü olaraq hərbi hissələrdə təmənnasız dərslər keçmişik, özünü müdafiənin sirlərini öyrənməyə çalışmışıq. Hazırda da, dövlət mühafizə orqanlarına məşqlər keçirik. Polis əməkdaşlarından, sərhəd qoşunlarından tələbələrimiz var.
    Məsələn, Babək Əliyev Sərhədçi Idman Olimpiya Mərkəzində məşq keçir. Komandamızın kapitanı Malik Əliyev də Xüsusi Dövlət Mühafizə Orqanının əməkdaşıdır.
    Onlar bizi yaxşı təmsil edirlər.
    Hər güc sturukturlarında bizim demək olar ki, ən güclü yetirmələrimiz var.

    - Federasiyanızın əsas qərargahı haradadır?

    - Dediyim kimi, bizim məkanımız yoxdur. Zallar icarəyə götürülür, hamısı orta məktəblərin idman zallarıdır. Məktəblərdə məşqlərimiz də dərs saatından sonra başlayır.

    - Səhv etmirəmsə, federasiyanın rəhbəri əvvəllər Cavid Qurbanov idi?

    - Cavid müəllim indi Voleybol Federasiyasındadır. İndi federasiyanı özümüz idarə edirik.
    Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

    - Şaolin məbədində dərs keçən üzvünüz olub...

    - Elədir, Çində Şaolin məbədində Şaolin üzrə milli komandamızın baş məşqçisi Rauf Əliyev dərs alıb.

    Elə söhbətimizə federasiyada Taolu üzrə baş məşqçi Rauf Əliyevlə davam etdik:

    - Rauf müəllim, bəs siz nə vaxtdan döyüş sənətləri ilə məşğulsunuz?

    - 15 ildir ki, döyüş sənətləri ilə məşğulam. Sırf Şaolinlə isə 10 ildir məşğulam.

    - Şaolin məbədinə gedib, orada dərs almaq fikrinə necə gəldiniz?

    - Uzun müddət idi ki, Kunq fu və Uşu ilə məşğul idim. Fikirləşdim ki, bu döyüş növlərinin vətəni olan Çinə - Şaolin məbədinə (məktəbinə) gedim.

    - Bu növdə hansı uğurlarınız var?

    - Azərbaycanda “şaolin yumruğu” və “Tanlanchuan” stillərinin rəsmi nümayəndəsiyəm. Taolu üzrə baş məşqçiyəm və bütün zallarımıza mən nəzarət edirəm. Özümün şəxsi tələbəm 100-ə yaxındır.

    - Bu növə döyüşçü cəlb etmək üçün onlarla hansı söhbətləri aparırsınız?

    - Şaolin fəlsəfəsi, məşqlərinin xeyirli nəticələri, döyüş texnikaları haqqında danışıqlar aparırıq.

    - Şaolin fəlsəfəsinin sirlərini öyrənmək üçün Məbədə neçə dəfə getmisiniz və neçə gün qalmısınız?

    - 3 dəfə Şaolin Məbədini ziyarət etmişəm. Hər dəfəsində 40 gün qalmışam – 2007, 2011 və 2013-cü illərdə...
    Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

    - Şaolinin məqsədi nədir?

    - Məqsəd Şaolin sənətini nəsildən-nəsilə ötürmək və dünyanın hər bir ölkəsində təbliğ etməkdir.

    - Adətən istər filmlərdə, istərsə də haqqındakı hekayələrdə Şaolin rahiblərini fantastik biri kimi təqdim edirlər. Təkrarlanması mümkün olmayan hərəkətləri, yüksəklərə tullanmaları ilə təqdim olunurlar...

    - Düzdür, kinolarda bəzi hərəkətlər fantastikdir. Amma onların gündəlik məşqləri doğrudan da çox güclüdür, məqsədyönlü, nizamlıdır. Həmin məşqlər də gün ərzində 8 saata yaxın keçilir.
    Şaolin fəlsəfəsi gündəlik məşqlərdən, dünyəvi elmlərən, tibbdən (insanın daxili orqanlarından, hayati nöqtələrdən) mənəvi dəyərlərdəm, ruhi qidadan və.s ibarətdir.

    - Şaolin məbədinə ilk getdiyiniz gün sizi necə qarşılamışdılar?

    - Getdim və Şaolin rahiblərinin yanında məşqə başladım. İlk getdiyimdə Şaolin sevən biri kimi məni böyük hörmətlə qarşıladılar.

    - Hər kəs o Məbədə rahat şəkildə gedə və Şaolin rahiblərindən dərs ala bilər?

    -Ala bilər, amma xüsusi müəllimlərdən yox, şagirdlərdən...

    - Şaolin Məbədində tanınmış rahiblərlə tanış ola bildiniz?

    - Şi Yan-Ti, De Çanla kimi məşhur ustadlarla... Şaolində mənə verilən ad “Şi Yan Boa”dır. Mənası “çox məşğul olan”dır.

    - Maraqlıdır, Şaolin məbədinə gedib oradakı fəlsəfəyə yiyələnmək üçün başqa dinə məxsus olmaq mümkündür?

    - Bəli, din azaddır. Amma tam sirləri öyrənmək olmaz. Yəni tam sirləri ancaq orada yaşayan, qalan rahiblər oyrənə bilər. Mən özüm əlbəttə ki, islam dininin nümayəndəsiyəm.

    - Sizdən başqa Şaolin Məbədində Azərbaycandan kimlər olub?

    - Bir dəfə Asif Sayadov mənimlə orada olub. Başqaları barəsində xəbərim olmayıb.

    - İlk dəfə ora getməyə çalışdığınız zaman ətrafınızdakılar bu barədə nə dedi?

    - Hamı Kunq funu sevdiyimi bilirdi. Buna görə də müsbət qarşıladılar.

    Aygün İlqarqızı, Hurriyyet.org


    Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

    Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

    Ölkəmizdəki “məbədçilər”in məqsədi nədir? - “Güc strukturlarına təmənnasız dərs keçirik”- VİDEO+FOTO

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA