» » ABŞ-ın Türkiyədə qida terroru: bir stəkan südlə içirdiyi qorxunc “Marşall planı”...

ABŞ-ın Türkiyədə qida terroru: bir stəkan südlə içirdiyi qorxunc “Marşall planı”...

  • ABŞ-ın Türkiyədə qida terroru: bir stəkan südlə içirdiyi qorxunc “Marşall planı”......və ya ABŞ-ın Türkiyəyə pulsuz “quru süd” yardımı ilə ardından “uşaq iflici”nə qarşı bahalı peyvəndlər satması arasındakı əlaqə

    Hurriyyet.org xəbər verir ki, Türkiyə mediasında II Dünya Müharibəsindən sonra ABŞ-ın yardım adı ilə Türkiyəyə və bir çox dünya ölkələrinə göndərdiyi quru süd konservlərinin xalqın sağlamlığına və istehsalata, ölkə iqtisadiyyatına necə dəhşətli ziyan vurması, bu yolla Amerikanın bölgədə necə nüfuz qazanması barədə yazı dərc edilib. Həmin materialı nəzərinizə çatdırırıq:
    “1948-ci il...
    İkinci Dünya Müharibəsi başa çatıb. ABŞ kisənin ağzını açıb, iqtisadi tənəzzülə gedən ölkələrin Sovet İttifaqının nüfuz dairəsinə keçməməsi üçün “Marşall planı”nı həyata keçirməyə başlamışdı. Türkiyə də daxil olmaqla 16 Avropa ölkəsinə qrant şəklində göndərilən yardımların ən mühüm hissəsi süd tozu idi.
    Sadəcə, hədiyyə etmirdilər, ibtidai sinif şagirdlərinə içirlməsini şərt qoymuşdular. Tənəkə qutularda göndərilən süd tozu müəllimlər otağındakı qaz sobalarında su ilə qarışdırılaraq, qaynadılır, uçaqların evlərindən gətirdikləri stəkanlara tökülüb paylanırdı. Dadı sddən bir az fərqli idi, qoxusu da ağır idi, 1960-cı illərə qədər zorla içirilirdi.
    Rəfdə qalmaq müddəti də uzun idi, o dövrdə soyuducu olmadığından Türkiyə əhalisi tərəfindən çox təqdir edildi. Dadanıb bəyəndirildikdən sonra əhaliyə süd tozu satmağa başladılar. Amerikalılar bizi öz qardaşları kimi sevdikləri üçün (!) qazanc məqsədi güdmədən savabına satıblar. Südün litri 100 quruş, süd tozunun kilosu isə 30 quruşdu, əhali üstünə atıldı, bir növ asılılıq yarandı.
    Ucuz olmasına rəğmən, Amerika istehsalı olduğu üçün “keyfiyyətli” hesab edilirdi. Süd tozu yerinə süddən istifadə eləmək primitiv bir davranışdır!
    Belə bir dövrdə süd istehsalı ölmüş, süd zavodları iflas eləmişdi, amma bununla maraqlanan kim idi?
    Yardımlar, sadəcə, süd tozu ilə bitmirdi. Pul verildi, peçenye verildi, marqarin (daha bir ölümcül qida! – red.) verildi, Amerika pampersi verildi, metallomluq hərbi gəmilər, atılası tanklar verildi. Bunların əvəzində İncirlik kimi hərbi bazalar alındı, neft axtarışı işlərimiz dayandırıldı, ilkin mərhələdə olan təyyarə fabriklərimiz bağlandı, yerli dəmiryolu həmləmiz dayandırıldı, ilk dəfə kənd təsərrüfatı məhsulları məsələsində xaricdən asılılıq yarandı.
    ABŞ-ın Türkiyədə qida terroru: bir stəkan südlə içirdiyi qorxunc “Marşall planı”...

    “Siz zəhmət çəkib istehsal eləməyin, mən hamısını verərəm” deyilirdi. Yardım adı ilə acları bəsləyir, tənbəlliyə alışdırır, yerli istehsalı dayandırır, özlərindən asılı bir vəziyyətə gətirir, üstəlik, “xoşsifət” görünürdülər. “Allah ABŞ-ı qorusun” deyə dua edilirdi.
    Belə-belə üstünlükləri görüncə yelkənlərini endirən bir cəmiyyət yarandı, milli mənfəətin yerini “havayı” məfhumu aldı.
    Nəticədə ABŞ radiasiyalı olduğu üçün öz əhalisinə yedizdirmədiyi məhsulları xalqımıza yedirtdi.
    Bu tarixlərdən sonra Anadolu tarixində ilk dəfə uşaq iflici hadisələri göründü və sonralar uşaq iflicindən peyvənd “icbari peyvəndlər” siyahısına daxil edildi. Bu peyvəndlər isə bizlərə böyük pullara satıldı.
    Böyük bir məmləkət bir ovuc süd tozuna satıldı”.
    Qeyd edək ki, Azərbaycana bir müddət humanitar yardım adı ilə ABŞ-dan bioterrorizm elementi olan Genetik Modifikasiya Olunmuş ərzaq bitkilərinin toxumları gətirildi. Bu cür bitkilərlə bəslənmiş təcrübə siçanlarında üç-dörd nəsil sonra sonsuzluq müşahidə edilib. Fəsadlar hələ qarşıdadır.

    Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA