» » Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO

Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO

  • Loading...
    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO

    Azərbaycanda məşhur olan döyüş növlərindən biri də pankartiondur. Adı çəkilən idman qarışıq döyüş növlərinə aiddir. Bu döyüş növü "Pankration Grappling & Mixed martial arts federasiyası adı altında ölkəmizdə fəaliyyət göstərir.
    Hurriyyet.org bu dəfə oxucularını həmin federasiya və rəhbərliyi ilə tanış edəcək. İlk olaraq onu vurğulayaq ki, ölkəmizdə fəaliyyət göstərən "Pankration Grappling & Mixed Martial Arts" federasiyasının rəhbəri hər kəsin çox yaxşı tanıdığı azərbaycanlı qaydasız döyüşçü və həmçinin güləşçi Azad Əsgərovdur. Biz onu daha çox Rusiya çempionatının final döyüşündə erməni idmançı üzərindəki möhtəşəm qələbəsi ilə xatırlayırıq.


    Xatlırlatma...

    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTOAzad Əsgərov 50 döyüş keçirib. Bunların 45-də qələbə qazanıb, 3 dəfə məğlub olub, 2 dəfə heç-heç edib.

    Pankration

    Qədim Yunanıstanda yaradılan bu idman növünün mənası yunancadan tərcümədə "yumruqla güləş" anlamını verir. Yunanıstanda keçirilən Olimpiya Oyunlarına daxil edilən bu idman növündə idmançılar çox zədə aldığı üçün sonralar Olimpiya Oyunlarının proqramından çıxarılıb. Qədim qladiatorların döyüşdüyü bu idman növünün hazırda müasir növü mövcuddur, bu növ üzrə dünya və Avropa yarışları, beynəlxalq turnirlər və müxtəlif idman yarışları keçirilir.

    Grappling

    Bu növ başqa güləş növlərindən texnikasına, manevrliyinə və rəqibə ağrıdıcı fənd işlətməyi ilə fərqlənir.Yunan-Roma güləşi, cüdo, sambo, Braziliya ciu-citsusu güləş növlərinin xüsusi texnikalarını özündə birləşdirən Grappling XX əsrin 90-cı illərində BƏƏ-də yaradılıb. Bu güləş növünün bir sıra vəziyyətdə güləşmək üstünlüyü də var. Ayaq üstə Grappling (tutaşmaq), diz üstə Grappling (tutaşmaq).
    Azərbaycan Pankration Federasiyasının prezidenti, ikiqat dünya çempionu Azad Əsgərovu yaxından tanımaq üçün onun dediklərini oxuyaq:

    Pankrationun tarixi

    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO- Pankration (yunanca - hərnövçülük) eramızdan əvvəl 648-ci ildə Yunanıstanda yaranıb. Yarandığı gündən ən mürəkkəb növ olan pankration tez bir zamanda tamaşaçıların sevimli idman növünə çevrilə bildi. Bu yarışlara Elladanın ən mübariz, çevik və güclü pəhləvanları qatılırdı. Bu idman növü özündə duruşda və parterdə güləşmə fəndlərini, badalaq, ağrıdıcı, boğucu fəndlərini və baş, əl, ayaq, dirsək və dizlərlə zərbələri birləşdirən universal döyüş növü idi. Hər bir idman növü kimi pankrationun da öz qaydaları var idi ki, onlara da riayət edilməsinə hakim nəzarət edirdi. Pankrationun inkişafına bu idman növünün sələflərinin - Misir güləşi, babil yumruq döyüşü, krit boksunun üslubu müxtəlif təsir göstərib. Qədim yunanlar pankrationu fiziki inkişafın, xarakterin formalaşmasının və gəncləri hərbi xidmətə hazırlamanın ən effektiv vasitəsi hesab edirdilər. Olimpiya Oyunlarında pankration idman növünün qalibləri milli qəhrəman sayılırdılar. Yunanların pankrationa əsaslanan hərbi hazırlıq metodikası Qədim Romaya keçmiş, burdan isə german və qall barbar tayfalarının əsas əlbəyaxa döyüş növünə çevrilmişdir. Pankration haqqında bilgilər Makedoniyalı İsgəndərin ordusu ilə Hindistan və Çinə qədər irəliləyib. Beləliklə, pankration üzrə ilk yarış eramızdan əvvəl 648-ci ildə baş tutan Olimpiya Oyunlarında keçirilib. Müqayisə üçün deyim ki, bundan təxminən 700 il sonra tayboks, 1000 il sonra Koreyada taekvon-do, 1200 il sonra Şaolin monastrında kunq-fu, 2100 il sonra isə Okinava adasında karate-do meydana gəlib. Pankrationun üslubi istiqamətləri öz inkişafını kunq-fu (Çin), viet-vo-dao (Vyetnam), kapoera və valitudo (Braziliya), taekvan-do (Koreya), boks (İngiltərə), karate-do, ayki-do, ju-do (Yaponiya), sərbəst güləş və savote (Fransa), kik-boksinq (ABŞ), klassik güləş (Yunanıstan) və sambo (SSRİ) kimi döyüş növlərində tapmışdır. Vaxtilə pankration olimpiya idman növü olub. Yunanıstana səfərimizdə məhz həmin şəhərdə - Olimpiyada oldum. Orda çempionların ayaq izlərini, daş lövhələrdə adlarını gördüm. Amma sonra bir neçə yüz il bu idman növü yoxa çıxıb və son 30 ildə yenidən bərpa olunub. Söhbət rəsmi şəkildə idman növü kimi qeydiyyatdan gedir. Hazırda Ümumdünya Pankration Federasiyası Yunanıstanda yerləşir.
    Güləşin 8 növü var ki, - qraplinq, qumüstü güləşmə və sair - onlardan cəmi 2-si olimpiya proqramına daxildir. Məhz həmin növlərdən biri də pankrationdur. Pankration özü də bir neçə qola ayrılır. Həvəskar və peşəkar pankration...
    Mənim vaxtı ilə məşğul olduğum növ peşəkar pankrationdur. Burda baş geyimi və digər qoruyucu vasitələr olmur. Həvəskarda isə müəyyən qaydalar və qoruyucular mövcuddur.
    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO- Azərbaycan Pankration Federasiyasının prezidentisiniz. Bu idman növünün də inkişafı üçün vəsaitə ehtiyac var. İdmançılarımız isə il ərzində çox sayda yarışlarda iştirak edirlər. Yəni maliyyə məsələsi necə həll olunur?
    - 10 il əvvəllə müqayisədə bizə qayğı böyükdür. Azad Rəhimovun gəlişindən sonra bu daha çox hiss olundu. Yarışlar çox olanda əlavə kömək də edilir. Həm də federasiyamızın sponsorları var.
    - Hazırda respublikada neçə nəfər pankrationla məşğuldur?
    - Bu dəqiqə Bakıda və rayonlarımızda 20-25 klubumuz var. Yarışlarda ən azı 250-300 idmançı iştirak edir. Amma hər adam da yarışda iştirak edə bilməz. Məsələn, Respublika birinciliyindən əvvəl Bakı çempionatında ilk beş yeri tutanlar ölkə birinciliyinə buraxılır.
    - Siz bir döyüşdən maksimum nə qədər qazanmısınız?
    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO- Tituldan asılıdır. Elə yarışım olub ki, 100 dollar qazanmışam. Elə də olub ki, 5 min dollar götürmüşəm.
    - Bilirik ki, sizi daha çox məşhur edən yarışlarda ermənilərə qarşı amansızlığınız olub. Döyüşdüyünüz vaxtlar neçə erməni idmançıyla qarşılaşmısınız?
    - İki. Hər ikisinə də nokautla qalib gəlmişəm. Bir də moldovan rəqibim olub ki, hamı onun erməni oduğunu zənn edib - Balayankov.
    - Tanınmışlardan kimlərlə dostluq edirsiniz?
    - Nazir dostum da var, sadə insan da.
    - Məsələn, hansı nazir?
    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO- Ad çəkmək istəmirəm. Deputat da var, polis də, müğənni də. Məsələn, əsgərlərlə görüşə gedəndə müğənnilərlə tanış olmuşam. Verilişlərdə ünsiyyət yaranıb. Ədalət Şükürov, Samirə dəfələrlə təşkil elədiyim yarışların açılış mərasimində iştirak ediblər.
    - Bəzən idmançılarımız öz adlarından, güclərindən istifadə etməklə, hədə-qorxu və ya digər yollarla pul tələb edir, kriminal işlərin iştirakçısına çevrilirlər. Buna münasibətiniz necədir?
    - Olmaz ki, həmin idmançı başını aşağı salıb yaşasın, heç kimlə də işi olmasın?! Kriminal işlərə girişənlər əvvəl-axır ilişəcəklərini bilirlər. Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar.

    Aygün İlqarqızı, Hurriyyet.org


    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO

    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO

    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO

    Yunanların və ərəblərin döyüş mədəniyyətini Azərbaycanda təbliğ edənlər: "Kriminal işlərə girişənlər, bilirlər ki..." – VİDEO/FOTO

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA