» » GƏNCƏDƏ TOQQUŞMA - XÜSUSİ TƏYİNATLILAR QARABAĞ ƏLİLLƏRİNİ VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR

GƏNCƏDƏ TOQQUŞMA - XÜSUSİ TƏYİNATLILAR QARABAĞ ƏLİLLƏRİNİ VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR

  • GƏNCƏDƏ TOQQUŞMA - XÜSUSİ TƏYİNATLILAR QARABAĞ ƏLİLLƏRİNİ VƏHŞİCƏSİNƏ DÖYDÜLƏRBir neçə dəqiqə əvvəl Gəncədə polislə Qarabağ əlilləri arasında qarşıdurma baş verib. Hadisə yerindən Hurriyyet.org-a verilən məlumata əsasən, qarşıdurmanın baş verməsinə səbəb polis əməkdaşlarından birinin Qarabağ əlili Ələsgərov Ruslan Rafiq oğlunu döyməsi olub.
    Belə ki, məlumata əsasən, taksi fəaliyyəti ilə məşğul olan Ruslan Ələsgərov müştərisini Gəncədəki Mərkəzi Univermaqın qarşısında düşürüb. Bu zaman onun özü də bir neçə dəqiqəlik avtomobilindən enməli olub. Həmin vaxt polis əməkdaşı Qarabağ əlilinə yaxınlaşaraq kobud şəkildə avtomobilini univermağın qarşısından çəkməyi tapşırıb. R.Ələsgərov ona ayağının protez olduğunu bildirib və xahiş edib ki, cəmi 2 dəqiqə gözləsin. Ancaq onun xahişinə məhəl qoymayan polis əməkdaşı təpiklə vuraraq Qarabağ əlilini yerə yıxıb. Ruslan Ələsgərov yerə yıxılarkən protez ayağı çıxıb. Bundan qəzəblənən Qarabağ əlili əlindəki əsa ilə polis əməkdaşına zərbə endirib. Nəticədə polisin burnunun qırıldığı deyilir.GƏNCƏDƏ TOQQUŞMA - XÜSUSİ TƏYİNATLILAR QARABAĞ ƏLİLLƏRİNİ VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
    Bildirirlir ki, polislə Qarabağ əlili arasındakı qarşıdurma tez bir zamanda böyüyüb. Belə ki, bundan xəbər tutan Ruslan Ələsgərovun döyüş yoldaşları, əlillər hadisə yerinə gələrək polisin özbaşınalığına etiraz ediblər. Onlarla yanaşı, əraziyə xeyli sayda polis əməkdaşı da cəlb edilib və nəticədə Qarabağ əlilləri ilə polislər arasında qarşıdurma yaranıb.
    Hurriyyet.org-a məlumat verən mənbənin sözlərinə görə, sakinlərin də Qarabağ əlillərinə dəstək verdiyini görən polis əməkdaşları geri çəkilməyə məcbur olublar. Bundan sonra hadisə yerinə xüsusi təyinatlı çevik polis alayının əməkdaşları cəlb olunub. Onlar Qarabağ əlillərinə qarşı zorakılıq nümayiş etdirib və üstəlik, onlarla şəxs həbs olunub. Hadisə zamanı döyülən Qarabağ əlili Ruslan Ələsgərovun da həbs olunanlar arasında olduğu bildirilir.

    Hurriyyet.org
    P.S. Hadisə ilə bağlı əlavə məlumat verəcəyik.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Mayıs 2017    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    QALEREYA