» » Taekvondoçuların uğuru - Radik İsayevə icazə vermirdilər ki...

Taekvondoçuların uğuru - Radik İsayevə icazə vermirdilər ki...

Taekvondoçuların uğuru - Radik İsayevə icazə vermirdilər ki...Taekvando üzrə Azərbaycan yığması Olimpiya növləri üzrə çempionatda qalib gələn ilk komandadır. Komandalararası dünya çempionatında səkkiz ən güclü komanda iştirak edirdi. Taekvandoçularımız heç bir komandaya şans vermədilər və kubok bu il də Azərbaycanda qaldı. Komandamız hər iki uğuru baş məşqçi Reza Mehmandostun rəhbərliyi ilə qazanıb. Ötən il komandamızın Meksikada qazandığı çempionluğu Bakıda qorumasına müntəzəm məşqlər səbəb olub.
Hurriyyet.org
idmançılarımız yarışa yollanarkən onların hazırlığını, təlim-məşq prosesini işıqlandırmışdı.
Bu dəfə də özünü doğruldan komandamızla bağlı fikirləri nəzərinizə çatdırırıq. Onlar istirahətə vaxt tapmadan məşqlərə start veriblər.

Yeniliklər və inkişaf - Qarşıdakı yarış

Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost komandanın olimpiadadan-olimpiadaya daha da gücləndiyini dedi: "Taekvondoçularımızın uğurla çıxış etmələri üçün Azərbaycan dövləti və federasiya tərəfindən hər cür şərait yaradılıb. Biz ilk gündən idmançılar arasında dəqiq seçim apardıq və uğur qazanmağa başladıq. Artıq Olimpiya yarışları üçün hazırlıq planımız var. Planda dörd illik hədəfləri dəqiq müəyyənləşdirmişik. Bəzi çatışmazlıqlarımız olsa da, bütün çətinlikləri geridə qoyacağımıza inanıram. Komanda uduzanda cavab vermək asandı. Deyirsən ki, rəqib güclü idi və bu səbəbdən də uduzdum. Qələbə qazananda danışmaq üçün mövzu çox olur. Bizdə də bu qalibiyyət çox şeyi - təfəkkürdən yeməyədək hər şeyi dəyişdi. Bütün komandalar məşq edirlər və çempionluq istəyirlər. Amma bir sıra səbəblərdən uduzurlar. Hazırkı komandanın yetişməsi üçün federasiya və dövlət tərəfindən çox kömək edilib. Bizdə müəyyən çatışmazlıqlar da var. Lakin inanırıq ki, bütün bunları arxada qoyacağıq. 54 kq və 58 kq çəki dərəcələrində yeni idmançının olması istisna deyil. Taekvondo üzrə Azərbaycan çempionatının keçiriləcəyi vaxt da dəqiqləşib. Yarış yeni ildə təşkil olunacaq. Yanvarın 20-21-də ölkənin ən güclü taekvondoçularının adına aydınlıq gələcək. Bu yarışdan öncə - yanvarın 17-19-da isə gənc taekvondoçular mübarizə aparacaqlar".

Biz buraxmaq istəmirdik, o isə...
Taekvondoçuların uğuru - Radik İsayevə icazə vermirdilər ki...

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev Radik İsayevin Qran-pridə uğursuz çıxışından danışdı: “Radiki Qran-priyə buraxmaq istəmirdik. Lakin qaydalara əsasən, o, yarışda iştirak etməliydi. Onun orda döyüşməməsi üçün tibbi arayış lazım idi. Bu onun Qran-priyə qatılmadan dünya çempionatında iştirakı üçün lazım idi. Amma Bakıda qalib gələn idmançı belə reytinqdə ona çatmadı”.
Olimpiya çempionumuz da zədəsindən söhbət açdı: "Olimpiadadan sonra zədəli idim. Həkimim sağ olsun ki, məni yarışa hazırladı. Qran-pridə birinci döyüşdə uduzsam da, 2 günlük istirahət mənə kömək etdi ki, formamı bərpa edib dünya çempionatında uğurlu çıxış edim. Qran-pridə nə çatışmadığın deyə bilmərəm. Bunu analiz edəcəm".
Millinin baş məşqçisinin köməkçisi Elnur Amanov da məşqlərin davam etdiyini dedi: "Məşqlərimizə davam edirik. Bizi qarşıda yarışlar gözləyir. Yeni qələbələr qazanmaq istəyirik".

Natamam heyət...
Taekvondoçuların uğuru - Radik İsayevə icazə vermirdilər ki...

Diqqətimizi çəkən məqamlardan biri də hələ də komandanın tam heyətlə toplaşmaması oldu. Deyəsən, hələ də istər xanımlarda. istərsə də kişilərdə bərpa olunan idmançılar yoxdur. Məşqçi onu da bildirdi ki, komandaya yaxında gənc nəsillər də qoşula bilər.

Bilin ki...

Xatırladaq ki, Bakıda keçirilən beynəlxalq Qran-pri yarışında taekvondoçumuz Milad Beigi Harçeqani 80 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kişilərdən ibarət millimiz isə komandalararası dünya birinciliyini qələbə ilə başa vuraraq, dünya çempionu titulunu qoruyub.

Aygün, Hurriyyet.org

Taekvondoçuların uğuru - Radik İsayevə icazə vermirdilər ki...

Taekvondoçuların uğuru - Radik İsayevə icazə vermirdilər ki...

Taekvondoçuların uğuru - Radik İsayevə icazə vermirdilər ki...

Taekvondoçuların uğuru - Radik İsayevə icazə vermirdilər ki...
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
QALEREYA