» » Azərbaycan yığması reytinq siyahısında mövqeyini qoruyub

Azərbaycan yığması reytinq siyahısında mövqeyini qoruyub

  • Loading...
    Azərbaycan yığması reytinq siyahısında mövqeyini qoruyubFİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Hurriyyet.org xəbər verir ki, 2016-cı ilin son siyahısında ciddi dəyişikliklər olmayıb.
    Çünki hesabat dövründə yığmaların iştirakı ilə az sayda matç keçirilib. Bunun nəticəsində cədvəldəki dəyişikliklər cüzi olub.
    Ötən siyahının açıqlandığı vaxtdan sonra heç bir matça çıxmayan Azərbaycan millisi 386 xalla 90-cı yerdə qərarlaşıb. Robert Prosineçkinin yetirmələri bununla da mövqeyini qoruyub.
    Düzdü, üç pillə irəliləyən Zambiya Azərbaycanı arxada qoyub. Əvəzində 11 pillə geriləyən Antiqua və Barbudanın enişi yığmamızı mövqeyində saxlayıb. Beləliklə, komandamız 2016-cı ili ilk “yüzlük”də - 90-cı pillədə başa vurub.

    Millimiz və “qonşular”ı
    85 (86). Liviya – 417
    86 (87). Ermənistan – 412
    87 (88). Qətər - 411
    88 (91). Zambiya - 401
    89 (89). Keniya - 395
    90 (90). Azərbaycan - 386
    91 (91). Toqo – 385
    92 (101). Ruanda - 373
    93 (82). Antiqua və Barbuda – 370
    94 (93). Finlandiya – 368
    95 (95). Boliviya - 359

    Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Liderlərin xal hesabları da dəyişməz qalıb.

    İlk “onluq”
    1 (1). Argentina – 1634
    2 (2). Braziliya – 1544
    3 (3). Almaniya – 1433
    4 (4). Çili – 1404
    5 (5). Belçika – 1368
    6 (6). Kolumbiya – 1345
    7 (7). Fransa – 1305
    8 (8). Portuqaliya – 1229
    9 (9). Uruqvay – 1187
    10 (10). İspaniya – 1166

    Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də yeri dəyişməz qalıb.
    DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
    3 (3). Almaniya – 1433
    32 (32). Şimali İrlandiya - 767
    43 (43). Çexiya - 671
    83 (83). Norveç - 422
    202 (201). San-Marino – 17

    Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 851 xal var.

    Hurriyyet.org

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA