» » Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEO

Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEO

  • Loading...
    Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEOBodibildinq və fitnes - xüsusi fiziki məşqlər hesabına əzələlərin inkişafı, şişirdilməsidir. Kulturizm dedikdə daha çox kişilərin məşğul olduğu bir sahə ağıla gəlir. Amma ölkəmizdə bu növlə kişilərlə yanaşı qadınlar da məşğul olur.
    Amma Marina Aydarova kimi xanımlar bunu təkzib edir. Hurriyyet.org Marina xanımın həm özünü, həm də gördüyü işi oxucularına təqdim edir.


    Bodibildinq və xanım - "Sevdiyim işlə məşğulam"

    Marina Aydarova 1982-ci il fevralın 8-də Bakıda anadan olub. O 5ilə yaxındır ki, peşəkar səviyyədə fitneslə məşğuldur. O bir çox turnirlərdə bodibildinq və fitnes üzrə Azərbaycanı təmsil edib, sertifikatlar qazanıb. Həmçinin Aydarova bodibildinq və fitnes üzrə Avropa çempionatının iştirakçısı olub.
    Marina xanımı dinləyək: "Ailəm heç vaxt fitnes dərslərimə qarşı çıxmayıb, buna görə mənə düşmən olmayıblar. Əksinə, dəstək olublar. Bildirim ki, fitneslə məşğul olmağım həyatda həmişə mənə yardımçı olub. Hətta həyat təlimatçım olub desəm, yanılmaram. Özümü burada tapmışam və bu mənim sevərək gördüyüm bir işdir. Sevdiyim işlə məşğul olduğum üçün hər zaman yüksək əhval-ruhiyyədəyəm. Əvvəllər indikindən bir az fərqli olmuşam. Həm fotolarda, həm də həyatda... İndi isə mən idmançı, bodibildinq və fitnes yığmasının üzvüyəm.
    Təəssüf ki, bu idman növü bizim kimi idmançıları olmasına baxmayaraq, Azərbaycanda elə də məşhur deyil. Amma mən bir çox yarışların iştirakçısı olmuşam. Həmçinin 2014-15 Avropa çempionatı kimi nüfuzlu yarışların bir üzvü kimi sertifikat və diplomum var. Düzdür, bu idman növünün çətinliyi ondadır ki, qadınların dəmir idmanı ilə məşğul olmasına ölkəmizdə bir o qədər də isti münasibət yoxdur. Bu baxımdan anlaşılmazlıq var".

    "Həm idmançıyam, həm də ev xanımı..." - "Heç bir kişi bunu mənə qadağan edə bilməz"

    "Mən xoşladığım şeyləri faydalı olanlarla ahəngdar olaraq etməyi çox sevirəm. Aktiv şəkildə idmanla məşğul oluram, eyni zamanda da ev xanımı kimi də mükəmmələm. Ev işləri görməyi çox sevirəm. Çünki anam olmadığı üçün hər şeyi özüm edirəm. Özümü tərifləməyəcəm, amma yaxşı yeməklər hazırlayıram. İstənilən xörəyi bişirə bilirəm. Azərbaycan plovunu çox xoşlayıram. Lakin dietada olduğumdan, yalnız yüngül yeməklər yeyirəm.
    Uzun müddət idi ki, bir xarici şirkətdə işləyirdim. Oturaq işdə çalışıram. Bu da idmanla məşğul olmağa vadar etdi. Çünki kökəlməyə, şişməyə başlamışdım. (gülür)
    Sənə stimul, bədən quruluşu, sağlamlıq verən idmanı atmaq olmaz. Həmişə bir yerdəyik... Düşünürəm ki, heç kim mənə bu idman növünü qadağan edə bilməz".
    Özünün dediyinə görə, rəfiqələri Aydarovanın hobbisini bəyənməsələr də, indi o özünü tam idmana həsr edib. Tanışları ona məşqləri dayandırmağı məsləhət görüblər, onun sonradan kişiyə oxşayacağını bildiriblər. Lakin 5 il intensiv məşqlərdən sonar Marina daha da gözəlləşib.

    "Bodibildinq xanımın cazibədarlığını pozurmu?"

    "Şəxsən öz adımdan deyə bilərəm ki, mən fitneslə məşğulam. Bodibildinq və fitnes arasında fərq var. Düşünürəm ki, mən cazibədarlığımı itirməmişəm. Əksinə, bu idman növü qadını daha da gözəlləşdirir. İdmanla məşğul olan qadınlarla olmayanları müqayisə etmək istəmirəm. Bu düzgün olmaz, hər kəsin öz seçimi var. Mən məşqçilik də edirəm. İncə və bu idmanda peşəkarlığını artırmaq istəyən xanımlara köməklik də göstərirəm".
    İndi onun çəkisi 60 kq-dır. Hər gün ən çoxu 2000 kalori qəbul edir və düzgün qidalanmağa çalışır. Menecer kimi işinin çox olmasına baxmayaraq, həftədə 3 dəfə məşq edir və həmçinin məşqçilik edir.
    Marina xanım fitnes və bodibildinqçilərin dərman preparatlarından istifadə edərək bədən forması yığması məsələsinə də toxundu: "Hamının adından danışmaq istəmirəm. Amma hər bir peşəkar idmanda əlavələr, qatqılar olur. Lakin mən böyük arzu və istəklə sağlamlığım üçün özümü inkişaf etdirdim, bədən yığdım. Buna da düzgün qidalanma, sağlam təyin edilmiş məşqlər və vaxtı-vaxtında istirahətlə nail oldum. Çünki bunları sağlam həyat üçün edirəm.
    Evdar, yaxud işi olan xanımlarımıza arzulayıram ki, heç vaxt nəyəsə görə bəhanə axtarmasınlar. Hədəflərinin və məqsədlərinin arxasınca getsinlər. Xəyallarını gerçəkləşdirsinlər".

    Aygün İlqarqızı, Hurriyyet.org

    Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEO

    Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEO

    Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEO

    Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEO

    Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEO

    Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEO

    Əzələ tək kişilərdə olmur - "Heç kim mənə qadağa qoya bilməz" - Bodibilder xanımın etirafları... – FOTO/VİDEO

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA