» » Azərbaycanda qayda pozan piyadalar həbs olunacaq - QANUN DƏYİŞİR

Azərbaycanda qayda pozan piyadalar həbs olunacaq - QANUN DƏYİŞİR

  • Azərbaycanda qayda pozan piyadalar həbs olunacaq - QANUN DƏYİŞİRAzərbaycanda qayda pozan piyadaları həbs gözləyir. Bununla bağlı yol hərəkəti təhlükəsizliyi üzrə qanunvericiliyə yaxın zamanlarda dəyişiklik edilməsi nəzərdə tutulur.
    Hurriyyet.org
    Avtosfer.az-a istinadən xəbər verir ki, hazırda qanunvericliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlanır. Təkliflərin gələn il Milli Məclisə təqdim ediləcəyi gözlənilir.
    Maraq doğuran təkliflərdən biri yol hərəkəti qaydalarını pozan piyadalarla bağlıdır. Belə ki, yolda hərəkət hissələrini ayıran məhəccərin üstündən keçən piyadaların 15 günədək inzibati qaydada həbs olunması təklif olunur. Yolun ortasında quraşdırılan dəmir və ya beton arakəsmələrin üzərində tullanaraq yolu keçən piyadaların şəxsiyyəti nəzərə alınmaqla 15 gün inzibati həbs cəzası ilə cəzalandırılması təklifinin zərurətdən irəli gəldiyi bildirilir. Təklifi hazırlayan subyekt hesab edir ki, magistral və rayonlararası (şəhərlərarası) yollarda yolun hərəkət hissəsinə çıxaraq vurulan piyadaların sayı artıb. Hansı ki, həmin yollarda hərəkət hissələri dəmir və beton arakəsmələrlə kəsilib. Bu baxımdan, hesab olunur ki, belə piyadaların daha sərt şəkildə cəzalandırılması gələcəkdə bu kimi hadisələrin sayının azalmasına səbəb ola bilər.
    Qeyd edək ki, hazırda İnzibati Xətalar Məcəlləsində piyadalarla bağlı 4 maddə üzrə məsuliyyət nəzərdə tutulur. Onların da hər birinin cəriməsi 20 manatdan ibarətdir.

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA