» » XİDMƏT HAQLARININ QALXMASI KEYFİYYƏTİ NİYƏ YÜKSƏLTMİR? – Xidmət qurumlarının özbaşınalığı rüşvətdən qaynaqlanır

XİDMƏT HAQLARININ QALXMASI KEYFİYYƏTİ NİYƏ YÜKSƏLTMİR? – Xidmət qurumlarının özbaşınalığı rüşvətdən qaynaqlanır

  • Loading...
    XİDMƏT HAQLARININ QALXMASI KEYFİYYƏTİ NİYƏ YÜKSƏLTMİR? – Xidmət qurumlarının özbaşınalığı rüşvətdən qaynaqlanırDAXİLİ QAYDALAR KONSTİTUSİYADAN YÜKSƏKDƏDİR

    Son vaxtlar gündəmi ən çox zəbt edən mövzunun tariflərlə bağlı olması sirr deyil. Az qala hər gün hansısa tarifin enib-qalxmasından, buna uyğun olaraq deputat, məmur, xidmətçilərin “yorğan-palaz “ məsləhətlərindən yazıq istehlakçıların qulağı “palaz boyda olub”. Məmur-xidmətçi-deputat elitası tarifin qalxmasını təbii sayır.Əlbəttə, onları anlamaq elə çətin deyil. ”Yorğan-palazları” elə ölçüdədir ki, artımın onlara yetkisi hiss olunmayacaq. Di gəl, minimum əmək haqqının, eləcə də pensiyanın 150 manat civarında olduğu, 1-ci qrup əlilin 75 manata möhtac qaldığı neft ölkəsində kasıb insanların “ayaqlarının daim çöldə qalacağı” qaçılmazdır . Bəs qiymətlərin artımı ilə keyfiyyət niyə artmır?
    Elektrik enerjisi tariflıərinin dekabrın 1-dən qaldırılması bu xidmət qurumunu yeni tarifə vaxtından qabaq keçməyə necə şirnikləndirdisə, xidmətin keyfiyyətini yüksəltmək əvəzinə, yeni hesablama qaydası kəşf etdilər. Fikir verin, elektrik xidmətçiləri dekabrın birinə olan göstəriciləri qeydə alıb, bundan sonrakı tarifi tətbiq etmək əvəzinə dekabrdan əvvəlki ayla birgə 10-15 gün də dekabrdan olmaqla sayğacın göstəricisini qeyd edib, hər gün üçün işlədilən enerji sərfinə uyğun hesablama aparırlar. Bəlkə biri heç noyabrdan sonra evdə olmayıb, əvvəlki ayı necə dekabrın hesabına artırılmış qiymətlə hesablamaq olar? Limitin qaldırılması da bu qurumun yanlış addım atdığını ortaya qoydu. Özü də elektrik xidmətçiləri hələ qaz, su, rabitə xidmətçilərinin yanında “toya getməlidir”. Bu qurum digərlərindən fərqli olaraq Nazirlər Kabinetinin (NK) qərarlarına hörmətlə yanaşır ,”Azəriqaz” və “Azərsu” kimi NK-nın qərarlarını ciblərinə uyğun izah etmirlər. Aydın olsun deyə, bu qurumların texniki şərti və sayğacı dövlətin və hökumətin qərarına zidd olaraq fiziki şəxs olan istehlakçıların vəsaiti hesabına verir və quraşdırır. Qanunu, hökumətin qərarını anladanda isə məişət qaz cihazı olan KOMBİlərin sənaye qaz cihazı olmasını, ”fiziki şəxs” anlayışının hüquqi şəxs olmayanlara aid olmamasını Vergi Məcəlləsilə elə izah edirlər ki, əlin üzündə qalır. Fikir verin, NK-nın 17.07.2014 tarixli 262 saylı qərarı ilə təsdiq edilən “Sudan istifadə qaydaları”nda istehlakçıların suölçən cihazlarla təchizatı, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara xidmət qurumunun (STKM) vəsaiti hesabına həyata keçirilməsi yazılsa da, ”Azərsu” NK-nın qərarının Vergilər Məcəlləsinə uyğun olmadığını əsas tutub, istehlakçıdan sayğac, müqavilə haqqı tələb edir. “Azərsu”nun sədr müavini Köçərli Həsənovun müştəri xidmətləri departamentinin mühəndisi T.Səlimovun icraçılığı ilə imzaladığı məktubda elə belə də yazılıb . ”Azərbaycan Respublikasının Vergi Məcəlləsində (VM) “hüquqi şəxs və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs” anlayışı qeyd edilib. NK-nın sudan istifadə qaydalarında isə “hüquqi şəxs və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs” anlayışı deyil , AR-nin Mülki Məcəlləsinə əsasən “fiziki şəxs” anlayışı öz əksini tapdığından istehlakçı fiziki şəxs kimi çıxış etmir”. Bu izahdan nəsə başa düşə bilərsinizmi? Görün, xidmət sahəsindəki korrupsiya hansı həddə çatıb ki, fiziki şəxs hüquqi şəxs sayılır ki,Vergi Məcəlləsində nə bilim nə yazılıb. Elə bil Vergi Məcəlləsi Konstitusiyadan da yüksıkdir!(??) Lap VM-də yazılsın, məgər bununla fiziki şəxs hüquqi şəxs sayılır? Belə “hüquq təfsiri” rüşvətdən qaynaqlanmır?
    Yazıq vətəndaşın halına baxın: məmur-deputatı “yorğan-palaz” məsləhət görür, xidmət qurumu da öz daxili rüşvət qərarını Prezident fərmanından, NK-nın qərarından, Konstitusiyadan da üstün tutur! Belədə hansı keyfiyyətli xidmətdən danışmaq olar?!

    MƏĞRUR BƏDƏLSOY

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Ağustos 2017    »
    PtSaÇaPrCuCtPz
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    QALEREYA