» » Vitali Rəhimovun olimpiya medalı əlindən alındı

Vitali Rəhimovun olimpiya medalı əlindən alındı

Vitali Rəhimovun olimpiya medalı əlindən alındıGüləşçi Vitali Rəhimovun Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal geri alınıb.
Hurriyyet.org
xəbər verir ki, bunu azvision.az-a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin bununla bağlı qərarı yerinə yetirilib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib.
Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Vitali Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.
Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medalı və diplomunu geri qaytarmalı idi. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.

Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

Введите код:
MƏDƏNİYYƏT
ŞOU-BİZNES
MÜSAHİBƏ




«    Mart 2017    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
QALEREYA