» » İlisunun həll olunmayan PROBLEMİ: Kənd qış turizmindən niyə məhrum edilir?

İlisunun həll olunmayan PROBLEMİ: Kənd qış turizmindən niyə məhrum edilir?

İlisunun həll olunmayan PROBLEMİ: Kənd qış turizmindən niyə məhrum edilir?Qaxın İlisu kəndinin sakinləri turist qəbul edə bilmir. Çünki kəndin əsas su mənbəyi olan şəlalə donub. Bu il kəndə təbii qaz çəkilsə də, onun təzyiqi evləri qızdırmır. Nəticədə kəndə turist gəlsə belə, kəndilərin onlara təklif edəcək evi yoxdur. Çünki evdə nə su, nə də istilik var. Sakinlərin 70 faizdən çoxu bu səbəbdən gəlirdən məhrum olub.
Hurriyyet.org xəbər verir ki, kənd sakini Səbuhi Cəfərov publika.az-a deyib ki, İlisu vətəndaşları hər il qışda bu problemi yaşayır: “Şəlalə donduğuna görə kənd sakinlərinin su ehtiyacı ödənilmir. Təbii qaz isə bu il çəkilib, lakin onun da təzyiqi normal olmadığına görə istilik də problemə çevrilib. Mən kənd sakinlərin fərdi evlərinin kirayə verilməsinə köməklik edirəm. Amma qışda bu cür şəraitdə necə turist cəlb edə bilərik? Ona görə də kənd sakinləri ancaq yay aylarında evlərini kirayə verə bilir. Baxmayaraq ki, kənd sakinlərinin 70-80 faizinin dolanışığı elə turizmdəndir. Ancaq onlar yalnız ilin 3 ayı qazana bilirlər. Kəndimiz qış turizmi baxımdan çox uyğundur. Qarın minimal hündürlüyü qışda 40 sm-dən aşağı düşmür. Lakin təəssüf ki, heç kim kənddə qış turizminin inkişafına dəstək göstərmir. Restoranlar yalnız bayram günlərində turist cəlb edirlər”.
Kənd sakini deyir ki, onlar evlərini kirayə verə bilməsə də, otellər bu problemi yaşamır. Çünki özləri sistem qurublar. Kəndlilərlə isə maraqlanan yoxdur.
Onun sözlərinə görə, qışda yalnız müəyyən günlərdə şəlalənin buzu əriyir: “Bu zaman su, adətən, yolunu dəyişir, yola axır. Yolun təmizlənməsini də kəndlilər öz hesabına təşkil edir. Yerli idarəetmə orqanları heç bir təşəbbüs göstərmir. Kənd üçün alternativ su mənbəyi kimi çay var. Kəndə 7 kilometr məsafədən gələn bu dağ çayından su çəkmək olar. Ancaq bunu sakinlər təmin edə bilməz. Bunun üçün maddi vəsait lazımdır”.
Sakinlərə dəstək göstərə biləcək ilk mənbə yerli bələdiyyə və icra nümayəndələri olmalıdır. Təəssüf ki, gün ərzində dəfələrlə zəng etsək də, heç bir qurumda bu problemə münasibət öyrənə biləcək şəxs tapa bilmədik.
Kəndə fəaliyyət göstərən “Uludağ” turizm və istirahət kompleksi ilə əlaqə saxlayıb, problemin onlara təsir edib-etmədiyini öyrənməyə çalışdıq. Lakin məlum oldu ki, bu il qışda onlar da fəaliyyət göstərmir. Səbəb isə otelin təmirə bağlanmasıdır. Oteldən əvvəlki illərdə kommunal problemlərin təsirinə də aydınlıq gətirdilər: “Əvvəl bizdə qaz yox idi, oteli isitmək üçün salyarkadan istifadə edirdik. Növbəti ildən qaz çəkiləcək, yəqin ki, daha yaxşı olar. Ümumiyyətlə, bizdə axın əsasən bayram vaxtı olur, digər vaxtlarda müraciət az olur”.
Kəndə yaxınlıqda yerləşən "El" oteldə isə heç bir problem yaşamadıqlarını dedilər. Səbəb isə onların rayon mərkəzinə nisbətən yaxın olmaladır. Oteldən bildirdilər ki, bu il müraciət edənlər əsasən yerli turistlərdir. 2 nəfərin 3 günlük istirahəti isə 990 manatdır.
Kənddəki iki oteldən birinin fəaliyyət göstərməməsini və yaxınlıqdakı otelin qiymətini nəzərə alsaq, əslində bunları ev turizmi üçün bir fürsət hesab etmək olar. Amma təəssüf ki, evlərdəki yuxarıda sadaladığımız şəraitsizlik buna imkan vermir. Əslində kənddə qış turizminə dəstək verməklə, həm otelləri, həm də evləri turistlə doldurmaq olardı.
Bir neçə gün əvvəl Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk "İlisu Snow Tubing Park" qış-yay turizm kompleksinin açılışı oldu. Əyləncə, adrenalin sevənlər üçün ən ideal idman-əyləncə növü olan "Snow Tubing"lərdən ilk dəfə 1820-ci ildə Alp dağlarında istifadə olunub. Daha sonralar "Snow Tubing" ildən-ilə Amerikada məşhurlaşsa da, Azərbaycanda ilk dəfə olaraq kompleks halında istifadəyə verildi.
Məqsəd yay turizm dövründə çoxsaylı turist qəbul edən, qış turizmində isə bu imkandan məhrum olan Qaxın qış turizm imkanlarına dəstək vermək olduğu bildirilib. Lakin kənddə içməyə su tapmayan turist "Snow Tubing" üçün İlisuya gələcəkmi?
OXŞAR XƏBƏRLƏR

Комментарии

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:

  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Введите код:


MƏDƏNİYYƏT


REGİON
MÜSAHİBƏ




«    Fevral 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 
QALEREYA