» » Azərbaycanda təhlükəli virus yayılıb

Azərbaycanda təhlükəli virus yayılıb

  • Azərbaycanda təhlükəli virus yayılıb

    Son günlərdə Azərbaycanda yoluxucu xəstəlik yayılıb. Virus daşıyıcıları daha çox baş ağrısı, qızdırma, ürəkbulanma və bir çox hallardan şikayətlənirlər. Hətta sosial şəbəkələrdə yayılmış virusun ciddi olduğunu, kütləvi hal aldığını yazanlar da var.
    Hurriyyet.org xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində baş direktorun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva qafqazinfo-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda hər hansı bir qrip virusu aşkar olunmayıb. Sakinlərdə müşahidə olunan mövsümi xarakter alan respirator virus infeksiyalarıdır: "Hazırda ölkədə respirator infeksiya, qrip halları ilə bağlı artım yoxdur, əksinə, ötən illə müqayisədə eyni səviyyədədir. Virusların yayılmasının əsas səbəbi də sakinlərin həkimə müraciət etməməsi, xəstə vəziyyətdə ictimiyyət arasına çıxmasıdır".
    Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev də Azərbaycanda qriplə bağlı vəziyyətin stabil olduğunu bildirib. Epidemioloqun sözlərinə görə, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən, qripə yoluxma ilə bağlı hər hansı narahatedici vəziyyət yoxdur: "İnsanlar xəstə olduqları müddətdə işə getməməli, küçəyə çıxmamalıdırlar. Asqıran, öskürən şəxslər birinci növbədə həkimə müraciət etməlidirlər. Ancaq indi xəstə şəxslərdən soruşun ki, hansı həkim qəbulunda olub? Virusa yoluxmuş şəxslər mütləq maskadan istifadə etməli, həm iş, həm də ev şəraitində bir müddət təcrid olunmalıdırlar. Əgər xəstə evdə olarsa, onu mütləq ayrı otağa keçirmək, istifadə etdiyi qab-qaşığı ayırmaq lazımdır. Mümkün qədər xəstələrlə kontaktdan qaçmaq lazımdır. Hazırda bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır".

    Qramatik səhv varsa Ctrl+Enter sıxıb redaktora məlumat göndərin
    OXŞAR XƏBƏRLƏR

    Комментарии

    Добавить комментарий
    Ваше Имя:
    Ваш E-Mail:

    Введите код:
    MƏDƏNİYYƏT
    ŞOU-BİZNES
    MÜSAHİBƏ




    «    Haziran 2017    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    QALEREYA